gürcülər

gürcülər
gürcücə
gürdək
OBASTAN VİKİ
Gürcülər
Gürcülər və ya Kartvellər (gürc. ქართველები) — Gürcüstan, Türkiyə, Rusiya, Azərbaycan, İran və bir sıra Avropa ölkələrində yaşayan və özlərini "kartveli" adlandıran millət. == Formalaşması == Kartvelilərin mənşəyilə bağlı elmi araşdırmalar XIX əsrdə başlamışdır. İlk olaraq Kartvelilerin əcdadlarının qədim dövrlərdə indiki Gürcüstanın daha cənubunda yaşadıqları və Qafqaza nisbətən gec köçdükləri düşüncəsi irəli sürüldü. XX əsrdə edilən elmi araşdırmaların nəticəsində, Kartvelilerin Qafqaza miqrasiya etməsi düşüncəsinin səhv olduğu ortaya çıxdı. İndiki vaxtda ümumi qəbul edilən fikrə görə Kartvelilerin əcdadları ən köhnə çağlardan bəri Qafqazda yaşamaqdadırlar. Kartveli tayfaları indiki Gürcüstandan daha geniş bir ərazidə yaşayırdılar. Bütün Kartveluri tayfalarının təxminən dörd min il əvvəl tək bir dildə danışdıqlarına dair fikirlər var. Daha sonra müxtəlif səbəblərlə bu dil bir neçə dialektə (ləhcəyə) ayrıldı. Bu dialektlərin təməlləri üzərində Gürcü (Kartuli), Svan (Svanuri) və Meqrel (Megruli) dilləri inkişaf etdi.
Fərəydanlı gürcülər
İran gürcüləri — İranda yaşayan gürcülərə verilən ümumi ad. İran gürcülərinin çoxu Mazandaran və Xuzistan(Dezful) və İsfahan ostanlarında yaşayır.
Abxaziyada gürcülərə qarşı etnik təmizləmə
Abxaziyada gürcülərə qarşı etnik təmizləmə, Abxaziyada gürcü qırğını və ya Abxaziyada gürcülərə qarşı soyqırımı (gürc. ქართველთა გენოციდი აფხაზეთში) (əsasən gürcü mənbələrində) — 1992–1993-cü illərdə Gürcü-abxaz münaqişəsi zamanı və 1998-ci ildə Abxaz separatçıları və onların tərəfdarları (ehtimal edilir ki, Rusiyadan olan könüllülər) tərəfindən Abxaziya ərazisində yaşayan gürcülərə qarşı törədilmiş etnik təmizləmə, qırğın və məcburi köçürmə prosesi. Hadisələr zamanı ermənilər, yunanlar, ruslar və mötədil abxazlar da öldürülmüşdür. Prosesin nəticəsi olaraq 200.000–250.000 arası mülki gürcü əhali məcburi köçkün vəziyyətinə düşmüşdür. Gürcülərə qarşı etnik təmizləmə və qırğınlar törədilməsi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 1994, 1996 və 1997-ci illərdə Budapeşt, Lissabon və İstanbul şəhərlərində keçirilmiş sammitlərində rəsmi olaraq təsdiqlənmiş, münaqişə zamanı hərbi cinayətlərin törədilməsi qeyd edilmişdir. 15 may 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş A/RES/62/249 qətnaməsində "etnik təmizləmə qurbanları da daxil olmaqla Gürcüstanın Abxaziya bölgəsindən olan bütün qaçqınlar və məcburi köçkünlərin öz torpaqlarına geri dönmə haqqının qorunması" xüsusi qeyd edilir, həmçinin "bütün BMT-yə üzv dövlətlər öz vətəndaşlarını Gürcüstanın Abxaziya bölgəsində mülk əldə etməkdən çəkindirməyə" çağırılır. BMT Təhlükəsizlik Şurası ərazidə atəşkəsə çağıran bir neçə qətnamə qəbul etmişdir. == Arxa plan == 1992–93-cü illər Abxaziya müharibəsindən əvvəl ərazidə əhalinin təxminən yarısını gürcülər, beşdə birini isə abxazlar təşkil edirdilər. Bunun əksinə 1926-cı ildə iki xalq təxminən balanslaşdırılmış saya malik idi, yerdə qalan əhali isə ruslar, ermənilər və yunanlardan təşkil olunmuşdu. Genişmiqyaslı gürcü və erməni köçləri tədricən bu xalqların sayının dəfələrlə artmasına səbəb olsa da, 1989-cu ilin nəticələrinə görə abxaz əhalinin sayı heç iki dəfə də artmamışdı: gürcü əhalinin sayı dörd dəfə artaraq 67,494-dən 239,872-ə çatmış, erməni əhalinin sayı iki dəfə artmış, rus əhalinin sayı isə altı dəfə artmışdı.
İran gürcüləri
İran gürcüləri — İranda yaşayan gürcülərə verilən ümumi ad. İran gürcülərinin çoxu Mazandaran və Xuzistan(Dezful) və İsfahan ostanlarında yaşayır.
Türkiyə gürcüləri
Türkiyə gürcüləri (türk. Türkiye Gürcüleri; gürc. ქართველები თურქეთში, kartvelebi turketshi) — etnik gürcü olan və ya onların törəmələri olan Türkiyə vətəndaşları və sakinləri. 1965-ci il siyahıyaalınmasında gürcü dilini birinci dil olaraq bilənlər mütənasib olaraq ən çox Artvin (3,7%), Ordu (0,9%) və Kocaelidə (0,8%) idi. Gürcülər əsasən iki böyük regionda cəmləşsələr də, onlar Türkiyənin hər tərəfinə səpələnmiş vəziyyətdə yaşayırlar: Qara dəniz sahili – Giresun, Ordu, Samsun, Sinop, Amasya və Tokat illərindədir. Çveneburi gürcüləri (xüsusilə Fatsa, Ünye, Ordu, Terme və Çarşambada) öz dillərini və adət-ənənələrini böyük ölçüdə qoruyub saxlayırlar. Türkiyənin şimal-qərbi – Düzce, Sakarya, Yalova, Kocaeli, Bursa və Balıkəsir illərindədir. "Magnarella" 1979-cu ildə Türkiyədə yaşayan gürcülərin sayının 60,000-dən çox olduğunu təxmin etmişdir. İmerxevililər (gürc. იმერხეველები) gürcü dilinin imerxevi dialektində danışan gürcülərin etnoqrafik altqrupu.