Harare
Harare (ing. Harare, 1982-dək Solsberi) — Zimbabvenin paytaxtı və ən böyük şəhəri. Əhalisi 2006-cı ilin hesablamalarına görə 1 600 000 nəfər, şəhərətrafı ilə birlikdə 2 800 000 nəfərdir.
Şəhərin əsası 1890-cı ildə ingilislər tərəfindən hərbi istehkam kimi qoyulmuş və sonradan Böyük Britaniyanın baş naziri olan 3-cü Solsberi markizinin şərəfinə Fort Solsberi adlandırılmış və daha sonra sadəcə Solsberi adlanmağa başlamışdır. 1923-cü ildə şəhər Britaniya Cənubi Rodeziyasının paytaxtı olmuşdur. 1965-ci ildə müstəqilliyin elanından sonra Zimbabvenin paytaxtı olmuş və 1982-ci ildə isə şəhərin adı dəyişdirilərək Harare adlandırılmışdır.
== İqtisadiyyatı ==
Şəhər, iqtisadi həyatın olduqca canlı olduğu bir şəhərdir. Bu ölkədən bütün dünyaya, tütün, qarğıdalı, pambıq və.s. satılır. Ölkədə tekstil sənayesi inkişaf etmişdir.