Həştadsər vuruşması — ərəb qoşunları ilə xürrəmilər arasında Həştadsər dağı yaxınlığında baş vermiş döyüş (3 iyun 829).
Xilafətin məşhur sərkərdələrindən Məhəmməd ibn Hümeydin komandanlıq etdiyi 150 minlik ərəb ordusu xürrəmilərin əsas iqamətgahı olan Bəzz qalasını tutmağı qarşıya məqsəd qoymuşdu. Babəkin komandanlıq etdiyi üsyançılar iyunun 3-də düşmənə qəflətən ağır zərbə vurdular. Məhəmməd ibn Hümeyd döyüş zamanı öldürüldü. Təqribən 30 min döyüşçü itirən ərəb qoşunu geri çəkilməyə məcbur oldu.2-ci həşdadşər döyüşü 836-cı il baş verdi.Bu döyüşdə Babəkin Məharəti Nəticəsində Xürrəmilərin Qələbəsi oldu.Xürrəmiləd bu döyüşdə Düşmənin çoxlu canlı qüvvəsi məhv edildi,üsyançılar xeyli silah,Ərzaq və digər qənimətlər ələ keçirdilər.
[1]