HOLOSEN

buzlaqlardan sonrakı epoxa-müasir geoloji epoxa. Yerin geoloji tarixinin Antropogen dövrünün sonuncu, bitməmiş hissəsidir. Təqr. 10 min il vaxtı əhatə edir.
HİPONEYSTON
HOMOSFER
OBASTAN VİKİ
Holosen
Holosen – geoloji epoxalardan biridir. Pleystosendən sonra gəlir və təxminən 11.7 min il əvvəldən bu günə qədər olan dövrü əhatə edir. "Resent" (adətən böyük hərflə) termini tez-tez "Holosen" terminin dəqiq sinonimi kimi istifadə olunurdu, baxmayaraq ki, bu cür istifadə 21-ci əsrdə işlənmir. Holosen Dördüncü dövrün bir hissəsidir. Onun adı yunan dilindəki ὅλος (holos, tam və ya bütöv) və καινός (kainos, yeni) sözlərindən götürülüb, mənası "ən yeni" deməkdir. O hazırkı mülayim dövr ilə müəyyən olunmuşdur (Dəniz İzotopları mərhələsi kimi tanınır). Holosen həmçinin insanın artımını və Yerdəki növlərə təsirini, o cümlədən əsas sivilizasiyaların inkişaf tarixini əhatə edir. == İcmal == Beynəxalq Stratiqrafia Komissiyası tərəfindən Holosenin təxminən 11.7 min il əvvəl başladığı qəbul olunmuşdur. O Pleystosen və gec buzlaşma dövründən (gec buzlaşma dövrünə Şimali Amerikada Viskosinan, Avropada Veiçselia, Böyük Britaniyada Devensia, Çilidə Llanuihue və Yeni Zellandiyada Otria daxil edilir) sonra gəlir. Holosen əsas iqlim dəyişgənliyinə əsasən beş vaxt interalına və ya xronozonaya bölünür: • Preboreal (10 ka–9 ka) • Boreal (9 ka–8 ka) • Atlantik (8 ka–5 ka) • Subboreal (5 ka–2.5 ka) • Subatlantik (2.5 ka–indiyə qədər) ~ Qeyd: "ka" mənası "min il"-dir.
Holosen təqvimi
Holosen təqvimi, həmçinin Holosen erası və ya İnsan erası — asrtronomik ilə (ing. Astronomical year numbering) yaxın olub, ona buz dövründən sonra başlanğıc kimi insan erasının başlanğıcı (insan sivilizasiyası) olaraq 10 000 il əlavə edilməklə hesablanan təqvim sistemidir. İstifadə etdiyimiz Qriqorian ilinin üzərinə 10 000 il gəlməklə Holosen ilinə çevirmək olar (məsələn eramızın 2023-cü ili holosen təqviminin 12023-cü ilidir). İnsan erası termini ilk dəfə olaraq 1993-cü ildə (11993 h. e.) Çesare Emiliane tərəfindən təklif edilib. == Motivasiya == İddia edilir ki, holosen erası insanın yaradılışından bəri tarixi hadisələrin qeydə alınması üçün istifadə etdiyimiz təqvimdən daha rahatdır, çünki istifadə etdiyimiz təqvimin çətinliyi "bizim eradan əvvəl" və "bizim eraya" bölünməsidir. == Çevirmə yolu == İstifadə etdiyimiz tarixi Holosen təqviminə çevirmək çox sadədir, bunun üçün dörd rəqəmli il rəqəmlərinin qarşısına bir əlavə etmək lazımdır. Məsələn: b.e. 2023-cü ili h.e.12023-cü ilə uyğundur. == Həmçinin bax == David Ewing Duncan.
Pleystosen-Holosen epoxası
Pleystosen-Holosen epoxası Bakı, Xəzər (Gürgan), Xvalın və Yeni kaspi əsrlərini əhatə edir. Abşeron əsrində, xüsusilə onun axırlarında tektonik hərəkətlərin canlanması və relyefin inkişafının qalxan istiqamətinin güclənməsi pleystosenin əvvəllərində, daha doğrusu Bakı əsrinin əvvəllərində morfotektogenez proseslərin nisbi sakitliyi ilə əvəz olunur. Bu zaman Xəzər dənizi səviyyəsinin qısa müddətli qalxması nəticəsində Kür və qismən də Qusar-Dəvəçi çökəkliklərinə transqressiyası baş verir. Bununla yanaşı dənizin transqressiyası bəzi yerlərdə abşeron əsrinin sonlarındakı transqressiya sahələrini örtsə də onun maksimal transqressiyası hüdudlarına çatmır. Dənizin Bakı əsrinin sonundakı qısa müddətli reqressiyası Xəzər (Gürgan) əsrinin əvvəllərində transqressiya ilə əvəz olunur. Dəniz Samur-Dəvəçi ovalığını bütünlüklə örtür və ensiz körfəzlər şəklində Sital, Germian və b. çayların dərələri boyu quruya soxulur. Bu zaman Böyük və Kiçik Qafqazıda qalxmaının güclənməi ilə əlaqədar olaraq Kür çökəkliyinin kənar sahələri quruya çevrilir, ox hissəi isə Acınohur öndağlığının cənub tirəsi boyu uzanır. Gürgan əsrinin ortalarından etibarən Kür-Araz depressiyası intensiv çökməyə məruz qalır. Abşeron yarımadası ilə Girovdağ-Babazənan antiklinal zonası arasında mövcud olmuş, dayaz dənizdə, əsasən, palçıq vulkanlarının əmələ gətirdiyi adalar və tirələr yayılmışdır.
Adi holosentr
Adi holosentr (lat. Holocentrus adscensionis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin holosentrkimilər dəstəsinin holosentrlər fəsiləsinin holosentr cinsinə aid heyvan növü.
Holosentr
Holosentr (lat. Holocentrus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin holosentrkimilər dəstəsinin holosentrlər fəsiləsinə aid heyvan cinsi.
Holosentrkimilər
Holosentrkimilər (lat. Holocentriformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Holosentrlər
Holosentrlər (lat. Holocentridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin holosentrkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Sarı-qırmızı holosentr
Sarı-qırmızı holosentr (lat. Holocentrus rufus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin holosentrkimilər dəstəsinin holosentrlər fəsiləsinin holosentr cinsinə aid heyvan növü.

Значение слова в других словарях