Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hipofiz
Hipofiz və ya beyin artımı (lat. hypophizus s. glandula pituitaria) — lobya böyüklükdə girdə ya oval formada tək üzvdür. Əsas sümüyün türk yəhəri çuxurunda (lat. fossa hypophyseos) yerləşmişdir və nazik qıf – lat. infundibulum vasitəsilə beyinin aşağı səthində olan boz qabar – lat. tuber cinereum ilə rabitədədir. Sağital ölçüsü 5–10 mm, kındələn öılçüsü 12–15 mm, şaquli ölçüsü 6–7 mm və çəkisi 0,35–0,65 q-dır. Hipofizin çəkisi orqanizmin böyümə dövrü ərzində xeyli dəyişir; yenidoğulmuşda çəkisi 0,1–0,15 qolur, 10 yaşında iki dəfə artır, 0,3 q-a çatır və həddi-büluğ dövründə sürətlə inkişaf edərək böyüklərdə olan ölçüyə çatır. == Quruluşu == Hipofiz kiçik yarıq vasitəsilə bir -birindən ayrılmış iki paydan ibarətdir; ön pay ya da adenohipofiz (vəzili hipofiz) lat.
Hipofiz sapı
Hipofiz sapı (həmçinin infundibulyar sap, Fenderson hunisi və ya sadəcə olaraq infundibulum kimi tanınır) — hipotalamus və hipofiz arxası arasındakı əlaqə. Üçüncü mədəciyin dibi hipofiz zirvəsinin birləşdiyi quyuya doğru hunişəkilli girinti kimi aşağıya doğru — infundibulyar girintiyə doğrudur. Diafraqma sellalarının bərk beyin qabığından keçir, çünki o, hipotalamusun maqnosellüler neyrosekretor hüceyrələrindən neyrohipofiz hormonlarını, oksitosin və vazopressini qana buraxaraq arxa hipofiza qədər aksonları daşıyır. Bu əlaqə hipotalamo-hipofiz traktı və ya hipotalamo-neyrohipofiz traktı adlanır. == Zədələnməsi == Hipofiz sapının zədələnməsi antidiuretik hormonun ifrazını bloklayır, nəticədə polidipsiya (həddindən artıq su qəbulu) və poliuriya (həddindən artıq sidik ifrazı) baş verir. == Ölçüsü == Optik xiazma səviyyəsində hipofiz sapının diametri 3,3 mm, hipofiz vəzinin bağlanma yerində isə 1,9 mm-dir.
Hipotez
Hipotez (q.yun. ὑπόθεσις — "əsas", "təxmini fikir") — təxmin edilmə, fikrə gəlmə, təsdiq edilməmiş iddia. Elmdə hipotez anlayışı çox vaxt təbiətin, yaxud ictimai həyat hadisələrinin hər hansı bir sahəsini izah edən fərziyə kimi başa düşülür. Hadisəni izah etmək, onun səbəbini, başqa hadisə və proseslərlə qanunauyğunluq əlaqəsini aşkara çıxarmaqdır. Buna görə də, hipotez əksər hallarda elmin həqiqi müddəalarına zidd gəlməyən, lakin müəyyən hadisələr və prosesləri doğuran səbəb haqqında irəli sürülən, sübut olunmasına ehtiyac duyulan fərziyyə hesab olunur. Bir qayda olaraq hipotezlər bir sıra müşahidə və nümunələrə söykənməli və həqiqətə oxşamalıdırlar. Hipotezlər ya təsdiq edilməli və fakta çevrilməli və ya da rədd edilərək əsassız iddia cərgəsinə keçməlidirlər. Elmi tədqiqatlarda hipotezlər müəyyən sayda müşahidələr, təcrübədən alınan nəticələrə əsaslanan mülahizələrin müəyyən edilməsi deməkdir. İrəli sürülən hipoteziərin yoxlanılması xüsusi eksperimentlərin gedişində həyata keçirilə bilər. Təsdiq edilməmiş və rədd ediməmiş hipotez açıq problem adlanırlar.
Nebulyar hipotez
Nebulyar hipotez (lat. nebula – dumanlıq) — kosmoqonik hipotez. Bu hipotezə görə Günəş sistemi və ya ümumiyyətlə səma cisimləri seyrək dumanlıqdan əmələ gəlmişdir. Bu termin planetlərin közərmiş qaz dumanlığından əmələ gəlməsini fərz edən Laplas hipotezi, müəyyən qədər planetlərin toz dumanlığından əmələ gəldiyini ehtimal edən Kant hipotezi ilə əlaqədar olaraq yaranmışdır. Bu hipotez 1734-cü ildə Emmanuil Svedenborq tərəfindən irəli sürülmüşdür. 1755-ci ildə Svedenborqun işi ilə yaxından tanış olan İmmanuil Kant bu hipotezi inkişaf etdirdi. O, hesab edirdi ki, dumanlıq yavaş-yavaş fırlanaraq sıxılır və cazibə qüvvəsi sayəsində yastılaşır. Zaman keçdikcə isə ondan planetlər və ulduzlar yaranır. Bənzər model 1796-cı ildə Pyer-Simon Laplas tərəfindən təklif olunmuşdur. Əvvəlcə hipotez yalnız Günəş sisteminə aid edilsə də, nəticədə bütün kainata şamil edilməyə başlandı.