indi
indicə
OBASTAN VİKİ
İndi-rok
İndi-rok (ing. Indie rock) — rok musiqisinin stillərindən biridir. İngilis dilindəki "independent" (tərc. "müstəqil") və "rock" sözlərindən yaranmışdır. İndi-rok ABŞ və Böyük Britaniyada formalaşmışdır. Bu musiqi tərzinin xüsusiyyəti ondadır ki, bu tərzdə oxuyan qruplar öz musiqilərini məhz özləri, yəni heç bir studiya olmadan geniş kütlə ilə paylaşırlar. Hazırda dünyada indi-rok tərzində oxuyan qruplar üstünlük təşkil edir.
İndi-pop
Indi pop (həmçinin indi-pop və ya indipop kimi yazılır) meynstrim pop musiqisinə zidd olan gitara popu DIY (özün elə) etikası ilə birləşdirən musiqi janrı və alt mədəniyyət. O, 1970-ci illərin sonlarında İngilis post-pankından yaranıb. Oxşarı olan indie rok ilə müqayisədə bu janr daha melodik, daha az sərt və nisbətən daha vecsizdir. Alt janrlara kamera popu və tvit popu daxildir. Həm indi, həm də indi pop 1970-ci illərin sonlarında eyni şeyə istinad edirdilər. Stilindən daha çox pank rokun DIY yönümlülüyündən ilhamlanan gitar qrupları o çağ, hamı kimi böyük səsyazma studiyalarıynan kontrakt imzalayıb yayımlanmaqdansa, bir birilərinə dəstək olub öz musiqilərini özləri buraxaraq yaranırdı. Emili Dolanın sözlərinə görə, indi janrı Velvet Underground- un distorşonlu musiqisi, erkən pankın "üsyankar qışqırığı" və Conatan Riçman kimi "rokun daha qəribə və ekssentrik fiqurları" üzərində qurulub. "The Monochrome Set's" -ın ilk sinqlları indie pop qrupu Smiths üçün o qədər təsirli idi ki, Coni Mar sonralar deyirdi, "onlar olmasaydı, The Smiths qrupu mövcud olmazdı".
Apokalipsis indi (film, 1979)
Apokalipsis bu gün (ing. Apocalypse now) Frensis Ford Koppolanın rejissoru və prodüseri olduğu 1979-cu ildə çəkilmiş döyüş filmidir. Filmdə baş rolları Marlon Brando, Robert Duvall, Martin Şin, Frederik Forrest, Albert Hall vəSam Bottoms canlandırıb.
İndi ya heç vaxt; Biz həmişəlik öləcəyik yoxsa yaşayacağıq?
Pakistan Bəyannaməsi — (İndi və ya Heç Olmayacaq; Biz Həmişəlik Yaşayacağıq və ya məhv olacağıq?) Adlı kitabça Çaudhri Rəhmət Əli tərəfindən yazılmış və çap edilmiş, 28 yanvar 1933-cü ildə Pakstan sözü ("i" hərfi olmadan) ilk dəfə istifadə olunmuşdu və 1932-ci ildə isə Üçüncü Dəyirmi Masa konfransının nümayəndələrinə yayılmışdı. Kitabça 1933-cü ildə Londonda keçirilən Üçüncü Dəyirmi Masa konfransındakı İngilis və Hindistan nümayəndələrinə təqdim etmək üçün yaradıldı. Bu, tək Rəhmət Əlinin imzaladığı 28 Yanvar 1933-cü il tarixli gizli məktubu 3-cü Humberstone Yolundan ünvanlandı.Məktubda bəyan edir: "Hindistanın beş şimal birliyində - Pəncab, Şimal-Qərb Sərhəd (Əfqan) əyalətində, Qucarat, Kəşmir, Sind və Bəlucistan bölgələrində yaşayan otuz milyon "Pakstan" müsəlmanları adından bir müraciəti əlavə edirəm. Bu, Hindistanın digər sakinlərindən fərqli olaraq milli statuslarının tanınması tələbini Pakistana dini, sosial və tarixi zəmində ayrıca Federal Konstitusiya verilməsi ilə təcəssüm etdirir." Sonrakı məktublarda, Pakistandan başqa Çaudri, Banqistan və Osmanistan kimi alt qitədə bir sıra digər müsəlman dövlətlərinin də qurulmasını təklif etdi. Şərqi Hindistandakı Şərqi Benqal və Assamdakı keçmiş müsəlman vilayətlərinin Banqistan, benqal, əssam, və bihar dillərində danışan müsəlmanlar üçün müstəqil bir müsəlman dövləti olmasını təklif etdi. Ayrıca Heydərabad əyalətinin Osmanistan adlı bir İslam monarxiyasına çevrilməsini təklif etdi. 3 iyun 1947-ci ildə Müsəlman Liqasının İngilis bölmə planını qəbul etməsindən sonra, 6 gün sonra "Böyük Xəyanət" adı verilən bir planla, İngilis planının rədd edilməsini və Pakistan planının qəbul edilməsini istədi. 1933-cü ildə hazırladığı "İndi ya da əsla" adlı kitabında hazırladığından daha kiçik bir şey Pakistan üçün bədbəxtlik idi. Cinnahı daha kiçik bir Pakistanı qəbul etdiyinə görə qınadı, və onu "Qırılma-e-Əzam" adlandırdığı deyilir. Sonda İngilis planı qəbul edildi və Əlinin planı rədd edildi.

Значение слова в других словарях