İNCİR
İNDİFA
OBASTAN VİKİ
İnçiü
İnçiü (çin. 扬州市 Yángzhōu shì), Çinin Szyansu vilayətindəndə yerləşən bir rayon səviyyəsində şəhərdir. Yanszı çayının şimal sahilində vilayət mərkəzi Nankinin 72 kilometr uzaqlığında yerləşir. Sahəsi 6,638 km² olan şəhərin əhalisi 2010-cu ildə 4,460,066 nəfər təşkil edirdiİnçiü, cənub-qərbdə Nankin, şimalda Huai'an, şimal-şərq Yançen və şərqdə Tayçcou rayon səviyyəsində şəhərlər ilə qərbdə Anhoy vilayəti ilə qonşudur.
İnçxon
İnçxon (kor. 인천광역시, 仁川廣域市, keçmiş adı Çemulpo (kor. 제물포시, 濟物浦市) — Koreya Respublikasındakı Koreya yarımadasındakı şəhər və liman. Sarı dənizin Kanxvaman körfəzindəki Seul avanportu. İnçxon Seul və Busan şəhərlərindən sonra Koreya şəhərləri arasında əhalinin sayına görə üçüncü yeri tutur. İnçxon, ölkənin ən vacib nəqliyyat mərkəzidir, çünki şəhər yarımadanın qərb sahilindəki ən böyük limana və ölkənin ən böyük hava limanı olan İnçxona da sahibdir. 21-ci əsrdə şəhər ölkənin ən hündür binalarından biri olan Şimal-Şərqi Asiya Ticarət Qülləsinin (305 m) yerləşdiyi Yeni Songdo City futuristik yüksək texnoloji layihəsi ətrafında mərkəzləşmiş beynəlxalq bir biznes mərkəzinə çevrilmişdir.
İnçxon Milli Universiteti
İnçxon Milli Universiteti (kor. 인천대학교 (仁川大學校)) — Cənubi Koreyanın İnçxon şəhərində yerləşən ali təhsil müəssisəsi. == Xarici əlaqələri == Liman Şəhərlərinin Universitet Liqasının üzvüdür.
İnçə-i Qədim
İncə-i Qədim (fars. اينچه قديم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 459 nəfər yaşayır (93 ailə).
İnçə (Göyçay)
İnçə — Azərbaycan Respublikasının Göyçay rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən şərqdə,Yuxarı Şirvan kanalının sağ sahilində, İsmayıllı – Müsüslü avtomobil yolu üzərində, Şirvan düzündə yerləşən kənd. == Tarixi == == Toponimikası == İncə oyk, sadə. Göyçay rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir; Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri qıpçaqların əncə tayfa adı ilə bağlıdır.İnçə toponimi XI – XII əsrlərdə Şimalı Qafqazda yaşamış qədim qədim qıpçaq tayfalarından biri olan əncə / incə tayfasının adı ilə bağlıdır. “İncə” sözü bir qayda olaraq kiçik çaylara verilən addır. İncələr XIII əsrin birinci yarısında bəzi qıpçaqların tərkibində Azərbaycana gəlmişdir. Yerli əhali İncə adını çox zaman İnçə formasında tələffüz edir.