havapaylayıcı
havarçı 2021
OBASTAN VİKİ
Havar
Havar adaları (ərəb. جزر حوار‎) — Hind okeanına aid Fars körfəzində yerləşən arxipelaq. Adalar inzibati cəhətdən Bəhreynin Cənub muxafazasına daxil olsa da 16 adadan üçünə Qətər iddia edir. == Coğrafiyası və təsviri == Arxipelaqın mərkəzi Bəhreynin əsas adasından 25 km cənub-şərqdə yerləşir. Arxipelaqın bir qutaracağı Qətərin qərbindən bir km məsafədə yerləşir. Bu səbəbdən 16 adadan üçünün hansı dövlətə mənsub olması mübahisələrə səbəb olur. Ümumilikdə isə bəzi mənbələrdə ada, adacıqlar, qumlu dillər, dayazlıq və bankələrin sayı ilə birlikdə 36 adanın hələ də dəqiq kimə mənsubluğu müəyyən edilməmişdir. Arxipelaqın uzunluğu 23 kilometr, eni isə 8 km təşkil edir. Ümumi sahəsi isə cəmi 52 km²-dir. Ən böyük adası Havar adlanır.
Cəzirət-Havar
Cəzirət-Havar adası (ərəb. جزيرة المحرق‎) — Fars körfəzindəki Havar arxipelaqının ən böyük adası. İnzibati cəhətdən Bəhreynin Cənub muxafazasına aiddir. Ada meridional istiqamətdə uzanır. Adanın uzunluğu 18 km, eni isə 0,9-5,2 km arasında dəyişir. Sahəsi 40 km²-dir. Qrupun digər adalarından dar boğaz (3–4 km) ilə ayrılır. Cəzirət-Havar adası düzən relyefə malikdir (maksimum hündürlüyü dəniz səviyyəsindən 19 m-dir). Qumlu və susuz adadır. Onun şimal-qərb və cənub-şərq ucqarlarını şoranlıqlar tutur.
Havar Məmmədov
Havar Əmir oğlu Məmmədov (9 oktyabr 1945, Qızılkənd, İmişli rayonu) — Bakı Mühəndislik Universitetinin rektoru (2017–2023), İxtisaslaşdırılmış D02.031 dissertasiya şurasının sədri, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2015), Rusiya Mühəndislik Akademiyasının həqiqi üzvü (2001), Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (2001), Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü və vitse-prezidenti, Beynəlxalq Şərq Neft Akademiyasının müxbir üzvü. Xəzəryanı dövlətlərin Universitetləri Assosiasiyasının prezidenti (2003–2004). Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti senatının fəxri üzvü, Bolqarıstanın Varna Texniki Universitetin fəxri doktoru, Rusiyanın Astarxan və Rostov Texniki Universitetlərinin fəxri professoru, Ukraynanın Odessa Rabitə və İnformasiya Texnologiyaları Universitetinin fəxri doktoru, Gürcüstan Texniki Universitetinin fəxri doktoru. == Elmi fəaliyyəti == Texnika elmlər doktoru, professor Məmmədov Havar Əmir oğlu 1968-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası" fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və "Avtomatika və telemexanika" ixtisasına yiyələnmişdir. Ali məktəbdə oxuduğu müddətdə əla təhsilinə və ictimai işlərdə fəal iştirakına görə Lenin təqaüdünə layiq görülmüşdür. 1968–1970-ci illərdə o, AzPİ-nin "Avtomatika və telemexanika" kafedrasında assistent vəzifəsində çalışmış, 1970–1974-cü illərdə həmin institutun əyani şöbəsinin aspirantı olmuşdur. 1970–1971-ci illərdə ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra o, aspiranturada təhsilini davam etdirmişdir. 1974–1984-cü illərdə AzPİ-nin "İstehsalat proseslərinin avtomatlaşdırılması və hesablama texnikası" kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində uğurla çalışmışdır. H. Ə. Məmmədov institutun ictimai həyatında fəal iştirak etmişdir. O, 1973–1975-ci illərdə AzPİ-nin Komsomol Komitəsi katibinin müavini, 1980–1983-cü illərdə Partiya Komitəsi katibinin müavini, 1983–1984-cü illərdə isə institutun Partiya Komitəsinin katibi olmuşdur.
Havar əlifbası
Havar əlifbası (kürd. Alfabeya Hawar) — hazırda İraq Kürdüstanında kürd dilini yazmaq üçün istifadə olunan iki əlifbadan biri. Türkiyə və Suriya kürdləri arasında kurmanc və zaza dillərini yazmaq üçün istifadə olunur. == Xüsusiyyətləri == Genişləndirilmiş latın əlifbası əsas latın qrafikasının 26 hərfindən və diakritik işarəli 5 hərfdən ibarət olmaqla cəmi 31 hərfdən (hər biri böyük və kiçik hərflərlə) istifadə edilir.
Tri (havar)
Sir — Qafqaz Albaniyası ərazisində qədim şəhər və nahiyə. Qədim-qayım Qarabağın tarixi mahallarından biri də Sirdir. Tarix boyu Ermənistanın sərhədləri içərisinə daxil olmamış bu ərazini erməni saxtakarları özününküləşdirirlər. Dərsliklərinə, "Tarix" kitablarına salıblar. Gəlin tarixə nəzər salaq. Qədim Alban (Aran) tarixçisi M. Kalankatuklu yazır ki, Sir Albaniyanın ərazisindədir. Hətta buranı şəhər kimi təqdim edir. O yazır: "Isanın naminə şəhid olan müqəddəslərin qaxımış cəsədləri olan yerdə, Tsri adlanan şəhərdə çoxlu əlamətdar hadisə və möcüzələr baş vermişdi. M. Kalankatuklu kitabının 17 fəslində Sirdən vilayət kimi bəhs edir: "Elə həmin ildə beyləqanlılar (pavlikilər-Ə. Ç.) gəldilər və Sünik, Tsri (Sir-Ə. Ç.) və Amaras vilayətlərini talan etdilər". Sir şəhərini və vilayətini erməni müəllifləri Tsri kimi qeyd edirlər.
Baccharis havardii
Baccharis havardii (lat. Baccharis havardii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Havarabid (Piranşəhr)
Havarabid (fars. هوارابيد‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (30 ailə).
Havarkəndiqışlağı (Pərsabad)
Havarkəndiqışlağı (fars. هاواركندي قشلاقي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 65 nəfər yaşayır (12 ailə).
Havarlı
Havarlı — Azərbaycan Respublikasının Yevlax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Şirvan düzündədir. Kəndin ərazisində havar adlanan qamış növünün bitməsi ilə əlaqədar olaraq yaşayış məntəqəsi belə adlandırılmışdır..
Havarlı bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Havarsüleyman (Sərdəşt)
Havarsüleyman (fars. هوارسليمان‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Havarə Bərzə (Bükan)
Havarə Bərzə (fars. ‎هواره برزه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 126 nəfər yaşayır (20 ailə).
Lupinus havardii
Lupinus havardii (lat. Lupinus havardii) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Quercus havardii
Quercus havardii (lat. Quercus havardii) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.

Значение слова в других словарях