HƏŞİŞ
HƏŞTADINCI
OBASTAN VİKİ
Həştadsər dağı
Həştadsər dağı — Azərbaycanda tarixi yer. İndiki Cənubi Azərbaycanın Qaradağ mahalında, Ərdəbil şəhərindən şimal-qərbdə yerləşir. Xürrəmilərin Bəzz qalası Həştadsər dağı yaxınlığında idi. Həştadsər dağında Babək hərəkatı zamanı ərəb qoşunları ilə xürrəmilər arasında bir neçə vuruşma olmuşdur.
Həştadsər vuruşması
Həştadsər vuruşması — ərəb qoşunları ilə xürrəmilər arasında Həştadsər dağı yaxınlığında baş vermiş döyüş (3 iyun 829). Xilafətin məşhur sərkərdələrindən Məhəmməd ibn Hümeydin komandanlıq etdiyi 150 minlik ərəb ordusu xürrəmilərin əsas iqamətgahı olan Bəzz qalasını tutmağı qarşıya məqsəd qoymuşdu. Babəkin komandanlıq etdiyi üsyançılar iyunun 3-də düşmənə qəflətən ağır zərbə vurdular. Məhəmməd ibn Hümeyd döyüş zamanı öldürüldü. Təqribən 30 min döyüşçü itirən ərəb qoşunu geri çəkilməyə məcbur oldu.

Значение слова в других словарях

ди́птих не дано́ перекоря́чить подла́живать прима́нивать соболёвка фуги́ровать по-монасты́рски ре́йнджер сабанту́й сунни́т мяла Black Monk crux emulge haul down inquisitional light show threatening густонаселённый неплатёжеспособный патетика ткань упаковывать яровизировать