Hipofiz
Hipofiz və ya beyin artımı (lat. hypophizus s. glandula pituitaria) — lobya böyüklükdə girdə ya oval formada tək üzvdür. Əsas sümüyün türk yəhəri çuxurunda (lat. fossa hypophyseos) yerləşmişdir və nazik qıf – lat. infundibulum vasitəsilə beyinin aşağı səthində olan boz qabar – lat. tuber cinereum ilə rabitədədir. Sağital ölçüsü 5–10 mm, kındələn öılçüsü 12–15 mm, şaquli ölçüsü 6–7 mm və çəkisi 0,35–0,65 q-dır. Hipofizin çəkisi orqanizmin böyümə dövrü ərzində xeyli dəyişir; yenidoğulmuşda çəkisi 0,1–0,15 qolur, 10 yaşında iki dəfə artır, 0,3 q-a çatır və həddi-büluğ dövründə sürətlə inkişaf edərək böyüklərdə olan ölçüyə çatır.
== Quruluşu ==
Hipofiz kiçik yarıq vasitəsilə bir -birindən ayrılmış iki paydan ibarətdir; ön pay ya da adenohipofiz (vəzili hipofiz) lat.