Killing Me Softly With His Song
Killing Me Softly With His Song — bəstəkarı Çarlz Foks, söz müəllifi isə Norman Gimbel olan mahnısı.
== Lori Liberman versiyası və mübahisəli mənşəyi ==
1971-ci ildə ilk çıxan yazdırmasında mahnını ifa edən Lori Liberman iddia edir ki, orijinal şeiri Don Maklinin Empty Chairs mahnısının təsirində özü yazıb. Onun sözlərinə görə, sonra o, bu məlumatı Gimbela verib. O isə, duyğularını alıb, onlardan mahnı sözlərini yazmış. Bundan sonra isə Gimbel bu sözləri onların üçün musiqi yazan Foksa verib.
Norman Gimbelın sözlərinə görə, o, bəstəkar Lalo Şifrin ilə tanış olduqdan sonra, onnan birlikdə Şifrinin müxtəlif filmləri üçün mahnıları yazmağa başlayıb. Gimbel ilə Şifrin birlikdə Brodvey üçün bir müzikl yazmağa istəyirdilər. Gimbeldə ideya yaratmaq üçün, Şifrin ona Xulio Kortasarın Xana-xana oyunu (isp. Rayuela) romanı oxumağa verib. Kitab heç vaxt müzikla çevirilməmişdi, lakin ikinci fəsilində rəvayətçi özünü bir barda oturub, Amerikan dostu olan pianoçunun kill us softly with some blues mahnısını qulaq asaraq təsvir edir.