HAY
HAY-HAY
OBASTAN VİKİ
Haray
Haray (roman) — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı. Haray (film) — müxtəlif illərdə çəkilmiş filmlər.
Hay Day
Hay Day — Supercell şirkəti tərəfindən istehsal olunmuş pulsuz mobil ferma oyunu. iOS platforması üçün 21 iyun 2012-ci ildə, Android platforması üçün 20 noyabr 2013-cü ildə buraxılmışdır. 2013-cü ilin məlumatına görə Supercell şirkəti Hay Day və Clash of Clans oyunlarından ayda 30 milyon $ qazanmışdır. 2013-cü ildə Hay Day ən çox gəlir əldə 4-cü oyun olmuşdur. == Məzmun və geympley == Oyunçunun əmisi artıq fermanın qayğısına qala bilmir və buna görə də fermanı oyunçunun əllərinə əmanət edir. Oyun müqəvvanın müşayiəti ilə oyunçunun buğda biçməyi öyrənməsi ilə başlayır. Oyunçu fermasında yetişdirdiyi məhsulları sataraq qızıl pullar qazana bilər. Qızıl pullardan istifadə edərək istehsal tikililəri və dekorativ əşyalar ala bilər. Həmçinin əldə etdiyi təcrübə xalları (XP) sayəsində səviyyə keçə bilər. Oyunçular öz aralarında "məhəllələr" yaradaraq bir-birilərinə kömək edə bilərlər.
Hay Layn
Hay Layn (ing. The High Line — "hündür xətt") — Midatun və Aşağı Manhettenin Mitpekinq və Çelsi rayonlarında yer səthindən 10 metr yüksəklikdə yerləşən yerüstü park. Bura keçmiş yerüstü dəmir yolu yerində salınıb. Ümumi uzunluğu 2,33 km-dır. == Təsviri == Park Qansvort Stritdən 34-cü küçəyə qədər uzanır. 34-cü küçədəki girişdə əlil arabaları üçün giriş nəzərdə tutulub. Park qışda hər gün səhər saat 7-dən axşam saat 19-a qədər, yazda və payızda axşam saat 22-yə qədər, yayda (ancaq günəşin batmasına qədər açıq olan 11-ci prospektin qərbindəki xiyaban istisna olmaqla) isə axşam saat 23-ə qədər açıq qalır. Parkda on bir giriş var, bunlardan beşi əlillər üçün əlçatandır. Girişlər pilləkənlərin yaxınlığında xüsusi əlil arabaları liftləri ilə təchiz olunmuşdur, onlar Gansvort, 14-cü, 16-cı, 23-cü və 30-cu küçələrdə yerləşirlər. Küçə səviyyəsində giriş 34-cü küçədə yerləşir, hansı ki 30-cu küçə və 11-ci prospektdən 11-ci prospektin qərbindəki 34-cü küçəyə qədər uzanan Aralıq xiyabanından keçır.
Hay qəzası
Əl-Heyy qəzası (ərəbcə: قضاء الحي) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Əl-Heyy şəhəridir.
Haray (film)
Haray (film, 1989) —
Haray (roman)
Haray — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı. == Məzmun == Əsərin qəhrəmanı Kazım kişi qəzaya uğradığı gəmidə tənha qaldığı günlərdə ömrünün müxtəlif mərhələlərində rastlaşdığı yaxşı, pis adamları yada salır, təzadlı hadisələri xatırlayır. Beləliklə, Xəzər dənizi və Kür çayı gəmiçilərinin bir neçə nəslinin sevincli, fərəhli, həm də çətin, dolanmbac yollu həyat salnaməsi gözlərimiz qarşısında canlanır.
Molla, haray
Molla, haray – Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə və ya digər vaxtlarda uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. Uşaqlar halay gəlmək yolu ilə mollalar arasıda iki dəstəyə ayrılırlar. Mollalardan birinin gözünü yumurlar. Gözüaçıq mollanın dəstəsində olanlar qaçıb gizlənirlər. Gözüyumulu mollanın uşaqları sığınacaqda otururlar. O, gözünü açır, gizlənən uşaqların mollası ilə uşaqları axtarmağa başlayır. Hər yerdən keçdikdə gizlənən uşaqların mollası bərkdən xəbərdarlıq edir. Məsələn, "Bulağın yanından keçdik", "Dərəni o taya adladıq", "Əlinin evinin yanındayıq" və i. a. Bu xəbərdarlıqdan məqsəd gizlənən uşaqların möhkəm gizlənməsi, gözə görünməməsidir.
Haray (film, 1990)
== Məzmun == Film öz sənət dünyası ilə yaşayan bir sənətkarın-sazbəndin yaşantıları haqqında hekayətdir. Belə ki, qurumuş ağac lətif bir saza çevrilir. Bunun rəmzi mənası vardır: həyatda gözəllik, rahatlıq, zövq bəxş edən nə varsa məhvə məhkum deyil, çünki bu yaradıcılıq məhsullarının hər birində insan qəlbinin hərarəti duyulur. == Festivallar və mükafatlar == 1) 1991-ci ildə Bakıda "Şərqdən Baxış" devizi altında keçirilən Beynəlxalq Gənclər filmləri kinofestivalı Kinolent sənədli filmlər üzrə Baş Prizə layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yavər Rzayev Ssenari müəllifi: Nəriman Əbdülrəhmanlı Operator: İsrafil Ağazadə (İsrafil Ağayev kimi) Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Haray (film, 1993)
"Haray" — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmun == Film Xocalı faciəsi haqqındadır. Burada iki yeniyetmənin — qardaşla (Tacir Əzizov) bacının (Nüşabə Abdullayeva) düşmən əhatəsindən çıxmaq üçün olmazın əzablara qatlaşmalarından danışılır. Ermənilərin azərbaycanlı əsirlərə verdikləri olmazın əzablara şahid olan iki yeniyetmə, çıxış yolunu özlərini dağdan atmaqda görürlər. == Film haqqında == Kinolent yazıçı Nüşabə Məmmədovanın "Haray" pyesinin motivləri əsasında çəkilmişdir. Film Qurani-Kərimin Fatihə surəsi ilə başlayır. Filmin çəkilişlərinə Xocalı, Hacıkənd, Xanlar (indiki Göygöl), Goranboy rayonlarının və Gəncə şəhərinin camaatı köməklik göstərmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nüşabə Məmmədova, Eldəniz Quliyev Quruluşçu rejissor: Oruc Qurbanov Quruluşçu operator: Rövşən Quliyev Quruluşçu rəssam: Asif Məmmədov Bəstəkar: Qalib Məmmədov Səs operatoru: Əsəd Əsədov Rejissor: Ənvər Həsənov Operator: Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi), Vaqif Muradov Rejissor assistenti: Mirvahab Əmirov Operator assistenti: Nadir Mehdiyev Montaj edən: Rəfiqə İbrahimova Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Məsləhətçi: Yusif Məmmədov (polis polkovniki) İşıq ustası: Sabir Əliyev, Akif Rəhimov İnzibatçı: Hümbət Abbasov, Vladimir Şevulov, Çingiz Əliyev Çalır: Rafiq Babayevin İdarəsi ilə İnstrumental Ansambl Mahnı ifa edən: Brilliant Dadaşova, Azər Zeynalov Musiqi redaktoru: İsmayıl Dadaşov Redaktor: Ziyafət Abbasov Filmin direktoru: Əlfi Şükürov === Rollarda === Nüşabə Abdullayeva — bacı Tacir Əzizov — qardaş Pərvanə Qurbanova Xələf Cəfərov Dokoşto Erneşto — zənci əsgər Konstantin Artyomov Qədir Həsənov Y.Məmmədov Səidə Quliyeva — ana Maya Məmmədova S.İsmayılov R.Nadirov Məmmədəli Balayev C.Məmmədov == Çəkilişə köməklik edən qurumlar == Gəncə Toxuculuq Kombinatı Gəncə Şəhər İcarə Mətbəəsi Gəncə Sənaye-Ticarət Birliyi Qarabağ Əlillərinin "Xatirə" Xeyriyyə Cəmiyyəti Bakı-Qafqaz Enerjitəmir İdarəsi == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Haray (film, 2004)
== Məzmun == Filmdə ermənilərin xalqımızın başına gətirdiyi faciə və müsibətlər arxiv materiallarına əsasən real süjetlər əsasında əks etdirilir. Bu haray Qarabağın harayıdır. Bu haray Şuşadan didərgin düşmüş qaçqınlarımızın, Natəvanın, Üzeyirin, Bülbülün güllələnmiş daş heykəllərinin harayıdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Aydın Dadaşov Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov Operator: Sərdar Vəliyev, Rəfael Salamzadə Səs operatoru: Əsəd Əsədov Musiqi tərtibatçısı: Rauf Əliyev Montaj edən: Samirə Seyidbəyli (Samirə Seyidbəyova kimi) Kompüter dizaynı: Rauf Umud İcraçı prodüser: Kamil Məmmədov Mətni oxuyan: Əliabbas Qədirov == Çəkilişə köməklik edən qurumlar == Bülbülün Ev Muzeyi Üzeyir Hacıbəyovun Ev Muzeyi Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyi == Çəkilişə kömək edənlər == Adilə Məmmədova Səadət Qarabağlı Altay Hacıyev (xalq rəssamı) Elton Avalov (sənətşünas-rəssam) Rəfael Gülməmmədov == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 380.
Ben-Sion Meyr Hay Uziel
Ben-Sion Meyr Hay Uziel (ivr. ‏בן ציון מאיר חי עוזיאל‏‎; 23 may 1880, Qüds – 4 sentyabr 1953, Qüds) – 1939–1948-ci illərdə Fələstin mandatının, 1948–1953-cü illərdə İsrailin baş ravvini. Səfərad yəhudilərinə mənsub olmuşdur. == Həyatı == Ben-Sion Meyr Hay Uziel 23 may 1880-ci ildə Qüds şəhərində doğulmuşdur. Atası Cozef Rafael Uziel Qüds şəhərində səfərad icmasının baş ravvini idi. Uziel 1911-ci ildə Yaffa şəhərindəki səfərad icmasının ravvini təyin olunmuşdur. Lakin təqib edilən yəhudilərə kömək etdiyi üçün Birinci Dünya müharibəsi zamanı türklər tərəfindən sürgün edilmişdir. 1921-ci ildə Salonikinin baş ravvini təyin olunmuş, 1923-cü ildə Tel-Əvivin baş ravvini olmaq üçün Fələstinə qayıtmışdır. 1939-cu ildə İsrail Torpağının baş ravvini təyin olunmuşdur. O, Yəhudi Milli Məclisinə seçilmiş və Yəhudi Agentliyinin qurulduğu sessiyalarda iştirak etmişdir.

Значение слова в других словарях