Hippuritlər
Hippuritlər (Hippurites) - rudistlər dəstəsindən (Pachyodonta) olan ikitayqabıqlı molluskların cinsi. Qabığın ölçüsü bəzən 1 m-ə çatır. Uzunsov — konusvari və ya hətta silindrik sağ tay substrata, azqabarıq və yastı sol tay isə uzun-yoğun dişli qapaq şəklində olub, sağ tayı örtürdü. Kilid paxiodont tiplidir. Aralıq dənizi paleocoğrafi vilayətinin gec təbaşir dənizlərinin dayaz zonalarında məskunlaşmışdır. Hippuritlər mərcanlarla birlikdə orqanogen qurumlar əmələ gətirmişdir.
== Həmçinin bax ==
İkitayqabıqlı molluskalar
== Mənbə ==
Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.