Güzelbahçe
Gözəlbağça (türk. Güzelbahçe) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şərqində Narlıdərə və Qarabağlar, qərbində və cənub-qərbində Urla, cənubunda Səfərihisar ilçələri, şimalında isə İzmir körfəzi yerləşir. Gözəlbağça 29 dekabr 1993-cü ildə Narlıbağçadan ayrılaraq müstəqil ilçəyə çevrilmişdir. On iki məhəllədən ibarət olan ilçənin sahəsi 77 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 33,725 nəfərdir. Balıqçılıq və kənd təsərrüfatı ilçə iqtisadiyyatının əsasını təşkil edir.