immaterializm
immiqrantlar
OBASTAN VİKİ
İmmiqrant
İmmiqrasiya (lat. immigro - "yerləşirəm" ) — bir ölkənin vətəndaşının həmişəlik və ya bir müddətə digər ölkəyə iş axtarmaq məqsədi ilə, siyasi və dini səbəblərə görə köçməsi. Əksər dövlətlər mühacirlərlə bağlı qanun qəbul edir və xüsusi . Səbəb : iqtisadi siyasi Yerləşdiyi ölkənin qanunlarına görə : leqal qeyri - leqal Qeyri - leqal mühacirət digər ölkə vətəndaşının ölkəyə daxil olma və yerləşmənin qanuna zidd olması ilə müəyyən olunur . XX əsrin axırı — XXI əsrin əvvəli mühacirət daha da güclənib. Bunun səbəbləri aşağıdakılar hesab edilir : SSRİ və Yuqoslaviyanın dağılması ilə bağlı mühacirət ; Latın Amerikası, Afrika və Cənubi Asiya ölkələrindən inkişaf etmiş Qərbi Avropa və Şimali Amerika ölkələrinə mühacirət ; lokal müharibələrlə bağlı yaranan mühacirət . Bütün mühacirətlərin kökündə bir qayda olaraq iqtisadi səbəblər durur .
İmmiqrant (film, 1917)
"İmmiqrant" (ing. The Immigrant) — rejissor Çarli Çaplinin filmi. Edna və onun anası immiqrant kimi paroxodla Nyu-Yorka gəlirlər. Çarli və Edna nahar zamanı tanış olurlar. Çarli gəmi sərnişinləri ilə kart oyunu oynayır və qalib gəlir. Oyunçulardan biri Ednanın xəstə anasının pullarını oğurlayır. Sonra isə bu pulları Çarliyə uduzur. Edna hamıya bildirir ki, onların pulları oğurlanıb. Çarli qazandığı bütün pulları ona verir. Gəmi Nyu-Yorka gəlib çatır.

Значение слова в других словарях