həmlə
həmsöhbət
OBASTAN VİKİ
Həmrəylik
Solidarnost (pol. Solidarność — "həmrəylik"), tam adı: "Solidarnost" Müstəqil Özünüidarəedən Həmkarlar İttifaqı (pol. Niezależny Samorządny Związek Zawodowy "Solidarność") — 1980-ci illərin avqust-sentyabr aylarında Qdansk tərsanələrində yaradılmış polyak həmkarlar ittifaqlarının birliyi. == Tarixi == Fəaliyyəti 10 noyabr 1980-ci ildə rəsmiləşdirilib. Lakin 1982-ci ilin yanvarında fəaliyyəti qadağan olunub. 1981-ci ilin dekabrından 1988-ci ilin mayınadək gizli fəaliyyət göstərib. 1989-cu ilin aprelindən yenidən rəsmi fəaliyyət göstərməyə başlayıb. Antitotalitar, antikommunist yönümlü kütləvi ictimai hərəkat idi. Birlik ən müxtəlif siyasi qüvvələri birləşdirdirdi - katolik mühafizəkarlardan və sağçı liberallardan ta ultrasolçu sosialistlərə və anarxistlərə qədər. 1989-1990-cı illərdə dinc inqilaba və PXR-də PBFP rejiminin dağıdılmasına nail oldu.
Həmrəylik günü
Dünya Azərbaycanlılarının Həmrəylik Günü — 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü. == Yaranması == Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar, lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi. Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr ona qara yaxmağa başladılar. Onlar bunu bir qrup ekstremist və cinayətkar ünsürlərin əməli kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışdılar.
Islamda həmrəylik
İslamda həmrəylik - Əqidə və şəriət məsələlərində etiqad edilməsi və qəbul olunması zəruri sayılan mövzulardan başqa digər müxtəlif anlayışları, ümumilikdə isə islam məzhəblərini "vahid İslam ümməti" adı altında bir araya gətirmək, müsəlmanlar arasındakı fikir müxtəlifliyinə səbəb olan məsələlərə obyektiv münasibət bəsləmək, İslamda məzhəblər arasında ortaq məxrəcə gələ bilmək imkanlarını araşdırmaq, fikir müxtəlifliyinin təbii qəbul etmək və qarşı tərəfin fikrinə hörmətlə yanaşmaq prinsiplərin əsas tutan ideyadır. Ideyanın əsas məqsədi məzhəblərarası yaxınlaşmanı təmin etməkdir. == İdeyanın İnkişaf Tarixi == === Qurani-Kərim === Həmrəylik islamın içindən qaynaqlanır. İslamın müqəddəs kitabı Qurani-Kərimdə deyilir: 1) "Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizi müsəlman adlandırdı" (Həcc, 78). 2) "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın" (Əli İmran, 103) 3) "Allaha və Peyğəmbərinə itaət edin, birbirinizlə çəkişməyin, yoxsa zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbir edənlərlədir" (Ənfal,46). === Peyğəmbərin "Üxuvvət" islahatı === İslam dinində din qardaşlığı qan qardaşlığından daha dəyərli hesab olunur. Bu ideoloji yanaşmanın kökündə islamın müqəddəs kitabı olan Qurani-Kərimdən qaynaqlanan "dini qardaşlıq" prinsipi durur. Bu prinsip daxili həmrəyliyi qoruyur. İslamı qəbul etmiş iki şəxs arasındakı etnik, dil və digər fərqlər silinir və onların arasında düşmənçilik yolverilməz hesab olunur.
Kommunal həmrəylik
Kommunal həmrəylik, bir kənd və ya kənd icması (bir cəmiyyət tərəfindən də edilə bilər) içində işlərin könüllü və ya məcburi olaraq həmrəylik göstərərək edilməsidir. Kəndin hər hansı bir probleminin həll edilməsinə qərar verilibsə bu zaman kənddəki hər ev işçi çatışmazlığını ödəməlidir. Əgər pul da toplanacaqsa buna Mərkəz lövhəsi deyilir. Bir çatışmazlıq üçün pul toplanılmasına qərar verilibsə, hər evin ölçüsünə nisbətdə maddi kömək edilməlidir. Kommunal işbirliyi, kəndlərdə və ya kiçik qəsəbələrdə hər kəs tərəfindən qəbul edilmiş yazılmamış qanuna əsaslanan bir həmrəylik təşkilatıdır. Bir bələdiyyənin görməli olub lakin görmədiyi bir çox iş bu şəkildə edilir. Kommunal həmrəyliklə edilən bəzi işlərə nümunə aşağıda göstərilmişdir: Kənddə kanalizasiya sisteminin qurulması Kənddə otlaq sahələrinin təmizlənməsi. Toy və ya yas yerlərinin qurulması. Məktəb tikintisi. Məscid tikintisi.
Milli Həmrəylik Partiyası
Milli Həmrəylik Partiyası və ya qısaca MHP — 1992-ci ildə Demokratik Azərbaycan Dünyası Partiyası adı ilə Məmməd Əlizadə tərəfindən yaradılan, 2020-ci ildə adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirilən, 2023-cü ildə özünü buraxmış siyasi partiya. Sədri Əlisahib Hüseynovdur. == Tarixçə == === Demokratik Azərbaycan Dünyası Partiyası (1992–2020) === 2008-ci ilin sentyabr ayının 23-də Böyük Millət Partiyası DADP-a birləşmiş, BMP sədri Samir Adıgözəlli DADP sədr müavini təyin edilmişdir, lakin 2009-cu ildə partiya daxili münasibətlər gərginləşmiş, Samir Adıgözəlli istefa verərək BMP-ni bərpa edib.2013-cü ildə prezident seçkilərində namizəd qalmaqalı səbəbilə növbədənkənar qurultay keçirilmiş və bu qurultay partiyanı iki qola bölmüşdür : Fatma Əliyeva sədrliyində Əlisahib Hüseynov sədrliyində2014-cü ildə Fatma Əliyevanın sədrlik etdiyi qol dağılmış və üzvləri Əlisahib Hüseynovun sədrlik etdiyi partiyaya birləşmişdir. === Milli Həmrəylik Partiyası (2020–2023) === 23 avqust 2020-ci il tarixində DADP-ın VI (onlayn) qurultayında partiyanın adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirildi. Partiya sədri isə yenidən Əlisahib Hüseynov seçildi.9 iyun 2023-cü il tarixində Milli Həmrəylik Partiyası özünü buraxdığı haqda bəyanat yaymışdır. == Rəhbərlik == Partiyanın qurucusu və ilk sədri Məmməd Əlizadə olmuşdur. Məmməd Əlizadə 22 iyun 2012-ci ildə vəzifəsindən istefa vermiş, sədr səlahiyyətləri isə müvəqqəti olaraq Mirkazım Seyidova həvalə olunmuşdur. Mirkazım Seyidov 15 gün partiyaya sədrlik etmişdir. 2013-cü ildən partiyanın sədri Əlisahib Hüseynovdur. == Seçkilərdə == 2008-ci il prezident seçkilərində partiya namizəd İlham Əliyevi dəstəkləyib.
"Mexaniki və üzvi həmrəylik."
Sosiologiyada " mexaniki həmrəylik " və " orqanik həmrəylik " [1] Émile Durkheim tərəfindən inkişaf etdirilən həmrəylik anlayışlarıdır. Durkheim , "The Division of Labour in Society" (1893) kitabinda cəmiyyətlərin inkişaf nəzəriyyəsinin bir hissəsi kimi "mexaniki" və "üzvi həmrəylik" ifadələrini təqdim etmişdir. Durkheimin sözlərinə görə, ictimai həmrəyliyin növləri mexaniki və üzvi cəmiyyətlər olan cəmiyyət növləri ilə əlaqəlidir. Mexaniki birliyini nümayiş etdirən bir cəmiyyətdə, onun birləşməsi və inteqrasiyası, eyni iş, təhsil və dini təlim və həyat tərzi ilə əlaqəli olan fərdlərin — homojenliyindən gəlir. Mexanika həmrəyliyi normal olaraq "ənənəvi" və kiçik miqyaslı cəmiyyətlərdə fəaliyyət göstərir. [2] Sadə cəmiyyətlərdə (məsələn, qəbilə), həmrəylik adətən ailə şəbəkələrinin qohumluq əlaqələrinə əsaslanır. Üzvi həmrəylik, işin ixtisaslaşmasından və insanlar arasındakı tamamlayıcılıqlardan yaranan bir-birinə olan bağlılığından gəlir — müasir və sənaye cəmiyyətlərində baş verən inkişaf. [2] Bu, daha inkişaf etmiş cəmiyyətlərdə bir-birinə olan asılılıqlara əsaslanan sosial birlikdir. Fərqli vəzifələri yerinə yetirərkən və müxtəlif dəyərlər və maraqlara sahib olsa da, cəmiyyətin sırası və çox həmrəyliyi insanlarin müəyyən vəzifələrini yerinə yetirmək üçün bir-birlərinə güvənməsindən asılıdır. Beləliklə, ictimai həmrəylik daha kompleks cəmiyyətlərdə onun tərkib hissələrinin bir-birindən asılı olması yolu ilə saxlanılır (məsələn, fermerlər fermerin ərzaq istehsal etməyə imkan verən traktoru istehsal edən zavod işçilərini qidalandırmaq üçün ərzaq istehsal edir).
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
Dünya Azərbaycanlılarının Həmrəylik Günü — 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü. == Yaranması == Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar, lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi. Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr ona qara yaxmağa başladılar. Onlar bunu bir qrup ekstremist və cinayətkar ünsürlərin əməli kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışdılar.
Həmrəylik günü (film, 1976)
== Məzmun == Film Asiya və Afrika ölkələri xalqlarının həmrəyliyinin IV sovet konfransına həsr olunmuşdur. Konfrans Bakıda "Böyük Oktyabr Sosialist İnqilabı və Asiya, Afrika və Latın Amerikası xalqlarının milli-azadlıq hərəkatı" devizi altında keçirilmişdir. Qonaqların qarşılanması, onların şəhərimizin görməli yerləri ilə və ən iri müəssisələrlə tanışlığı, konfransın gedişi filmdə öz əksini tapmışdır. Məişət kondisionerləri zavodunda, V.İ.Lenin adına Azərbaycan boru-prokatı zavodunda, Xalqlar dostluğu parkında, Serebrovski adına NQÇİ-də, konfrans iştirakçılarının Qubaya, Şamaxıya, Gəncəyə və Azərbaycanın digər şəhərlərinə səfəri zaman çəkilmiş kadrlar filmə daxil edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cəmil Fərəcov Ssenari müəllifi: Məmməd İsmayıl Operator: Tofiq Sultanov, Mehman Dadaşov, Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Mexaniki və üzvi həmrəylik
Sosiologiyada " mexaniki həmrəylik " və " orqanik həmrəylik " [1] Émile Durkheim tərəfindən inkişaf etdirilən həmrəylik anlayışlarıdır. Durkheim , "The Division of Labour in Society" (1893) kitabinda cəmiyyətlərin inkişaf nəzəriyyəsinin bir hissəsi kimi "mexaniki" və "üzvi həmrəylik" ifadələrini təqdim etmişdir. Durkheimin sözlərinə görə, ictimai həmrəyliyin növləri mexaniki və üzvi cəmiyyətlər olan cəmiyyət növləri ilə əlaqəlidir. Mexaniki birliyini nümayiş etdirən bir cəmiyyətdə, onun birləşməsi və inteqrasiyası, eyni iş, təhsil və dini təlim və həyat tərzi ilə əlaqəli olan fərdlərin — homojenliyindən gəlir. Mexanika həmrəyliyi normal olaraq "ənənəvi" və kiçik miqyaslı cəmiyyətlərdə fəaliyyət göstərir. [2] Sadə cəmiyyətlərdə (məsələn, qəbilə), həmrəylik adətən ailə şəbəkələrinin qohumluq əlaqələrinə əsaslanır. Üzvi həmrəylik, işin ixtisaslaşmasından və insanlar arasındakı tamamlayıcılıqlardan yaranan bir-birinə olan bağlılığından gəlir — müasir və sənaye cəmiyyətlərində baş verən inkişaf. [2] Bu, daha inkişaf etmiş cəmiyyətlərdə bir-birinə olan asılılıqlara əsaslanan sosial birlikdir. Fərqli vəzifələri yerinə yetirərkən və müxtəlif dəyərlər və maraqlara sahib olsa da, cəmiyyətin sırası və çox həmrəyliyi insanlarin müəyyən vəzifələrini yerinə yetirmək üçün bir-birlərinə güvənməsindən asılıdır. Beləliklə, ictimai həmrəylik daha kompleks cəmiyyətlərdə onun tərkib hissələrinin bir-birindən asılı olması yolu ilə saxlanılır (məsələn, fermerlər fermerin ərzaq istehsal etməyə imkan verən traktoru istehsal edən zavod işçilərini qidalandırmaq üçün ərzaq istehsal edir).
Rusiya Həmrəyliklərinin Xalq Həmkarlar İttifaqı
Rusiya Həmrəyliklərinin Xalq Həmkarlar İttifaqı (RHXHİ; rus. Наро́дно-трудово́й сою́з русских солидаристов) — Rusiya mühacirətinin siyasi təşkilatı. "Posev" adlı nəşriyyatı vardı, "Posev" və "Qrani" jurnallarını, həmçinin "Za Rossiyu" qəzetini nəşr etmişdir. RHXHİ-nin emblemi "ağ, mavi və qırmızı fonda və ya qara-ağ fonda qızıl trident şəklində təsvir edilmiş Kiyev Böyük knyazı Müqəddəs Vladimirin ailə emblemidir". == Siyasi mövqeyi == RHXHİ-yə üzv olmaq üçün 1895-ci ildən sonra doğulmaq zəruri şərt idi. Bu meyar insanların Oktyabr inqilabının başlanmasında birgə məsuliyyət daşımasının qarşısını almaq üçün qoyulmuşdu. İttifaqın üzvləri bolşevik rejimi ilə barışmaq istəyən mühacir təşkilatlarına üzv ola bilməzdilər. RHXHİ-nin ideologiyası XIX əsrin sonunda formalaşan həmrəylik doktrinasına əsaslanırdı. Marksist sinfi mübarizəyə alternativ olaraq, həmrəyliyi və müxtəlif sosial təbəqələrin ümumi idealını təbliğ edirdi. Təşkilatın proqramının əsas elementlərindən biri də qeyri-aqressiv aspektində milliyətçilikdir.

Значение слова в других словарях

замири́ться изнутри́ крупно... ле́топись отме́нно приво́зный разгне́ваться резник скре́па выка́чивать ста́дность хорёк коймы ясин ame damnee battercake despotic high-ranker Libby percoid silverside актёр обделять прессовщик фрикасе