HEFEST

is. \[yun. Ήθαηζηνο "qədim yunan mifologiyasında dəmirçi və od ilahisi"\] Metallurq və qaynaqçı geyimi üçün xüsusi olaraq işlənmiş istidən, alovdan, qığılcımdan qoruyan odadavamlı parça.
HEÇBƏK
HELİKOPTER
OBASTAN VİKİ
Hefest
Hefest (Yunanca: Ἥφαιστος (Hefaistos)) Yunan mifologiyasında dəmirçilik və vulkanların tanrısı. Hera ilə Zevsin oğlu. == Hefestin doğulması == Əfsanəyə görə Hefest Zevs və Heranın yeganə şikəst doğulmuş uşağıdır. Bəzi rəvayətlərə görə Hera kişi yardımı olmadan Hefestə hamilə qalır, doğduqdan sonra onun axsaq olmasından utanaraq onu dənizə atır. Xoşbəxtlikdən onu iki dəniz ilahəsi Fetida və okeanida Evrinoma xilas edərək böyüdürlər. Dənizin dibində öz sevimli sənəti, dəmirçiliklə məşğul olan Hefest gözəl və tayı bərabəri olmayan bəzək əşyaları düzəldərək hamını valeh edir. Əsl valideynlərinin kim olduğunu öyrəndikdən sonra əsasən Heradan qisas almaq qərarına gəlir. Bu məqsədlə qızıldan yaraşıqlı taxt düzəldərək Heraya hədiyyə göndərir. Sevincək hədiyyəni qəbul edən Hera ona əyləşərkən taxta sarınmış olur. Heranı azad etmək üçün uzun mübahisə və çəkişmədən sonra Dionis məsələyə qarışaraq qardaşı Hefesti içizdirərək sərxoş halda Olimpə gətirir və onu Hera ilə barışdırır.