Nəqliyyat vasitəsinin identifikasiya nömrəsi
Nəqliyyat vasitəsinin identifikasiya nömrəsi - (ing. Vehicle identification number, qısaca VIN) — nəqliyyat vasitəsinin 17 simvoldan ibarət olan unikal kodudur. Kodda istehsalçı və nəqliyyat vasitəsinin xarakteristikaları haqqında informasiya və buraxılış ili göstərilmişdir. Kod strukturu ISO 3779-1983 və ISO 3780 standartlarına əsaslandırılmışdır.
İdentifikasiya olunmuş nömrələr kuzovda və ya şassidə xüsusi olaraq nömrəli lövhəciklərdə göstərilmişdir.
== VIN (İdentifikasiya nömrələri) strukturu ==
VIN-də latın əlifbasının simvollarından və ərəb rəqəmlərindən istifadə etməyə icazə verilmişdir :
0 1 2 3 4 5 6 7 8 9 A B C D E F G H J K L M N P R S T U V W X Y Z
I, O, Q hərflərindən istifadə qadağandır, çünki onlar 1, 0 rəqəmlərinin şəkli formasına oxşardır.
VIN 3 hissədən ibarətdir:
WMI (World Manufacturers Identification) — ümumdünya istehsalçı indeksi
VDS (Vehicle Description Section)— təsviri hissə
VIS (Vehicle Identification Section) — fərqləndirici hissə
== Xarici keçidlər ==
ISO 3779:2009
FMVSS 115, Part 565
VIN entry in the National Transportation Library FAQ Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine
== VİN-in skan edilməsi ==
Hal-hazırda skan edilmə və VIN tanınması imkanı mövcuddur. Bu proses xüsusi skanerlərin köməyi ilə, həm də iOS və Android platformalarına yüklənən xüsusi proqramların köməyi ilə, fotokameradan istifadə edərək mümkündür. Skan edilmə nəticəsində alınmış kod avtomobil haqqında ətraflı informasiyanın axtarışı üçün internet resurslarından istifadə edir.