El-Hierro
İerro (isp. El-Hierro) — Kanar adalarında, Atlantik okeanda, Afrika materikinin şimal-şərq sahillərində yerləşən ada. O, adalar qrupunun yeddi böyük adalarından biri olub ən qərbdə, La Palma adasının cənubunda və La Qomera adasının cənub-qərbində yerləşir.
Kanar adalarının yeddi böyük adasından biri olan İerronun əvvəlki adı Ferro olmuşdur. Belə ki, oykonimin mənası ingilis dilində iron, latın dilində ferrum, portuqal dilində ferro, qalis dilində ferro, fransız dilində fer, ispan dilində hierro kimi səslənən dəmir deməkdir. XVIII əsrdən etibarən adaya portuqlca Ferro, fransızca L'île de Fer, latınca Insula Ferri adları verilmişdir.
İerro vulkanik mənşəli adadır. Sahəsi 278 km²–dir. Ən yüksək nöqtəsi Palpaso olub 1.501 metr təşkil edir. Adanın vulkanları aktivdir.