icra
icraedici
OBASTAN VİKİ
İcraçı direktor
İcraçı direktor — şirkətin rəhbərlərindən biri, direktor və baş direktor vəzifələrinə uyğundur. Bəzi şirkətlərdə bu vəzifələr paralel fəaliyyət göstərir.
Baş icraçı direktor
Baş icraçı direktor və ya CEO (ing. chief executive officer sözlərinin baş hərfləri: CEO) — Anglo-Sakson iqtisadi modeli olan ölkələrdə (ABŞ, İngiltərə və s.) direktor, baş idarəçi vəzifəsi. Azərbaycanda bu vəzifənin adı adətən İdarə Heyətinin Sədri kimi ifadə olunur. == Məsuliyyəti == Bir təşkilatın İdarə Heyətinin Sədrinin məsuliyyətləri, şirkətin qanuni quruluşuna bağlı olaraq, İdarə Heyəti və ya başqa bir səlahiyyətli orqan tərəfindən müəyyən olunur. Bu məsuliyyətlər son dərəcə geniş və ya məhdudlaşdırılmış olur və adətən Səlahiyyətli bir heyətə bağlı olurlar. Çox vaxt bu səlahiyyətlər şirkətin strategiyasını və siyasi mövqeyini müəyyənləşdirmək, liderlik, idarəçilik, şirkətin rabitə və alınan qərarları tətbiq etmək kimi sahələri əhatə edir. İdarə Heyətinin Sədri rabitə üzrə məsul olaraq mətbuata və şirkətin əməkdaşlarına lazımi açıqlamaları edir. Lider kimi rəhbərlik kabinetinə lazımi məsləhətləri verir, işçiləri motivasiya edir və şirkət daxilindəki dəyişiklikləri idarə edir. Bir rəhbər olaraq da şirkətin gündəlik əməliyyatlarını idarə edir. Bu xüsusiyyətlər İdarə Heyətinin Sədrinin şirkətin bütün sektorlardakı orqanları və biznes sahələri — fəaliyyətlər, reklam, maliyyə, insan resursları da daxil olmaqla — üzərində həyatı qərarları vermək səlahiyyəti olduğunu göstərir.
11 sentyabr terror aktları icraçılarının siyahısı
"Hava quldurları" (ing. hijackers) kimi tanınan "Əl-Qaidə" ilə əlaqəli 11 sentyabr terror aktları icraçıları 19 nəfərdən ibarət idilər. Onlardan 15-i Səudiyyə Ərəbistanı, ikisi BƏƏ və daha biri Misir vətəndaşı idilər. Hava quldurları dörd qrupa bölünmüşdülər, hər birinə təlim görmüş pilot başçılıq edirdi, hansı ki 3 və ya 4 "əzələli hava qulduru"nun (ing. muscle hijackers) dəstəyi ilə uçuşa nəzarət etməli idi. "Əzələli hava quldurları"nın funksiyaları içərisinə təyyarə pilotları, ekipaj və sərnişinləri fiziki saxlama və onlar üzərində nəzarəti təmin etmək daxil idi. Terrorist qruplarının hamısı müəyyən reysə təyin olunmuş və idarə etdikləri təyyarənin dəyəcəyi konkret nişanı almışdılar. Teraktları həyata keçirmək üçün ABŞ-yə gələn ilk hava quldurları Xalid əl-Mihdar və Nəvaf əl-Həzmi oldular, onlar 2000-ci ilin yanvar ayında San Dieqoda məskunlaşmışdılar. Elə həmin ilin ortalarında Cənubi Floridada yay təlimindən keçmiş Məhəmməd Atta, Mərvan əl-Şehhi və Ziyad Cərrah adlı üç quldur pilotu onların arxasıyca getdilər. Dördüncü quldur pilotu Həni Hanjur San Dieqoya 2000-ci ilin dekabr ayında gəldi.
Əfqanıstan Baş icraçısı
Əfqanıstan Baş icraçısı — Əfqanıstan İslam Respublikasının 1-ci baş icraçısı. Əfqanıstan İslam Respublikasının baş icraçı direktoru, prezidentə siyasət tövsiyələrini verə biləcək Nazirlər Şurasının həftəlik iclasına rəhbərlik edir. Əfqanıstan İslam Respublikasının baş icraçı direktoru, prezidentin rəhbərlik etdiyi bir qurum olan Əfqanıstan Nazirlər Kabinetinə nazirlərə də tövsiyə edə bilər.
Prezident səlahiyyətlərinin icraçısı
Müvəqqəti prezident (ing. Acting president) və ya prezident səlahiyyətlərinin icraçısı — bir şəxsdir ki, əgər prezident mövcud olmaya (məsələn; xəstə ola və ya məzuniyyət əsasında) və ya prezident vəzifəsi boş olsa (məsələn; ölüm, zədə, istefası və ya vəzifədən azad edilməsinə görə) bir təşkilatın və ya ölkə prezidentinin rolunu müvəqqəti olaraq doldurur.

Значение слова в других словарях