HƏŞƏRATYEYƏN

I
прил. насекомоядный (питающийся насекомыми). Həşəratyeyən quşlar насекомоядные птицы, həşəratyeyən bitkilər насекомоядные растения
II
в знач. сущ. зоол. həşəratyeyənlər насекомоядные (название отряда млекопитающих, к которому относятся ёж, крот, землеройка и т.п. )
HƏŞƏRAT
HƏŞƏRİ
OBASTAN VİKİ
Həşəratyeyən bitkilər
Həşəratyeyən bitkilər — əsasən həşəratlarla yemlənən bitkilər. == Həşəratyeyən bitkilər == Həşəratları (az hallarda başqa xırda heyvanları) tutan və onlardan əlavə qida (başlıca olaraq azotlu) mənbəyi kimi istifadə edən çoxillik ot bitkiləri. Dünyada 500-dək, Azərbaycanda 3 növü var. Həşəratyeyən bitkilər şirin su hovuzlarında, bataqlıq çəmənlərdə, azot birləşmələri zəif olan substratlarda yaşayır. Belə şəraitdə zəruri azot aclığı, həmçinin fosfor, kalium və s. maddələrin çatışmazlığını həşəratyeyən bitkilər metomorfozlu yarpaqların köməyi ilə həşəratların hesabına tamamlayır. Bəzi həşəratyeyən bitkilər (şehçiçəyi, yağlıc otu və b.) yarpaqların üzəri yapışqanlı şəffaf maye ifraz edən çoxlu vəzilərlə örtülüdür. Həşərat bitkinin tutucu aparatı üzərinə düşdükdə vəzilərin sekressiyası güclənir.
Həşəratyeyənlər
Həşəratyeyənlər (lat. Eulipotyphla) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bədəninin uzunluğu 3-40 sm olur. Başı uzunsov olub, adətən hərəkətli xortumcuq şəklindədir. Dünyada 300-ə qədər, Azərbaycanda 8 növü məlumdur. Əsasən gecə heyvanıdır. Əksəriyyəti yuvalarda, meşədə yaşayan, kiçik növlər isə xəzəllərin altında sığınacaq tapırlar. Bir qismi (köstəbək, desman) xəzlikdir. Kirpilər həşəratyeyənlərdəndir. Həşəratyeyənlər alt təbaşir dövründən məlumdur.

Значение слова в других словарях