İSLAMİ(YYƏ)

İslam dininə məxsus olan, islamlıq.
İSLAM
İSLAMİYYƏT
OBASTAN VİKİ
İslamiyyə
İslamiyyə — İranın Cənubi Xorasan ostanının Firdövs şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,167 nəfər və 1,515 ailədən ibarət idi.
Məşyəxət-i İslamiyyə idarəsi
Məşyəxət-i İslamiyyə idarəsi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə müsəlman ruhani idarəsi. Çar Rusiyası Şimali Azərbaycanı işğal etdikdən sonra, Cənubi Qafqaz şiələrinə başçılıq etmək üçün Şeyxülislam (1823), sünnilərə rəhbərlik etmək üçün isə müfti (1832) vəzifələri təsis olundu. Lakin Cənubi Qafqaz müsəlmanları ruhani idarəsinin yaradılması ləngidirdi. Cənubi Qafqazda şiə və sünni məzhəbləri üzrə müvafiq ruhani idarələri yalnız 1872-ci il aprelin 5-də yaradıldı. Bu idarələr Tiflisdə yerləşirdi. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra dini işlərin həllində şeyxülislamın və müftinin roluna diqqət artırıldı. Cümhuriyyət hökumətinin 1918-ci il 18 iyun tarixli qərarı ilə islam dininə aid məsələlərin Nazirlər Şurasında müzakirəsi zamanı şeyxülislama və müftiyə həlledici səs hüququ verilirdi. Fətəli xan Xoyskinin 2-ci hökumət kabinəsində Xalq Maarifı və Dini Etiqad Nazirliyi yaradıldı. Həmin nazirliyin şeyxülislama və müftiyə 1918-ci il 10 avqust tarixli müraciəti nəticəsində Cənubi Qafqaz müsəlman ruhani idarələri Tiflisdən Gəncəyə köçürüldü, Hər iki idarə rəhbərinin 1918-ci il 1 sentyabr tarixli qərarı ilə şiə və sünni ruhani idarələri birləşdirildi. Yeni yaradılan ruhani idarəsi, Osmanlı dövlətində olduğu kimi, "Meşyəxət-i islamiyyə" ("məşyəxati" "şeyx" sözünün cəm şəkillərindən biridir.
İslamiyyət
İslam (ərəb. الإسلام‎, əl-'islām), hərfi tərcümə: "Tanrının iradəsinə") — Quran və dinin banisi Məhəmmədin təlimlərinə əsaslanan ibrahimi monoteist dinlərdən biri. Dünya üzrə təxminən 2 milyard sayda olan və xristianlardan sonra dünyanın ən böyük ikinci dini əhalisi olan islam tərəfdarlarına müsəlmən deyilir. "İslam" adı, s-l-m (سلم) kökündən törəmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır: sülh (salam da bu kökdəndir); boyun əymək, itaət etmək (Allaha təslim olmaq). İslam tək olan Allaha (ərəb. الله‎) itaət etmək deməkdir. İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır. Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq, məbud bilməkdir. Bu özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır.

Значение слова в других словарях