HAYIRSIZ

xeyirsiz
HAYIR
HAYKIRMAK
OBASTAN VİKİ
Hayırsızada it qətliamı
Hayırsızada it qətliamı və ya Hayırsızada sürgünü – 3–4 iyun 1910-cu ildə 80.000 küçə itinin Türkiyənin Sivriada (digər adı ilə Hayırsızada) adasında göndərilərək öldürülməsi ilə baş verən kütləvi heyvan qətliamı hadisəsi. Tarixin ən böyük heyvan qətliamlarından biridir. == Tarixi == === Zəmin === İstanbul tarixin bir çox dövrlərində itlərlə dolu olan şəhər olmuşdur. İstanbul şəhərində ilk it sürgünlərindən biri XIX əsrdə Osmanlı hökmdarı II Mahmudun dövründə həyata keçirilmişdir. II Mahmud şəhərdəki bütün itlərin tutulub adaya göndərilməsini əmr etmiş, lakin İstanbul əhalisi heyvanlara əziyyət verməyin uğursuzluq gətirəcəyini bildirib etiraz etməyə başlamışdr. Bundan sonra adadakı itlər qayıqlar vasitəsilə yenidən İstanbula gətirilmişdir. === Qətliam === XX əsrdə şəhərdə itlərin sayının artmasından sonra İstanbul bələdiyyəsi başçısı Suphi Bəysoyundu başda olmaqla səlahiyyətli şəxslər it problemini həll etmək üçün yol axtarmağa başlamışdılar. Dövlət bu itlərin kimya sənayesində istifadəsi üçün Fransa hökuməti ilə razılaşmışdır. 80.000 it İstanbul küçələrindən toplanıb əvvəlcə dəniz səmtində yerləşən Topxanaya gətirilmişdir və Fransaya göndərilmək məqsədilə gözlədilməyə başlanmışdır. Əhalinin itləri xilas etməsinin qarşısını almaq üçün əsgərlər vəzifələndirilmişdir.
Hayırsızada
Sivriada (türk. Sivriada) — Türkiyəyə məxsus olan, Mərmərə dənizində yerləşən ada. Adalar arxipelaqının ən uzun və qərbdə yerləşən adasıdır. Maksimal hündürlüyü 90 metrdir. Yassı adasından 1,7 km, İstanbuldan isə (Fənərbaxça burnu) 11 km aralıda yerləşir. 1910-cu ildə İstanbul valisi küçə itlərinin toplanaraq Sivriadaya göndərilməsinə qərar vermişdir. 80 min küçə iti adaya yerləşdirilmişdir. Onlar taleyin ümidinə buraxilmişdir. Qısa müddət sonra İstanbulda güçlü zəlzələ baş vermişdir. Xalq bunu "tanrının qəzəbi" olaraq adlandırmışlar.