Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İrriqasiya
Suvarma — bitkilərin rütubətlə təminatı və həmçinin şorlaşmış torpaqlarda duz rejiminin tənzimlənməsi məqsədi ilə torpaqların süni nəmləndirilməsi. == Ümumi məlumat == Meliorasiya növlərindən biridir. Suvarma arid zona torpaqlarının əhəmiyyətli dərəcədə yaşılaşdırılmasına imkan verir. Suvarmada məqsəd kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almaq, torpağın su, hava, istilik rejimlərini təmin edib nizamlamaqdır. Vegetasiya dövründə bitkinin inkişafı üçün torpaqda nəmlik çatışmadıqda suvarmaya ehtiyac yaranır. Suvarma kənd təsərrüfatı bitkilərinin suya olan tələbatını təmin edir, faydalı mikroorqanizmlərin inkişafına imkan yaradır, bitkinin qida rejimini, boy və inkişafını gücləndirir, torpağın hava rejimini tənzimləyir və məhsuldarlığı artırır, torpaqda çatışmayan rütubəti tamamlayır. Suvarma müxtəlif üsullarla (səthi suvarma, süni yağışyağdırma, torpaqaltı suvarma, damcılı suvarma və s.) aparılır. == Suvarma norması == Suvarma norması – bütün vegetasiya dövründə kənd təsərrüfatı bitkilərinin tələbatını ödəmək üçün 1 ha torpaq sahəsinə verilən suyun miqdarı. Suvarma norması vegetasiya dövründə bitkilərin inkişaf fazalarında onların su sərf etməsinə, suvarılan torpaqlarda suyun itməsinə müvafiq olaraq dövri suvarma normalarına bölünür. Dövri Suvarma norması müəyyən bitki əkilmiş tarlanın ha-na bir suvarma dövründə verilən suyun miqdarıdır.
Arreqasiya
Arreqasiya – siyasi qərarları qəbul edənlərin qarşılıqlı bərabərliyinin qorunması.
İrizasiya
== Buludlarda optik hadisələr == Buludlardan keçən öz yolunda buz kristallarına və damcılarına rast gələn günaş şüaları sınmaya, əks olunmaya və difraksiyaya məruz qalır .Nəticədə müxtəlif optik hadisələr-göy qurşağı, halo, taclar, buludların qloriya və irizasiyası və s. meydana gəlir. == İrizasiya == YÜKSƏK-TOPA və ya laylı-topa buludlar günəşdən 30°və daha böyük məsafədə olduqda onların kənarlarında əlvan rənglərdə özünü göstərir.Bu hadisə bulud elementlərinin çox kiçiik və bircinsli olduğunu göstərir. == Həmçinin bax == Göy qurşağı, halo, Qloriya,Bulud == Xarici keçidlər == Göy qurşağı necə yaranır?