HƏCC

müəyyən vaxtda ziyarət məqsədi ilə Məkkəyə gedərək orada Ərəfatda olmaq, sonra Kəbəyə gedib onu təvaf etməkdir. Həcc, hicrətin 9-cu ilindən başlayaraq müsəlmanlar üçün fərz olan ibadətlərdən biridir (Quran 3: 96-97). Rəvayətlərə görə, həccin tarixi İbrahim peyğəmbər və onun oğlu İsmaildən başlayır. Onlar bir olan Allaha ibadət etmə ənənəsinin əsasını qoymuşdurlar. Ancaq, bir müddət keçdikdən sonra onların soyundan olan insanlar bütlərə tapınmış, Kəbədə bütləri yerləşdirmiş, onlara təvaf etməyə başlamışdırlar. Beləliklə, İbrahim və İsmailin ənənəsi pozulmuşdur. Məhəmməd peyğəmbər Kəbədəki bütün bütləri dağıtdıqdan sonra bu ənənə bərpa edilmiş, həcc İbrahim və İsmail peyğəmbərlərin dövründə olduğu kimi yerinə yetirilməyə başlamışdır. Qeyd etmək lazımdır ki, kifayət qədər pulu olan hər bir sağlam və yetkinlik yaşına çatmış azad müsəlman ən azı həyatında bir dəfə olmaqla Zülhiccə ayında həcc ibadətini yerinə yetirməlidir. Yoxsullar, uşaqlar və ruhi xəstələr həcc ibadəti ilə mükəlləf deyillər. Əgər bir zəngin insan, hər hansı bir obyektiv səbəblər üzündən həccə gedə bilmirsə, öz yerinə başqa adamı göndərə bilər. Belə olan halda onun yoldakı bütün xərclərini ödəməlidir. Qadınlar öz ərləri və ya onların ərə gedə bilmədikləri kişi qohumları (qardaş, ata, oğul) ilə həccə gedə bilərlər. Həccə hər ilin Şəvval, Zülqədə, Zülhiccə (bu ayın 10-a qədər) aylarında getmək olar. Başqa vaxtlarda edilən ziyarət həcc deyil, ümrə hesab edilir. Həccin aşağıdakı növləri vardır: 1. İfrad: Yalnız həcc etmək niyyəti ilə edilir. 2. Təməttu: Ümrədən sonra yerinə yetirilir. Ümrəni yerinə yetirəndən sonra zəvvar ehramdan (II) çıxır, ancaq geriyə qayıtmır. Zülhiccənin 8-də o, yenidən ehrama girərək böyük ziyarəti (həcci) yerinə yetirir. Həccin bu növü daha yüksək hesab edilir. 3. Kiran: Ümrəni də, həcci də yerinə yetirmək niyyəti ilə edilir. Həcc vaxtına qədər zəvvar ümrə niyyəti ilə Kəbəni təvaf edir, Səfa ilə Mərva təpələri arasında səy edir. Bundan sonra o, ehramdan çıxmayaraq həcc günlərində də bu mərasimləri yenidən yerinə yetirir. Müqəddəs yerlərin “miqatlar” adlanan sərhədlərinə çatan kimi zəvvarlar həcc etmək niyyəti ilə xüsusi geyim olan ehramı geyinirlər. Ehram tikişi olmayan iki parçalardan ibarətdir. Onlardan biri qurşağa sarınan və ayaqları örtən “izar”, ikincisi isə bədənin üstünü örtən “rida”dır. Ehrama girdikdən sonra zəvvar üçün bəzi şeylər haram olur. Bu durumda evlənmək və ya cinsi əlaqəyə girmək, günah işlər etmək, tikişi olan paltar geymək, üz qırxmaq, saç kəsmək, ovlamaq, ağac kəsmək olmaz. Ehrama girdikdən sonra zəvvar müqəddəs yerlərə gedir və uca səslə “təlbiyyə” duasını oxuyur. Qadınlar bu duanı pıçıltı ilə oxumalıdırlar. Məkkəyə gələn kimi zəvvarlar yuyunub qüsul alaraq Kəbəni yeddi dəfə təvaf etməlidirlər. Bu həccin vacib olan şərtidir. Təvafa qədər kişi zəvvarların sağ çiyini açıq olur. Təvaf həcərül-əsvəd daşının yanından başlayır. Hər dəfə təvaf başlayanda Qara daşı öpmək məsləhət görülür. Təvaf başa çatdıqdan sonra isə zəvvarlar üçün Məqamülİbrahimdə iki rükət namaz qılmaq və məscidin yerində yerləşən Zəmzəm quyusunun suyunu içmək savabdır. Kəbəni təvaf etdikdən sonra zəvvarlar yeddi kərə Səfa ilə Mərva təpələri arasında səy etməlidirlər. Qaçışa Səfa təpəsindən başlanılır. Bu ayini yerinə yetirməyən zəvvarlar ona qarşılıq olaraq qurban kəsməlidirlər. Ümrədə olan zəvvar bu qaçışdan sonra saçlarını kəsdirməlidirlər. Bununla da, ümrə bitmiş hesab edilir. Zülhiccə ayının “tərviyyə” adlanan 8-ci günü zəvvarlar Mina vadisinə yollanırlar. Bunu etmək vacib deyil, ancaq edilsə savab qazanılır. Yolboyu zəvvarlar Allahı anıb, “təlbiyyə” duasını oxuyurlar. Bu vadidə onlar zöhr, əsr, məğrib və işa namazlarını qılıb, elə oradaca gecələyirlər. Bu namazlar uzaq səfərlərdə olduğu kimi qısaldılaraq qılınır. Zilhiccə ayının 9-cu günü Minada sübh namazı qılınmalı, sonra bu bölgə tərk edilməlidir. Zilhiccə ayının doqquzuncu günü “Ərəfat” günü adlanır. Bu gün zəvvarlar Ərəfat adlanan yerə gedirlər. Onlar yolboyu Allahı anıb “təlbiyyə” duasını oxuyurlar. Bu da həccin vacib əməllərindən hesab edilir. Orada qalmağın vaxtı, Zilhiccə ayının 9-da günorta vaxtından, bu ayın 10-cu gününün erkən vaxtına qədərdir. Zəvvar orada yalnız günorta və ya axşam vaxtı qalsa kifayətdir. Günəş batdıqdan sonra zəvvarlar “təlbiyyə” duasını oxuyaraq, asta addımlarla Müzdəlifə çölünə yollanırlar. Bunu etmək savabdır. Müzdəlifədə zəvvarlar məğrib və işa namazını birlikdə qılıb, ibadətlər edib, səhərə qədər orada qalırlar. Zilhiccə ayının onuncu günü qurban kəsilməlidir. Qurban bayramı da bu gün qeyd edilir. Qurban kimi kəsilən heyvanların gözə görünən əskiklikləri və yaşları çox olmamalıdır. Qurbanlıq kimi dəvəni, inəyi və ya qoyunu kəsmək olar. Dəvəni və inəyi yeddi zəvvar birlikdə alıb qurban kəsə bilərlər. Elə həmin gün simvolik olaraq şeytanın daşlanması ayini yerinə yetirilir. Bunun üçün zəvvarlar şeytanın rəmzi olan böyük sütuna 7 daş atırlar. Bütün bunları etmiş zəvvarlar ehramdan çıxırlar. Bundan sonra onlar üçün yalnız xanımları ilə cinsi yaxınlıq etməkdən başqa, bütün öncəki haramlar ortadan qaldırılır. Bu birinci azad olmadır. Ehramdan çıxmış zəvvarlar gündəlik geyimlərini geyinib, Məscidül- Harama gedib, yenə də Kəbəni təvaf edirlər. Bundan sonra onlar, öz xanımları ilə yaxınlıq edə bilərlər. Daha sonra zəvvarlar Mina bölgəsində Zülhiccə ayının 11-dən 13- nə qədər 3 gün gecələməlidirlər. Ayın 11-də günorta çağı, onlar şeytanın rəmzi olan 3 sütuna daş atırlar. Öncə kiçik, sonra orta, sonda isə böyük sütunlar xırda daşlarla vurulur. Mina vadisində bütün ayinlər başa çatdırıldıqdan sonra, kişi zəvvarlar saçlarını kəsməlidirlər. Qadınlar isə saçlarını bir qədər qısaldırlar. Həccin sonuncu ayini Kəbənin yenidən yeddi kərə təvaf edilməsidir. Buna “vəda təvafı” deyirlər. Bunu hər bir zəvvar edir. Bundan sonra həcc bitmiş hesab olunur. Həccdən öncə və sonra Məhəmməd peyğəmbərin məzarının yerləşdiyi Mədinə şəhərinin ziyarət edilməsi də, Allah qarşısında böyük savablardan hesab edilir. Bu şəhəri müsəlmanlar “Münəvvərə” (İşıqlanmış) adlandırırlar. Orada Məscidün- Nəbəviyəyə qüsul alandan sonra girmək, orada 2 rükətli namaz qılmaq lazımdır. Namaz qıldıqdan sonra zəvvarlar Məhəmməd peyğəmbərin məzarına yaxınlaşaraq onu salamlayırlar. Bundan sonra müsəlmanların çoxu Raşidi xəlifələr olmuş Əbu Bəkr və Ömərin həmən yerdə olan məzarlarına yaxınlaşaraq onları da salamlayırlar. Məhəmməd peyğəmbərin məscidini ziyarət etdikdən sonra, Kuba və Qibləteyn məscidlərini, eləcə də erkən dövr İslam tarixinin görkəmli davamçıları olmuş bir-çox səhabələrin və onun əhli-beytinin torpağa tapşırıldıqları Baqi məzarlığının da ziyarət edilməsinin ayrıca savabı vardır. Beləliklə, həcc aşağıdakı ardıcıllıqla yerinə yetirilir: Miqatda ehrama girmək, iki rükətlı namaz qılmaq, həccin edilməsinə niyyət etmək, dualar edərək təlbiyyəni oxumaq; Qüsul alaraq Məkkəyə girib Məscidül- Haramda Həcərül-Əsvədi salamlamaq, Kəbəni təvaf etmək, Məqamül-İbrahimdə namaz qılıb Zəmzəm quyusundan su içmək; Səfa ilə Mərvə təpələri arasında qaçmaq, Zilhiccə ayının 8-də Minaya getmək, 9-da Ərəfatda olmaq, günəş batdıqdan sonra Müzdəlifəyə gedib orada gecələyərək xırda daşları toplamaq; Sonra Zülhiccənin 10-da Müzdəlifədə sübh namazını qılıb Minaya qayıdıb, daşları şeytanın rəmzi olan sütununa atmaq və bundan sonra qurban kəsmək; Qurban kəsildikdən sonra saçları qırxmaq, Məkkəyə qayıdıb Kəbəni təvaf etmək; Zilhiccə ayının 11-dən 13-ə qədər Minaya gedib şeytanı simvolizə edən sütunlara daş atmaq; Bundan sonra Məkkəyə qayıdıb Məscidül- Haramda Kəbəni son olaraq təvaf etmək, iki rükətlı namaz qılmaq; Bundan sonra isə Mədinəyə yollanmaq lazımdır.
HƏBİB NƏCCAR
HƏCƏR
OBASTAN VİKİ
Həcc
Həcc (ərəb. حَجّ‎) – İslam dinin sütunlarından biri. Qurani-Kərimdə qeyd olunur: "Camaatı Həccə çağır ki, piyada ya dəvələrin üstündə uzaq yerlərdən sənin yanına gəlsinlər." == Həccin hökmləri == Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir. Qurani-Kərimdə həccin vacib olduğu insanlar barəsində buyurulur: "Allah-taala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir.". Ümumiyyətlə quran və hədislərdə həccin ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan müsəlmana bir dəfə vacib olması qeyd olunur: 1. Hədd-büluğa çatmış olsun. 2. Aqil və azad olsun. 3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır.
Həcc surəsi
22-ci surə
Həcc ziyarəti

Əl-Həcc
22-ci surə
Həcc Ziyarəti (1991)
Həcc ziyarəti (film, 1991)
Həccac ibn Yusif
Həccac ibn Yusif (1 iyun 661, Taif, Hicaz, Əməvilər xilafəti – 1 iyun 714, Vasit, Əməvilər xilafəti) — Əməvilər xilafətinin sərkərdəsi. == Həyatı == Məsudi "Mürucuz-zəhəb" və İbn əl-Əsirin "əl-Kamilu fit-tarix" kitablarında yazılmışdır: "Elə ki Həccac ibn Yusif İraqın hakimi vəzifəsinə təyin olunaraq öz hakimiyyətinin qərargahı olan Kufəyə daxil oldu, ilk nitqini (müraciətini) bismillahsız, qorxutma, çoxlu hədə ilə başladı və bununla da özünün qaniçən olduğunu göstərdi. Ilk nitqində işlətdiyi cümlələrdən biri də bu idi: "Ey Iraq xalqı! Ey təfriqəçi, nifaqçı və ən pis sifətlərə malik olanlar! And olsun Allaha ki, mən sizin aranızda ucalmış boyunlar və biçilmək vaxtı yetişmiş çoxlu başlar görürəm! Və bu mənim işimdir! Ey Iraq əhalisi! Bilin, and olsun Allaha mən nə sizin səhvinizi bağışlayacağam, nə də sizin üzrünüzü qəbul edəcəyəm."; Sonra göstəriş verdi ki, gərək sizin hamınız şəhərin kənarında toplaşasınız və Bəsrədə hökumət əleyhdarları ilə döyüşən Məhləbə kömək etməyə tələsəsiniz. Hər kəs bu əmrdən boyun qaçırsa, boynunu vuracaq, evini viran edəcəyəm. Üç gün sonra Həccac şəxsən Kufə əhalisinin Bəsrəyə tərəf hərəkətini müşahidə etdiyi vaxt Kufə qəbilələrinin başçılarından olan Ümeyr ibn Zabi adlı bir qoca onun yanına gəlib dedi: Əmir!
Həccdə izdiham (2015)
Həccdə izdiham — 24 sentyabr 2015-ci ildə Səudiyyə Ərəbistanında, Məkkə şəhərinin yaxınlığında yerləşən Mina dağında ziyarət zamanı yaranan izdiham. Nəticədə 2431 zəvvar həlak olmuş, 437 nəfər isə yaralanmışdır. == Haqqında == 2015-ci ildə həcc ziyarətində 2 milyon zəvvar iştirak etmişdir.
Müslim ibn Həccac
Əbu-l-Hüseyn Müslim ibn Həccac ibn Müslim ibn Vard əl-Quşeyri ən-Nisaburi (ərəb. أبو الحسين مسلم بن الحجاج القرشي النيشابوري‎) (821 (hicri-qəməri 204)-875 (hicri-qəməri 261)—İslam alimi. Müslim hicrətin 204-cü ilində (821) Nişapur şəhərində anadan olmuşdur. Uşaq ikən hədis elmini çox sevirdi. Təhsilini ilk dəfə yaşadığı şəhərdə olan alimlərdən mənimsəmişdir. Sonralar o, Məhəmməd peyğəmbərin hədislərini toplamaq üçün İraq, Şam, Misir, Hicaz, Xorasan, Bağdad və bir çox başqa yerlərə səyahət etmişdir. Müslim hicrətin 261-ci ilində (875) Rəcəb ayının 2-si Nişapur şəhərində vəfat etmişdir. Əbu-l-Fadl Əhməd ibn Sələmə demişdir: "Mən Əbu Zura və Əbu Hatimin Müslimə qarşı olan münasibətini gördüm. Onlar hədis elmində Müslim ibnu-l-Həccacı əsrinin alimlərindən üstün sayırdılar". Əbu Qüreyş demişdir: "Dörd hafiz mövcuddur: bunlar Əbu Zura, Məhəmməd ibn İsmail, əd-Dərimi və Müslimdir".
Müslüm ibn Həccac

Səid Həccariyan
Səid Həccariyan Kaşani(fars. سعید حجاریان‎, 1954, Tehran) - İran islahatçı siyasi strateq, jurnalist,, demokratiya fəalı və keçmiş kəşfiyyatçı.
Tülkü Həccə Gedir (1971)
Burada hikmətli bir əhvalatdan-qocalıb əldən düşmüş tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd işlətməsindən danışılır. Filmdə belə bir fikir ön plana çəkilmişdir: düşmən çox məharətlə cildini dəyişir. O gücü hesabına deyil, hiylə və ikiüzlülük sayəsində öz alçaq məqsədinə nail ola bilər. Applikasiya filmidir. Film uşaq yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılmışdır. Film geniş tamaşaçı kütləsi üçün nəzərdə tutlmuşdur. Əsərin müəllifi: Abdulla Şaiq (titrlərdə yoxdur) Ssenari müəllifi: Eyvaz Borçalı Rejissorlar: Nazim Məmmədov, Bəhmən Əliyev Operator: Aleksandr Milov Quruluşçu rəssamlar: Bəhmən Əliyev, Nazim Məmmədov Cizgi rəssamları: Bəhmən Əliyev, Nazim Məmmədov Rəssamlar: Rauf Dadaşov, Hüseyn Cavid İsmayılov, Q.Lyubçenko, Tamilla Əsgərova, E.Əliyev Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Kamal Seyidov Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: İbrahim Səfərov Hüseynağa Sadıqov — xoruz Ağaxan Salmanov — tülkü Firəngiz Şərifova — toyuq Ş.Bağırova S.Babayeva A.Rzayev “Həccə gedən tülkü ilə Cırtdanın yaradıcısı” Onun ən böyük arzusu balacaları sevindirmək idi //7 gün.- 2001. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Tülkü həccə gedir (dəqiqləşdirmə)
Tülkü həccə gedir (şeir) ― Azərbaycan şairi Abdulla Şaiqin müəllifi olduğu şeir
Tülkü həccə gedir (film, 1971)
Burada hikmətli bir əhvalatdan-qocalıb əldən düşmüş tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd işlətməsindən danışılır. Filmdə belə bir fikir ön plana çəkilmişdir: düşmən çox məharətlə cildini dəyişir. O gücü hesabına deyil, hiylə və ikiüzlülük sayəsində öz alçaq məqsədinə nail ola bilər. Applikasiya filmidir. Film uşaq yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılmışdır. Film geniş tamaşaçı kütləsi üçün nəzərdə tutlmuşdur. Əsərin müəllifi: Abdulla Şaiq (titrlərdə yoxdur) Ssenari müəllifi: Eyvaz Borçalı Rejissorlar: Nazim Məmmədov, Bəhmən Əliyev Operator: Aleksandr Milov Quruluşçu rəssamlar: Bəhmən Əliyev, Nazim Məmmədov Cizgi rəssamları: Bəhmən Əliyev, Nazim Məmmədov Rəssamlar: Rauf Dadaşov, Hüseyn Cavid İsmayılov, Q.Lyubçenko, Tamilla Əsgərova, E.Əliyev Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Kamal Seyidov Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: İbrahim Səfərov Hüseynağa Sadıqov — xoruz Ağaxan Salmanov — tülkü Firəngiz Şərifova — toyuq Ş.Bağırova S.Babayeva A.Rzayev “Həccə gedən tülkü ilə Cırtdanın yaradıcısı” Onun ən böyük arzusu balacaları sevindirmək idi //7 gün.- 2001. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Vida həcci
Vida həcci – hicrətin onuncu ilinin Zülhiccə ayında Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrət etdikdən sonra Məkkəyə ilk dönüşü, eyni zamanda ilk və sonuncu həccidir. Məhəmməd peyğəmbər cüməyə düşən bu ayın onuncu günündə minlərlə müsəlmanın qarşısında məşhur xütbəsini oxumuşdur. Peyğəmbər həcc mərasiminin son qaydalarını bu həcc zamanı yerinə yetirmişdir. Sonralar müsəlmanlar həcci bu qaydalara uyğun icra etməyə başlamışdırlar. Peyğəmbərin Vida həccincə oxuduğu xütbə "Yəqubi tarixi"ndə daha geniş formada verilib. Digər kitablarda bu xütbə nisbətən müxtəsər şəkildə rəvayət edilib. A. Əlizadə, E. Səmədov. İslam ensiklopedik lüğəti (tarix, fəlsəfə və hüquq). Bakı: AMEA Fəlsəfə və Hüquq institutu nəşri, 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 272.

Значение слова в других словарях