İnvestor

Investor Mənfəət əldə etmək məqsədi ilə şəxsi və ya cəlb etdiyi maddi qiymətliləri – pul vəsaitlərini, qiymətli kağızları, əmlakı, mülkiyyəti və s.-ni investisiya layihələrinə yönəldən hüquqi və ya fiziki şəxsdir. İnvestorlar investisiya qoyuluşundan mənfəət əldə etməklə yanaşı, bu və ya digər sahələrin investisiya ehtiyacını da qarşılayırlar və bununla da iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayırlar. İnvestor investisiya qoyuluşu riskini minimuma endirmək və yüksək gəlirliliyi təmin etmək maraqlarını rəhbər tutaraq qiymətli kağızlar alırlar. İnvestisiya layihələrini reallaşmasını büdcədən maliyyələşdirən dövlət, dövlətin subyektləri, peşəkar və institusional investorlar adlanan maliyyə-kredit idarələri də investor ola bilərlər. İnvestorlar, bir qayda olaraq vergi və digər güzəştlərdən istifadə edir. Nisbətən yüksək risk dərəcəsi zamanı qiymətli kağızların yüksək gəlirliliyinə üstünlük verən investorlar aqressiv investorlar adlanır. Öz ölkəsinin hüdudlarından kənarda investisiya yatırımı həyata keçirən investorlar xarici investorlar adlanır. Xarici dövlət, xarici şirkət, xarici fiziki şəxs, beynəlxalq maliyyə-kredit institutu xarici investor kimi çıxış edə bilər. Xarici investorun investisiya fəaliyyəti kapital yatırımı həyata keçirdiyi ölkənin müvafiq qanunvericiliyi ilə tənzimlənir. Xarici investor xarici kapitalı ölkə iqtisadiyyatına gətirməklə yerli iqtisadi potensialı artırır ki, buna görə də dövlət adətən xarici investorların investisiya fəaliyyətinə müxtəlif səviyyələrdə stimullaşdırıcı siyasət, o cümlədən səmərəli vergi güzəştləri tətbiq edir. Rəsmi olaraq qiymətli kağızın sahibi sayılan (qeydiyyata alınan), lakin faktiki olaraq ondan istifadə hüququna malik olmayan, yəni həmin maliyyə alətindən bilavasitə əldə etməyən investor nominal investor adlanır. Məsələn, bank öz adından qiymətli kağız cəlb edir, lakin onun istifadəçisi kimi müştəri çıxış edir. Burada bank nominal investora çevrilir.
İnvestisiya trast fondu
İnzibatçı (administrator)
OBASTAN VİKİ
İnvestor
İnvestor — mənfəət əldə etmək məqsədilə şəxsi və ya cəlb etdiyi maddi qiymətliləri – pul vəsaitlərini, kağızlar qiymətli kağızları, əmlakı, mülkiyyəti və s-ni investisiya layihələrinə yönəldən hüquqi və ya fiziki şəxsdir.
Mələk investor
Mələk investor (həmçinin biznes mələyi, qeyri-rəsmi investor, mələk sərmayəçisi, özəl investor və ya toxum investoru kimi də tanınır) tez-tez konvertasiya edilə bilən istiqraz və ya kapital müqabilində bir işə və ya biznesə, o cümlədən startaplara kapital verən şəxsdir. Mələk investorlar adətən startapları ən erkən mərhələdə (startupların uğursuzluq riski nisbətən yüksək olduqda), bir dəfə və ya ardıcıl olaraq və əksər investorlar onları dəstəkləməyə hazır olmadığ zamanlarda dəstəkləyir.
Akkreditə olunmuş investor
Müqaviləyə əsaslanan İnvestor-Dövlət Arbitrajında şəffaflıq haqqında Birləşmiş Millətlər Konvensiyası
Müqaviləyə əsaslanan İnvestor-Dövlət Arbitrajında şəffaflıq haqqında Birləşmiş Millətlər Konvensiyası — 10 dekabr 2014-cü ildə qəbul edilmiş və 18 oktyabr 2017-ci ildə qüvvəyə minmiş, tərəflər arasında beynəlxalq müqavilələr əsasında İnvestor-Dövlət Arbitrajı Kontekstində Şəffaflığa dair Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası qaydalarını, cavabdehin bildirişinin dərc olunmasını təmin edir. Eyni zamanda, konvensiya ticarət sirrini təşkil edən və ya nəşri qanunların icrasına müdaxilə edəcək və ya beynəlxalq müqaviləyə əsasən yayımlanmaqdan qorunan və ya cavabdeh tərəfindən təqdim edildiyi gizli məlumatların dərc edilməsini nəzərdə tutmur. Milli qanuna uyğun olaraq, ya da qanuna və ya arbitrajın bu məlumatların açıqlanması baxımından uyğun hesab etdiyi qaydalara uyğun olaraq. Konvensiya UNCITRAL veb saytında.

Значение слова в других словарях