GÜVENÇ

güvənmə
GÜVENCE
GÜVENİLİR
OBASTAN VİKİ
Güvenç Kurtar
Güvenç , 1959 (25 iyul 1960 və ya 25 iyul 1955, Uşak) — keçmiş türk futbolçu, məşqçi. Azərbaycanın Rəvan klubunun baş məşqçisidir. Futbolçu kimi hücumçu mövqeyində oynayıb. Güvenç Kurtar futbolçu karyerası ərzində "Beşiktaş", "Mersin İdman Yurdu", "Bursaspor", "Altay" və "Kocaelispor"da oynayıb. Məşqçi karyerası ərzində isə "Darıca Gənclərbirliyi", "Kocaelispor", "Sarıyer", "Petrolofisi", "Əskişəhərspor", "Zeytinburnuspor", "Diyarbəkirspor", "Elazığspor", "Akçaabat Sebatspor", "Çaykur Rizəspor", "Dənizlispor", "Bursaspor", "Altay" və "Adana Dəmirspor"a başçılıq edib. == Həyatı == Güvenç Kurtar 25 iyul 1950-ci ildə Türkiyənin Uşak vilayətində andan olub. == Karyerası == === Futbolçu karyerası === Güvenç Kurtar peşəkar karyerasına 1970-ci ildə "Beşiktaş"da başlayıb. Mövsümboyu oynadığı 15 matçda 3 dəfə fərqlənən sabiq hücumçu mövsümün sonunda "Mersin İdman Yurdu"na keçib. Aralıq dənizi sahilindəki macərası nisbətən uğurlu (24 oyun – 12 qol) alınıb, 24 oyuna 12 qol vurub. Liqa başa çatan kimi "Bursaspor"a keçib.
Sıtkı Güvenç
Sıtkı Güvenç (1 noyabr 1961, Pazarcık[d], Qəhrəmanmərəş ili – 9 fevral 2023, Qəhrəmanmaraş) – Türkiyə siyasətçisi. Ədalət və İnkişaf Partiyasının Qəhrəmanmaraş təmsilçisi kimi Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi. 1961-ci ildə Qəhrəmanmaraşın Pazarcık ilçəsində doğulmuşdur. İstanbul Universitetinin stomatologiya fakültəsindən məzun olmuş və bir müddət stomatoloq kimi işləmişdir. Qəhrəmanmaraş İl Sağlamlıq Müdirliyində xidmət göstərmiş, Ağız və Diş Sağlamlığı Mərkəzinin baş həkimi olmuşdur. 2011-ci ildə Ədalət və İnkişaf Partiyasının üzvü kimi Qəhrəmanmaraşdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi. 2023-cü ildə baş vermiş Türkiyə–Suriya zəlzələsində bina dağıntılarının altında qalaraq ölmüşdür. Evli və 5 uşaq atası idi. Orta səviyyədə ingiliscə bilirdi. Qardaşı Celalettin Güvenç 2015-ci ildə Ədalət və İnkişaf Partiyasının Qəhrəmanmaraş təmsilçisi kimi deputat seçilmişdir.