İNTİZAM MƏSULİYYƏTİ

əmək hüququ normalarında nəzərdə tutulmuş qaydalarda, öz əmək vəzifələrini qanuna zidd olaraq, təqsirli surətdə yerinə yetirməməsi və yaхud nalayiq yerinə yetirməsinə görə, yəni “intizam хətası” törədildikdə, işçinin daşımalı olduğu cəzadır. Əmək intizamı pozulduqda, işə götürən (müdiriyyət) tərəfindən aşağıdakı qaydada intizam tədbirləri tətbiq olunur: töhmət; sonuncu хəbərdarlıqla şiddətli töhmət; əmək haqqının 25%-na qədərindən çoх olmaması şərti ilə, cərimə etmək və; əmək müqaviləsini ləğv etmək (yəni işdən azad etmək). İşin хüsusiyyətlərinə görə, işə götürən tərəfin daхili nizamnaməsinə uyğun digər intizam tədbirləri də nəzərdə tutula bilər. Misal: işçinin vəzifəsini və ya rütbəsini alçaltma. İşçiyə qarşı intizam tədbirləri tətbiq edildikdə, bu, onun əmək kitabçasında qeyd olunur.
İNTİZAM
İNZİBATİ-ƏRAZİ QURULUŞU
OBASTAN VİKİ
İntizam Qaçayev
İntizam Əkbər oğlu Qaçayev (14 dekabr 2001; Göyçay rayonu, Azərbaycan — 23 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. İntizam Qaçayev 2001-ci il dekabrın 14-də Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində anadan olub. Subay idi. İntizam Qaçayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan İntizam Qaçayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində vuruşmuşdur. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İntizam Qaçayev oktyabrın 23-də Cəbrayıl rayonunda həlak olmuşdur. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntizam Qaçayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İntizam Qaçayevi ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
İntizam Rəhimov
İntizam (film, 1983)
Qüsurlu məhsul məsuliyyəti direktivi (1985)
Qüsurlu məhsul məsuliyyəti direktivi — 1985-ci ildə istehlakçı hüquqları ilə bağlı qəbul edilmiş direktiv. Bu Direktivə görə üzv dövlətin qanunları istehsalçının məhsuldakı qüsurla vurduğu ziyana görə götürəcəyi öhdəliklə əlaqələndirilməlidir. Üzv dövlətlər arasındakı təcrübədəki fərqlər də rəqabəti haqsız edir. Bu ümumi bazarda dövriyyədə olan məhsullardan təsirlənir. İstehlakçıların sağlamlığına gələ biləcək təhlükələrdən qorunması fərqli təcrübələrə görə dəyişəcəkdir.İstehsalçının qüsursuz borclu olması, müasir texnoloji istehsalın gətirdiyi risklərin ədalətli paylanması ilə şübhə doğuracaqdır. Parçada və ya xammalda qüsurları olan bütün istehsalçılar süni vasitələrlə istehsal olunan süni məhsullar, daşınmaz məhsulların inşasında istifadə olunan məhsullar, daşınmaz əmlakda istifadə olunan portativ məhsullar, tədarük olunan son məhsullar və hissələrdə və ya xammalda qüsurlar üçün məsuliyyət daşıyırlar. Bu məsuliyyət özlərini cəmiyyətə istehsalçı kimi təqdim edənləri və ya istehsalçı müəyyən edilə bilməsə də məhsulları təqdim edənləri əhatə etməlidir.Eyni zərər üçün birdən çox adamın məsuliyyət daşıdığı hallarda, istehlakçıların müdafiəsi üçün zərər çəkən şəxs bu insanlardan hər hansı birinin tam ödənilməsini istəməyi bacarmalıdır. Qüsur istehlakçıların həmin məhsuldan gözləmək hüququna malik olduqları təhlükəsizliyə əsaslanaraq müəyyən edilməlidir. İstehlakçıların qorunması üçün ölüm və ya yaralanma halında kompensasiya, habelə əmlaka dəyən ziyanı ödəmək lazımdır. Kompensasiya tələbi irəli sürmək üçün vaxtın məhdudlaşdırılması həm zərərçəkənə, həm də istehsalçıya xeyir verəcəkdir.
Nasist Almaniyasında intizam polisi
Ordnungspolizei (qısası: OrPo ya Orpo, formasının rənginə görə Grüne Polizei), Nasist Almaniyasının normal polisi. Nasist Almaniyası dövründə xüsusilə 1936-1945-ci illər arasında Sicherheitspolizei (SiPo) ilə birlikdə rejimin qorunmasında mühüm rol oynamışdır. Faşistlərin Sovet hərbi əsirlərinə qarşı törətdikləri cinayətlər kontekstində bir çox şəxs Ordnungspolizei üzvləri tərəfindən edam edilmişdir.