HƏCƏRÜL-ƏSVƏD

Kəbə divarlarının birində yerdən yarım metr hündürlükdə yerləşmiş, uzunluğu otuz santimetrə yaxın olan yumurtaya bənzər bir qara daşdır. Günümüzdə o, gümüş qutuda saxlanılır. Rəvayətlərə görə, Nuh peyğəmbərin dövründə bu daşı mələklər cənnətdən gətirmiş və o, Əbu Qubeys dağında hifz olunmuşdur. İbrahim peyğəmbər bu daşı Məkkəyə gətirmiş və tikdiyi Kəbə divarları arasında bu daşı yerləşdirərək ona təvaf etmişdir. Məhəmmədin peyğəmbərliyindən öncə qüreyşlilər dağılmaqda olan Kəbəni söküb yenidən inşa etmişdirlər. Tikinti işləri bitdikdən sonra Qara daş onun divarlarının birində yerləşdirilməli idi. Bu işin görülməsi çox şərəfli iş hesab olunurdu. Buna görə də, Məkkə qəbilələri arasında onu Kəbənin divarına kimin qoyması uğrunda mübahisələr olmuşdur. Bu narazılığı isə Məhəmməd peyğəmbər aradan qaldırmış və daşı Kəbənin divarlarının birində yerləşdirmişdir. Qara daş Kəbədə bir neçə əsr qalmışdır. Sonra onu Məkkəyə hücum etmiş üsyançı ismaillilərə yaxın olan qərmətilər çıxardıb aparmışdırlar. Onlar daşı parçalamış, ancaq sonra onlar o daşın parçalarını geri qaytarmışdılar. Bundan sonra müsəlmanlar daşı birləşdirib yenə də Kəbənin divarlarının birində yerləşdirdilər. Günümüzə qədər o daş orada qalmaqdadır.
HƏCƏR
HƏDD
OBASTAN VİKİ
Həcərul-əsvəd
Qara daş (Ər: الحجر الأسود, Həcərül Əsvəd, Həcər: Daş, Əsvəd isə: Qara) — Məkkədə Kəbənin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar. == Qara daşın yerinə qaytarılması == İbn İşaqın məlumatına görə 605-ci ildə Məhəmməd( s.a.s) Kəbənin divarındaki Qara Daşın yerləşdirilməsində iştirak etmişdi. Qara Daş Kəbənin bərpası zamanı çıxardılmışdı. Məkkənin rəhbər şəxsləri kimin Qara Daşı yerinə qaytarması barədə qərara gələ bilmirdilər. Ən nəhayətdə qərara aldılar ki, qapıdan daxil olan bir sonraki adam Qara Daşı yerinə qaytarmaq səlahiyyətinə malik olsun. Bu zaman Məhəmməd(s.a.s) qapıdan içəri daxil oldu. Beləliklə, Məhəmməd(s.a.s) daşı bir parçanın ortasına yerləşdirdi. Digərləri isə kənarlarından tutdular və birlikdə Qara Daşı apardılar. Sonra isə Məhəmməd(s.a.s) daşı yerinə yerləşdirdi.
Miqdad ibn Əsvəd
Miqdad ibn Əmr əl-Kindi (təq. 590, Yəmən – 652, Mədinə, Hicaz, Rəşidi xilafəti) — Məhəmmədin səhabəsi, Dörd sadiq səhabədən biri. Əmr ibn Səlbənin oğlu Miqdad Bəhra adlı qəbilələrində bir nəfəri qətlə yetirərək Kindi qəbiləsinə qaçır, onlarla əhd bağlayaraq “Miqdad Kindi” adlanır. Həmin qəbilədə də bir nəfəri öldürərək Məkkəyə yollanır, Əsvəd ibn Əbd Yəğus adlı bir şəxslə əhd-peyman bağlayır. Bəni-Zəhrə qəbiləsindən olan bu şəxs Miqdadı cahiliyyət adətləri əsasında oğulluğa götürür. Bundan sonra Miqdad “Miqdad ibn Əsvəd” adlanır. Sonralar “Onları öz atalarının adı ilə çağırın, bu, Allah yanında ədalətə daha yaxındır” ayəsi nazil olduqda Miqdad “Miqdad ibn Əmr” adlandırıldı. Miqdadın kunyəsi Əbu-Məbəd idi. Miqdad hündür boylu, cüssəli qiyafəyə malik bir şəxs idi. Miqdad İslam dinini ilk qəbul edənlərdən və Həbəşəyə hicrət edənlərdəndir.
Əl-Əsvəd əl-Ansi
Əl-Əsvəd əl-Ənsi (ərəb. عبهلة بن كعب‎; bilinmir – 632, Yəmən) — daha çox əl-Əsvəd əl-‘Ansi (ərəb. الاسود العنسي‎) — Ərəbistanın “yalançı peyğəmbərlərindən” biri. Daha çox Zül-ximar (ərəb. ذو الخمار‎) kimi də tanınırdı. Əl-Əsvəd Əl-Ənsi qəbiləsinin Mədhic qolundandır. İslam ənənəsində o, falçı və sehrbaz (kahin) kimi tanınırdı. Əl-Əsvəd Yəmənin qərb hissəsində yaşayan Ansit qəbiləsinin başçısı idi. O, Məkkəyə "vida həccindən" sonra xəstələnən İslam peyğəmbəri Məhəmmədin ömrünün sonuna yaxın özünü peyğəmbər elan edir. Əl-Əsvəd öz bəstəsinin ayələrini oxuyaraq bunların Allahdan ona nazil olan vəhylər olduğunu iddia edir.
Miqdad ibn Əsvəd əl-Kindi