HELIACAL
HELICOPTER
OBASTAN VİKİ
Airbus Helicopters
Airbus Helicopters — Airbus şirkətinin helikopter istehsal edən hissəsi. Gəlirləri və turbin vertolyotların hazırlanması baxımından sənayedə ən böyüyüdür. Baş ofisi Marsel Provans Hava Limanında yerləşir.
Bell Textron Helicopter
Əsas mərkəzi Texasın Fort-Uort şəhərində yerləşən ABŞ-yə məxsus olan hava-kosmik fəza məhsulları istehsalı ilə məşğul olan bir şirkətdir. Textron şirkətinin bir qanadı olan Bell şirkəti hərbi pərli qanadlı təyyarələr (rotorcraft) və mülki helikopterlərin istehsalı ilə məşğul olur. Bell şirkəti həmçinin dünya miqyasında müxtəlif ölkələrin hava qüvvələri üçün təlimlər keçir və onlara dəstək verir "Bell Helicopter Textron Inc." şirkəti ABŞ-nin aerokosmik avadanlıqlar istehsal edən çoxsaylı kompaniyalarından biridir. Şirkətin mənzil qərargahı Texas ştatının Fort Uert şəhərində yerləşir. Fort Uert və Amarillo şəhərində və onun ətrafında hərbi məqsədli, Kanadanın Kvebek şəhərin yaxınlığındakı Mirabel qəsəbəsində isə kommersiya məqsədli helikopterlər istehsal edilir. "Bell" bütün dünyada təlim və dəstək xidmətləri də göstərir. Şirkət 1935-ci il iyulun 10-da Nyu-Yorkun Buffalo şəhərində Lorens Dayl Bel tərəfindən "Bell Aircraft Corporation" kimi təsis edilib. Şirkət döyüş təyyarələrinin layihələndirilməsini və hazırlanmasını həyata keçirməyi nəzərdə tuturdu. Onların ilk məhsulları arasında bombardmançılara qarşı mübarizə aparmaq üçün nəzərdə tutulan iki mühhərikli XFM-1 "Airacuda" və P-39 "Airacobra" qırıcıları da yer alırdı. Sonradan XFM-1 "Airacuda" və P- 39 "Airacobra" qırıcılarını şirkətin istehsal etdiyi, ABŞ-nin ilk reaktiv "P-59 "Airacomet" və P- 63 "Kingcobra" kimi yeni nəsil qırıcılar əvəz etdi.
HAL Light Combat Helicopter
HAL Light Combat Helikopter, HAL tərəfindən istehsal olunan Hindistanın çoxməqsədli hücum helikopteridir. İlk uçuşunu 29 Mart 2010-cu ildə etmiş və 2017-ci ildən tam istehsalına başlanılmışdır. Əsas istifadəçisi Hindistan Quru Qoşunları və Hindistan Hərbi Hava Qüvvələridir. 2010-cu ildən hal-hazırkı dövrə qədər 4 ədəd istehsal olunmuşdur. Vahidinin qiyməti 20.2 milyon US$ təşkil edir. HAL Dhruv helikopterinin bazasında inkişaf etdirilmişdir.
MD Helicopters MD 500
MD Helicopters MD 500 MD Helicopters şirkəti tərəfindən istehsal olunan ABŞ istehsalı çoxməqsədli helikopterdir. Hughes OH-6 Cayuse helikopterinin əsasında inkişaf etdirilərək 1982-ci ildən xidmətə qəbul edilmişdir. Helikopter 1976-cı ildən istehsal olunur. Hal-hazırda təxminən 4700 ədəd istehsal edilmişdir. İlk uçuşunu 27 fevral 1963-cü ildə həyata keçirmişdir. Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında mövcuddur.
MD Helicopters MD 600
MD Helicopters MD 600 MD Helicopters şirkəti tərəfindən istehsal edilən ABŞ istehsalı olan çoxməqsədli helikopterdir. Beş oturacağı olan MD 520N helikopterinin altı oturacaqlı uzunluğu artırılmış bir modelidir.
Robinson Helicopter
'Robinson Helicopter Company —' Amerika şirkətidir. Torrance, Kaliforniya, dünyanın ən böyük kommersiya vertolyotları istehsalçısıdır. 1973-cü ildə Bell Helicopter and Hughes Helicopter Company-nin keçmiş işçisi Frank Robinson tərəfindən yaradılmışdır. İlk helikopter 1979-cu ildə təhvil verilib. 2017-ci ilin yanvar ayına olan məlumata görə, 12 min helikopter istehsal edilib. Bu gün üç model kütləvi istehsal olunur: iki nəfərlik R22, dörd nəfərlik R44, Rolls-Royce RR300 mühərrikli beş nəfərlik R66 – 2010-cu ildən istehsal edilmişdir. Helikopterlərdən əlavə, şirkət binaların damlarında standartlaşdırılmış "Robinson Helipad" helikopter sahəsi istehsal edir.