ham 2021
hamadril
OBASTAN VİKİ
Ham.
Vilyam Hamilton (ing. William Hamilton; 1783, Kork – 25 may 1856, Plimut, Devon qraflığı) — İrlandiya botaniki. == Əsərləri == Hamilton, W. (1810). The Encheiridion medicum; or, Young Practitioner's Pocket Companion. Hamilton, W. (1825). Prodromus plantarum Indiae occidentalis. 67 p. == İstinadlar == == Ədəbiyyat == Howard, R.A.; Clausen, K.S.; Gillis, W.T. William Hamilton (1783-1856) and the Prodromus Plantarum Indiae Occidentalis (1825) (англ.) // Journal of the Arnold Arboretum : journal. — 1981. — Vol.
Qarabağ atı abidəsi (Ham şəhəri)
Qarabağ atı abidəsi (tam adı:Qarabağ atı abidəsi) — Belçikanın Ham şəhərində Qarabağ atına qoyulan abidə Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə ərsəyə gətirilmiş abidə Azərbaycan-Belçika Dostluq Cəmiyyəti tərəfindən Ham bələdiyyəsinə hədiyyə edilib. 26 mart 2017-ci ildə Ham şəhərinin mərkəzi meydanında ucaldılıb. Açılış mərasimində Ham şəhərinin meri Dirk De Vis, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi, Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Fuad İsgəndərov iştirak ediblər. Açılış tədbirində çıxış edən Ham şəhərinin meri Dirk De Vis ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublika quran Azərbaycanın bu gün Belçika ilə sıx əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd etmişdir. Eyni zamanda öz müstəsna keyfiyyətlərinə görə bütün dünyada məşhur olan Qarabağ atı ilə bağlı bu abidənin Ham şəhərində qoyulmasının iki xalq arasındakı dostluğun rəmzi olduğunu bildirmişdir. Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi Belçikada Azərbaycan icmasının hər zaman iki ölkəni və xalqı daha da yaxınlaşdırmaq üçün səylər göstərdiyini, bu abidənin ucaldılmasının bu yönümdə xüsusilə əlamətdar hadisə olduğunu diqqətə çatdırmışdır. Səfir Fuad İsgəndərov Azərbaycanın Ham şəhəri ilə qurduğu uğurlu əməkdaşlığın mədəniyyət və dinlərarası dialoqun ən gözəl nümunəsi olduğunu qeyd etmişdir. Fuad İsgəndərov bunun təlatümlərlə zəngin bugünkü dünyada izlənilməsi vacib olan müsbət təcrübə kimi çıxış edə biləcəyini söyləmişdir.

Значение слова в других словарях