iflic oldu (vurğun vurdu, bədəni qurudu)

one has had a stroke / one kicked the bucket / one dropped off the hooks / one hopped the stick (the twig) / one conked out / one croaked / one cut his cable кондрашка хватил / кондратий стукнул / кондрат пришиб (кто-либо внезапно разбит параличом; кто-либо скоропостижно умер)
iflasa uğrama
ifrat inzibatçılıq
OBASTAN VİKİ
İflic
İflic — mərkəzi sinir sistemi- baş beyin və onurğa beyninin və periferik sinir sisteminin hərəki mərkəzlərinin zədələnməsi nəticəsində iradi hərəkətlərin itməsi. Bir-birindən fərqlənən iflic və parez forması var. Parez zamanı hərəki funksiyalar qalır, lakin zəif olur. Səbəbi qan dövranının pozulması, iltihabi proseslər, travmalar, sinir sistemində şiş olması və s.-dir. Əzələlərin iltihabında, sümük-oynaq aparatının zədələnməsində də hərəkət nisbətən məhdudlaşdığı üçün belə xəstəlikləri iflicdən fərqləndirmək lazımdır. İflicin bir neçə tipi məlum-dur: monoplegiya (bir qolun, yaxud bir ayağın iflici), hemiplegiya (bədənin bir tərəfində hərəkətin məhdudluğu), tetraplegiya (qolun və ayağın tam hərəkətsizliyi), paraplegiya (hər iki qolun, yaxud hər iki ayaqın iflici). Hərəki neyronun mərkəzi, yaxud periferik şöbələrinin pozulması müxtəlif xassəli ifliclərin baş verməsinə səbəb olur. Periferik neyronun pozulmasından periferik, süst atrofik iflic baş verir. Bu zaman vətər və sümüküstlüyü refleksləri, əzələ tonusu azalır, yaxud tamamilə itir. Əzələlərdə atrofiya müşahidə olunur, elektrikkeçirmə qabiliyyəti pozulur.
İnsan bədəni
İnsan bədəni — insanın fiziki quruluşu, insan orqanizmi. İnsan bədəni, adətən orqanlar meydana gətirən, aralarındakı boşluğu dolduran və ya kənarı örtən toxumalarda təşkil olunan müxtəlif növ hüceyrələr tərəfindən meydana gəlir. Otuz trilyon hüceyrə bir yetkin insan bədənini meydana gətirir. İnsan bədənində baş, boyun, gövdə, yuxarı və aşağı ətraflardan ibarətdir. İnsan orqanlarının sistemi — məkanca birləşmiş, ümumi quruluş planına, ümumi mənşəli və ümumi funksiyaları yerinə yetirən insan orqanlarının məcmusudur. İnsan orqanizmində sümük, əzələ, sinir, ürək-damar, tənəffüs, həzm, ifrazat, reproduktiv, endokrin, immun və inteqrativ sistemlər ifraz olunur.
Vurğun
Vurğun — təxəllüs və ad. Səməd Vurğun — Azərbaycanın ilk xalq şairi. Vurğun Əyyub — Filologiya elmləri namizədi, Müsavat başqanının I müavini. Vurğun Hüseynov — peşəkar Azərbaycanlı futbolçu. Toponim Vurğun (Ağstafa) — Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə.
Olanlar oldu (mahnı)
Səməd Vurğun
Səməd Vurğun (doğum adı: Səməd Yusif oğlu Vəkilov; 21 mart 1906, Yuxarı Salahlı, Qazax qəzası – 27 may 1956, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairi (1956), 2 dəfə "Stalin" mükafatı laureatı (1941, 1942) və 2 dəfə "Lenin" ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956). Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biridir. Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının (hazırkı Qazax rayonu) Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailəsində anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır. Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür.
Vurğun (Ağstafa)
Vurğun (əvvəlki adı: Kalininkənd) — Azərbaycan Respublikasının Ağstafa rayonunun Vurğun qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kalininkənd qəsəbəsi Vurğun qəsəbəsi adlandırılmışdır.
Vurğun Hüseynov
Vurğun Tofiq oğlu Hüseynov (5 aprel 1988-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubunda müdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. 2013-cü ilin yayında Hüseynov Qəbələ klubunu tərk edərək Sumqayıt klubu ilə müqavilə imzalamışdır.
Vurğun Həsənov
Vurğun Ağası oğlu Həsənov (6 avqust 1995; Siyəzən, Azərbaycan — 21 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Vurğun Həsənov 6 avqust 1995-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. Siyəzən şəhər C.Cabbarlı adına 1 nörməli orta məktəbin rus bölməsində, Siyəzən şəhər 6 nömrəli və 5 nömrəli tam orta məktəblərdə orta təhsil almışdır. Hərbi xidmətini bitirdikdən sonra Siyəzən Broyler Quşçuluq fabrikində fəhlə olaraq çalışmışdır. Vurğun Həsənov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Vurğun Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vurğun Həsənov 21 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vurğun Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vurğun bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Vurğun Əyyub
Vurğun Əliş oğlu Əyyub (25 oktyabr 1957, Aşağı Quşçu, Tovuz rayonu – 24 sentyabr 2019, Bakı) — filologiya üzrə fəlsəfə doktoru, Müsavat başqanının I müavini, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri (1992–1993), Xəzər Universiteti Dillər və ədəbiyyatlar kafedrasının müdiri(2009–2010; 2012–2019), Azərbaycan Demokratiya və Rifah hərəkatının I müavini (2015–2019). Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya gəlib. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub. 1977–1984-cü illərdə Sabirabad və Tovuz rayonlarında, 1985–1993-cü illərdə N. Tusi adına Azərbaycan Pedaqoji Universitetdə müəllim işləyib. 1988-ci ildən filologiya üzrə fəlsəfə doktorudur. Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir. 1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı — "Çənlibel" elmi-ədəbi birliyinin yaradıcılarından biri və sədri, Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992–1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. 1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın baş katibi olub.
Vurğun Quliyev
Vurğun Quliyev (13 iyul 1976, Masallı rayonu, Azərbaycan SSR, SSRİ – 2000, Göyçay rayonu, Azərbaycan) — qapıçı mövqeyində çıxış etmiş Azərbaycan futbolçusu. == Karyerası == Vurğun Quliyev 13 iyul 1976-cı ildə Masallı rayonunda anadan olub. Peşəkar futbolçu karyerasına 1993-cü ildə "İnşaatçı Bakı" komandasında başlayıb. Burada keçirdiyi iki mövsüm ərzində yüksək dəstədə 12 oyunda meydana çıxıb. 1995–1996 mövsümünü o dövrdə istedadlı gəncləri heyətinə cəlb etməsi ilə tanınan Vaqif Sadıqovun rəhbərlik etdiyi birinci dəstə təmsilçisi olan "Fərid"də keçirir. Yeni komandasında əvvəlcə üçüncü qapıçı olan Vurğun, bir müddət sonra məşqçinin ona verdiyi şansdan maksimum yararlanır və klubun əsas qapıçısına çevrilir. 1996–1997 mövsümünü "Bakı Fəhləsi"ndə keçirən qapıçı, 1998-ci ildə Ağdamın "Qarabağ" komandasına transfer olunub. "Köhlən atlar"ın heyətində keçirdiyi iki mövsüm ərzində 30-u yüksək dəstədə, 4-ü isə UEFA İntertoto Kubokunda olmaqla, cəmi 34 oyunda forma geyinib. == Ölümü == Yenicə "VAZ-2106" markalı avtomobil alan qapıçı, 2000-ci ildə anası və nişanlısı ilə Zaqatalada baş tutacaq qohum toyuna getməyi qərara alır. Avtomobil sürməyi təzə öyrəndiyi üçün, dostları və qohumları ona avtobusla getməyi məsləhət görsələr də, o, fikrindən dönmür.
İnsan bədəni damarlarının siyahısı
İnsan bədəni damarlarının siyahısı — İnsan bədənindəki damarların siyahısıdır.
Səməd Vurğun (1958)
Səməd Vurğun (1966)
Səməd Vurğun (1976)
Səməd Vurğun (dəqiqləşdirmə)
Səməd Vurğun
Səməd Vurğun (Şəmkir)
Səməd Vurğun – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Təzəkənd kənd inzibati ərazi vahidi tərkibindəki Səməd Vurğun qəsəbəsi Kür qəsəbə inzibati ərazi vahidi tabeliyinə verilmişdir. Qəsəbənin adı Sovet Azərbaycanı yazıçısı Səməd Vurğunun adından götürülüb. Qəsəbənin əhalisi 1.433 nəfər təşkil edir.
Səməd Vurğun bağı
Səməd Vurğun bağı və ya Səməd Vurğun parkı – Bakı şəhərində yerləşən bağ-park. Azərbaycanlı şair Səməd Vurğunun adını daşıyır. 2009-cu ildə əsaslı şəkildə yenidən qurulub. Park paytaxtın ən köhnə yaşıl məkanlarından biridir. Şəhərin mərkəzində, Bakı Dəmir Yolu Vağzalının və Dəmir Yolu İdarəsi binasının yaxınlığında yerləşən parkın əsası 1882-ci ildə dəmir məmulatı taciri Krasilnikovun şəhər bağının yerində qoyulub. 1961-ci ildə parkda Səməd Vurğunun abidəsi ucaldılıb. Abidənin müəllifləri heykəltaraş Fuad Əbdürrəhmanov və memar Mikayıl Hüseynovdur. 2009-cu ildə park bərpa ediləndən sonra bakılıların və paytaxtın qonaqlarının ixtiyarına verilib. Piyada cığırlarına tava daşları döşənib, qazonlar salınıb. Növbənöv çiçək ləkləri salınıb.
Səməd Vurğun küçəsi
Səməd Vurğun küçəsi (Sumqayıt)
Səməd Vurğun parkı
Səməd Vurğun bağı və ya Səməd Vurğun parkı – Bakı şəhərində yerləşən bağ-park. Azərbaycanlı şair Səməd Vurğunun adını daşıyır. 2009-cu ildə əsaslı şəkildə yenidən qurulub. Park paytaxtın ən köhnə yaşıl məkanlarından biridir. Şəhərin mərkəzində, Bakı Dəmir Yolu Vağzalının və Dəmir Yolu İdarəsi binasının yaxınlığında yerləşən parkın əsası 1882-ci ildə dəmir məmulatı taciri Krasilnikovun şəhər bağının yerində qoyulub. 1961-ci ildə parkda Səməd Vurğunun abidəsi ucaldılıb. Abidənin müəllifləri heykəltaraş Fuad Əbdürrəhmanov və memar Mikayıl Hüseynovdur. 2009-cu ildə park bərpa ediləndən sonra bakılıların və paytaxtın qonaqlarının ixtiyarına verilib. Piyada cığırlarına tava daşları döşənib, qazonlar salınıb. Növbənöv çiçək ləkləri salınıb.
Sonra nə oldu? (veriliş, 2019)
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Rac bir centlmen oldu (film, 1992)
Raju Ban Gaya Gentleman (Devnagari: राजू बन गया जेन्टलमैन, mənası: Rac bir centilmen oldu) komediya janrında olan bir Bollivud filmidir. Filmin rejissoru Əziz Mirzədir. Filmin əsas rollarında Şahrux Xan, Cuhi Çavla, Nana Patikar və Amrita Sinq yer almışdır. Şahrux filmdə Rac Mathur rolunu ifa edir. O yeni iş tapmaq üçün yaşadığı Darjilinq şəhərindən Bombeyə gələn yenicə məzun olmuş gənc mühəndisdir. Film 13 Noyabr 1992-ci ildə tamaşaçılara təqdim edilmişdir. Həmçinin həmin gün Cuhi Çavla ad gününü, 25 yaşını qeyd etmişdir. Musiqilərin müəllifi Çətin-Lalitdir.
Fərhad və Şirin (Vurğun)
Fərhad və Şirin — Səməd Vurğun tərəfindən 1941-ci ildə Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə yazılmış dram əsəridir. "Fərhad və Şirin" dramının əsas qəhrəmanı Fərhaddır. Fərhad Azərbaycan xalqının sənətkarı, sərkərdəsi və qəhrəman oğludur. O, təhlükəyə düşmüş vətəninin istiqlaliyyətini qorumaq, qaçırılmış sevgilisini xilas etmək uğrunda fədakarlıq göstərmək, vətənin şərəfini, özünün namusunu müdafiə etmək üçün yaradılmışdır. Dramda Fərhad müsbət bir obraz, mütərəqqi qüvvələrin rəmzi kimi tərənnüm edilir. Lakin xeyir qüvvələrin rəmzi kimi yaranan bu qəhrəman əsərdə şər qüvvələrin xəyanəti nəticəsində ölür. S. Vurğun Xosrovu işğalçı-depot kimi təqdim edir. Pyesdə Xosrovun Şirinə olan məhəbbəti əsl məhəbbət deyildir. O, Azərbaycanı İranla birləşdirmək məqsədilə bu yanlış sevgiyə uymuşdur. Bu, siyasi bir hiylədir.
Səməd Vurğun (film, 1958)
Film görkəmli Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığından bəhs edir. Film ilk televiziya sənədli filmidir.
Səməd Vurğun (film, 1966)
Film Azərbaycanın xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığından bəhs edir. Rejissor: Yalçın Əfəndiyev, Eldar Quliyev Ssenari müəllifi: Yusif Səmədoğlu Operator: Boris Vlasov Bəstəkar: Emin Mahmudov Səs operatoru: Şamil Kərimov “Səməd Vurğun” tədris filmi. [C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Səməd Vurğun" filminin çəkilişi] //Bakı.- 1969.- 23 oktyabr. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.