host-maşın
hostel
OBASTAN VİKİ
HOST
H. O. S. T (Hava Od Su Torpaq) — Azərbaycan rep qrupu. Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub. PRoMete, eyni zamanda Qaraqan və Jamal Ali Alliance-a qədərki vaxt mərhələsində bir neçə treklər yazdırıb, konsertlərdə çıxış edib. 2005–2006-cı illər ərzində əsası qoyulan və fəaliyyətdə olan Baku Clan isə uşaqlıq dostlarını özündə birləşdirib – artıq çoxdandı rep yazan Qaraqan və Jamal Aliyə Felon De Jure, Feck, ErranT da qoşulub. "Sənsiz (Love Story)" hiti də məhz o dövrdə yazılır. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rep Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan'la da bir sıra tracklər yazdırır. 2006-cı ilin dekabrında artıq sıx-sıx görüşməyə başlayan bu dost əhatəsi, yalnız repi yox, bir sıra digər məsələləri də müzakirə edə-edə ortaq nöqtələr və onları birləşdirən hədəflər tapır. Elə həmin müzakirələr və danışıqlar gələcəkdəki hərəkatın təməlini qoyur. 2007-ci il fevralın 13-də isə artıq bu dostluq əhatəsi yekdilliklə qərar verərək özünü – H. O. S. T Alliance adlandırır.
Ünvan
Poçt ünvanı, ünvan — şəxsin yaşadığı və ya müəssisə və ya idarənin yerləşdiyi yer. Coğrafi mənada — Yer səthində nəyinsə yerləşmə koordinatları.
HOST Alliance
H. O. S. T (Hava Od Su Torpaq) — Azərbaycan rep qrupu. Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub. PRoMete, eyni zamanda Qaraqan və Jamal Ali Alliance-a qədərki vaxt mərhələsində bir neçə treklər yazdırıb, konsertlərdə çıxış edib. 2005–2006-cı illər ərzində əsası qoyulan və fəaliyyətdə olan Baku Clan isə uşaqlıq dostlarını özündə birləşdirib – artıq çoxdandı rep yazan Qaraqan və Jamal Aliyə Felon De Jure, Feck, ErranT da qoşulub. "Sənsiz (Love Story)" hiti də məhz o dövrdə yazılır. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rep Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan'la da bir sıra tracklər yazdırır. 2006-cı ilin dekabrında artıq sıx-sıx görüşməyə başlayan bu dost əhatəsi, yalnız repi yox, bir sıra digər məsələləri də müzakirə edə-edə ortaq nöqtələr və onları birləşdirən hədəflər tapır. Elə həmin müzakirələr və danışıqlar gələcəkdəki hərəkatın təməlini qoyur. 2007-ci il fevralın 13-də isə artıq bu dostluq əhatəsi yekdilliklə qərar verərək özünü – H. O. S. T Alliance adlandırır.
Host (şəbəkə)
Host (ing. host-ev sahibi) – istənilən interfeysə görə "klient-server" formatında, server rejimində xidmət göstərən və bu interfeysdə unikal təyin olunan hər hansı bir cihazdır. Xüsusi halda, lokal yaxud qlobal şəbəkəyə qoşulmuş istənilən kompüteri host olaraq qəbul etmək olar. Host – kompüter şəbəkəsinə qoşulmuş hər hansı kompüter qurğusu vahididir. Öz-özlüyündə host jarqon terminidir, cihaz və onun fəaliyyəti haqqında heç bir informasiya daşımır. Host sözünün anlamı ancaq cihazın hansı xidmətin hostu olduğunu ehtimal edildiyində məna kəsb edir. Buna baxmayaraq çox vaxt xidmətin adının konteksdən anlaşıldığını güman edərək onu qeyd etmirlər. Məsələn: USB protokolun icrasında, müştəri cihazlarında hər bir qrupun koordinasiyası ilə ayrıca USB Host Controller məşğul olur. Bu halda o USB host protokolu kimi çıxış edir. Digər tərəfdən, ixtiyari IP-ünvana ping komandası ilə sorğu verərkən, həmin ünvana malik və ICMP-paketə cavab xidməti göstərən kompüter host adlana bilər.
IP-ünvan
IP ünvanı (aypi-ünvan, ingilis dilindəki Internet Protocol address sözlərinin qısaltmasıdır) — internet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı. İnternet sistemində kompüterlər iki variantda ünvana malikdirlər: rəqəm IP ünvanı və simvolik domen ünvanı. İnternetə qoşulan hər bir kompüterin öz IP ünvanı olur. Digər bütün kompüterlər bu IP ünvanla əlaqə saxlayırlar. İki ayrı kompüter eyni şəbəkədə olmasalar da IP ünvanları onların bir-biri ilə əlaqə qurmasına imkan verir. Hal-hazırda ən çox istifadə edilməkdə olan IPv4 üçün 32 bit həcmində IP ünvanları istifadə edilir və nöqtələr ilə ayrılmış 4 ədəd 8 bitlik rəqəmlərlə göstərilir. Məsələn, 212.85.102.14. Belə işarələmə IP ünvanı forması adlanır. İnternet şəbəkəsinin istifadəçiləri üçün ünvanları bu sistemlə yadda saxlamaq çətin olduğu üçün mütəxəssislər istifadəçilərin ünvanlarının yaradılmasında "domen adları sistemi"ni (DNS) təklif etdilər. == Funksiyası == IP ünvanı iki əsas funksiyaya xidmət edir: hostu, daha dəqiq desək, onun şəbəkə interfeysini müəyyən edir və şəbəkədə hostun yerini və həmin hosta yol yaratmaq qabiliyyətini təmin edir.
IP ünvan

MAC-ünvan
MAC-ünvan — Ethernet şəbəkəsinə daxil olan hər cihaz, ya da kompüter "node" adlandırılır. kompüterlərə ethernet kartı taxanda həmin kompüter şəbəkədə punkt halına gəlir və bu punktu node adlandırırlar. Şəbəkəyə təkcə kompüterlər qoşulu olmur. Digər cihazların da qoşulu ola biləcəyi üçün router-lərin, hub-ların qoşulma nöqtələrini sadələşdirərək node adlandırırlar. Ethernet şəbəkəsində kompüterlər və cihazlar bir-birlərindən sahib olduqları analoqu olmayan MAC adresləri ilə ayırd edilirlər. Hər node və ya sadəcə hər ethernet kartı dünyada təkrarı olmayan bir adresə sahibdir. Bu adres 48 bitlik bir rəqəmdir. Məsələn bu yazının yazıldığı kompüterə taxılı şəbəkə kartının MAC adresi belədir: 100100000110101001010010100011001101100000011 İkili sistemdə olan bu rəqəmi söyləmək və yazmaq çətin olduğu üçün onu 16-lıq sistemdə yazırlar: 12-0D-4A-51-9B-03 Ethernet sistemində node-ları bir-birindən ayırmaq üçün MAC adreslərdən istifadə olunur. MAC adresləri hesabına sistemlər şəbəkə üzərindən özlərinə çatan məlumat paketinin özlərinə gəlib gəlmədiyini anlayırlar. Ethernet şəbəkəsində, bir kompüter bir məlumat paketi yolladığında, bu paket şəbəkədəki bütün sistemlərə çatır.
Nisbi ünvan
Nisbi ünvan (ing. relative address, rus. относительный адрес) — kompüterin yaddaşında yeri başlanğıc nöqtədən (baza ünvanından) olan məsafə (sürüşmə) kimi müəyyənləşdirilən sahə (oyuq). Nisbi ünvanı müəyyənləşdirmək üçün, adətən, baza ünvanının üzərinə sürüşmə əlavə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yeri dəyişdiriləbilən ünvan
Relocatable address ~ перемещаемый адрес, настраиваемый адрес ~ yerdeğiştirebilir adres ~ yeri dəyişdiriləbilən ünvan – proqramlaşdırmada: yerinə yetirilən proqramın yükləndiyi yaddaşın həqiqi hissəsini əks etdirmək üçün quraşdırıla bilən ünvan (yaddaş oyuğuna müraciət). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.