Turizmin əhəmiyyəti
Turizm cəmiyyətin iqtisadi problemlərinin həliinə xeyli təsir göstərir. Turizmdən gələn gəlir onun inkişaf etdiyi regionda iqtisadiyyatı yüksəltməyə qadirdir. Ayrı-ayrı regionlarda turizm inkişaf etdikcə ölkədaxili regionların iqtisadi göstəriciləri arasında fərqlər azalır.
Sahibkarlıq sahəsi - yaradılan hər bir müəssisə xeyir gətirməlidir, çünki o, müştərilərə öz məhsulunu və xidmətlərini təqdim edir, fəhlə və qulluqçulara əmək haqqı və ödəmələrin digər növlərini, aksionerlərə-gəlir, dövlətə - vergi və rüsumlar ödəyir.
İstehlak sahəsi - turizm-istehlak tələbinin yeni formasını gələn turistlərin müxtəlif mal və xidmətlərə olan tələbini canlandırır.
Gəlir sahəsi - turist axını sayəsində turizmin aşağıda qeyd olunan bir çox yerli müəssisələrinin gəliri artır - mədəni və əyləncə müəssisələrinin gəlirləri artır və bu da öz növbəsində vergi ödəmələri hesanıa regiona və yerli əhaliyə fayda verir.
Valyuta sahəsi - turizm ölkəyə, regiona böyük miqdarda xarici valyuta axınına səbəb olur. Qəbul edən turizm "görünməyən ixrac" adlanır, çünki istehlakçı ixrac məhsulun ardınca onu istehsal edən ölkəyə gedir.
İşsizlik, zəhmətkeşlərin həyat səviyyəsinin aşağı olması, psixoloji təzyiq, stress və onunla bağlı böhranlı hadisələrin yaranması, asudə vaxtlarda gənclərin neqativ fəaliyyətinin artması, təbiətdə ekoloji tarazlığın pozulması-müasir cəmiyyətin bu və ya digər problemləri bizim ölkədə də mövcuddur.
İstirahətdən sonra işçi qüvvəsinin iş səmərəliyi artır;
Əhalinin maariflənməsinə müsbət təsir göstərir;
Turizmin inkişaf etdiyi ərazilərdə tarixi obyektlərin qorunmasına maraq artır;
Turizmin mühüm funkasiyasıdır, şəxsiyyətin inkişafı, onun dərketmə dairəsinin və yaradıcılıq potensialının genişlənməsi üçün imkanları yaradılmasıdır.