İncir
Əncir (lat. Ficus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
== Əncirin orqanizmə təsiri ==
Azərbaycanın bir çox yerlərində yetişdirilir. Orta əsr Azərbaycan müəllifləri bu bitkinin meyvələrinin müalicəvi əhəmiyyətindən ətraflı məlumat verirlər. Məhəmməd Mömin yazır ki, əncir yüksək qızdırmanı, titrətməni, susuzluğu aradan qaldırır və işlətmədə faydalıdır. Bununla belə, əncir ödqovucu və qara ciyəri möhkəmlətmək təsirinə malikdir. Əncir ağacıO, həmçinin, sidiyin tutulmasına, şiddətli ürəkdöyüntüsünə qarşı xeyirlidir. Ənciri astma, öskürək, ciyərlər ətrafında ağrı və xırıltı zamanı məsləhət görürlər. . Xalq təbabətində müalicəvi məqsədlə yalnız əncirin özündən yox, həm də yarpaqlarından da istifadə edirlər. Onun tərkibində qətranlı maddələr, furokominlər, P, C vitaminləri və üzvü turşular mövcuddur.