HEÇBƏK
is. \[ing. hatch + back\] avtom. Minik avtomobillərində iki və ya dörd yan qapısı və təkcə arxadan yük yeri olan iki həcmli sərnişin kuzası növü; kombi. Yük yerini genişləndirmək məqsədilə ikinci sıra oturacağı və arxasındakı rəfi büküb yığışdırmaq olur.