heliozoy

heliozoy
heliotropizm
heliozoylar
OBASTAN VİKİ
Heliozoylar
Günəşkimilər yarımsinfi (lat. Heliozoa ) — İbtidailərin Lobosa sinfinə daxil olan yarımsinifdir. == Haqqında == Günəşkimilər, əsasən şirin sularda yaşayırlar, xarici görünüşcə şüalılara çox oxşadırlar. Bədənləri kürə formasında olub, günəşin şüalarına bənzər yalançı ayaqlar əmələ gətirirlər. Şüalılardan fərqli olaraq, günəşkimilərdə mərkəzi kapsula olmur. Sitoplazma bir və ya bir neçə nüvədən ibarət olan dənəvər endoplazmaya malikdir. Ektoplazma şəffafdır, tərkibində bir və ya iki yığılan vakuol vardır.Günəşkimilərin yalançı ayaqları endoplazmadan başlanğıc götürür. Psevdopodaların mərkəzindən xaricdən duru sitoplazma ilə əhatə olunan, bir qədər qatı xətt keçirki, belə yalançı ayaqlar aksopodalar adlanır. Aksopodalar uzanıb – qısaldığı kimi , əyilədə bilir. Bunun hesabına günəşkimilər kiçik yosunlar, təkhüceyrələrdən başqa, daha iri şikara – rotatorilərə, kiçik xərçənglərə hücüm edə bilirlər.