İstehsalat Şirkəti
İstehsalçı Qiymət İndeksi
OBASTAN VİKİ
Avropa kompüter istehsalçıları assosiasiyası
Avropa kompüter istehsalçıları assosiasiyası — kompüter avadanlıqları istehsal edən Avropa firmalarının təşkilatı; mənzil-qərargahı Cenevrədə (İsveçrə) yerləşir və ABŞ-nin CBEMA (Computer and Business Equipment Manufacturers Association) assosiasiyasının analoqudur. 1961-ci ildə yaradılmış bu qurum 1994-cü ildən European Association for Standardizing Information & Computer Systems adlanır. İnformasiya texnologiyaları üzrə standartların işlənib hazırlanması və irəlilədilməsi ilə məşğul olur. Mövcud olduğu müddətdə 270-dən artıq standart, o cümlədən proqramlaşdırma dilləri üçün ECMA-262 spesifikasiyasını işləyib hazırlayıb. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 253 s.
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (qısaca: ANİİA) — Azərbaycan Respublikasında fəaliyyət göstərən assosiasiyalardan biri. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 2016-cı ilin noyabr ayından fəaliyyətə başlayıb və ilk günlərdən Azərbaycanda narçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri öz ətrafına toplamağa nail olmuşdur. Dəqiq qeydiyyatlar nəticəsində bu sahədəki mövcud problemləri aradan qaldıran ANİİA narçılığın inkişafı istiqamətində aqrotexniki maarifləndirmə işləri aparmış və bu sahədə fəaliyyət göstərən yerli və xarici mütəxəssislərlə görüşlər keçirərək yüksək təcrübələr əldə etmişdir. Assosiasiya "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi adı ilə 31 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Assoasiasiyanın ilk yığıncağı 17 mart 2017-ci il tarixində keçirilmişdir. Assosiasiya müvafiq dövlət qurumlarının daimi hərtərəfli dəstəyilə öz fəaliyyətini göstərilən etimada uyğun olaraq davam etdirməkdədir. ANİİA rəhbərliyi və üzvləri Respublika əhəmiyyətli tədbirlərdə hər zaman təmsil olunur. Ölkə başçısı cənab İlham Əliyevin də iştirakı ilə ölkəmizdə və Belarusiya, Polşa, Ukrayna, Latviya, BƏƏ, Rusiya, Türkiyə kimi ölkələrdə təşkil edilən biznes forumlarda İqtisadiyyat Nazirliyinin birbaşa dəvəti ilə iştirak edirlər. Assosiasiya üzvləri AZPROMO-nun dəstəyi ilə keçirilən beynəlxalq sərgi və tədbirlərdə, narın ixracı ilə əlaqədar təşkil olunan bütün xarici forumlarda AZPROMO-dan olan həmkarları ilə birgə iştirak edirlər. Assosiyasiyanın məqsədi nar təsərrüfatı ilə məşğul olmaq istəyən fermerlərə təmənnasız şəkildə xidmət göstərmək, Azərbaycan narının dünya bazarında "Made in Azerbaijan" brendi kimi tanınmasına dəstək verməkdir.
Video oyun istehsalçısı
Videooyun yaradıcısı — video-oyun yaradan proqram təminatı (fiziki və ya hüquq şəxs) hazırlayandır. Yaradıcı müəyyən oyun konsollarında (PlayStation 3, PSP, Xbox 360, Wii, Nintendo DS) ixtisaslaşa və ya fərdi kompyuterlər də daxil olmaqlar digər sistemlərdə də inkişaf edə bilər. Bəzi oyun yaradıcıları yalnız konkret növ oyunlarda ixtisaslaşır. Məsələn, yalnız birinci və ya üçüncü şəxs şuterlər üçün oyunlar yaradılır. Başqaları oyunu bir sistemdən digərinə keçirmək üzrə ixtisaslaşırlar. O biriləri isə oyunun lokallaşdırması ilə məşğul olurlar. Çoxlu sayda oyun-nəşrçiləri müxtəlif oyun hazırlayan studiyaları dəstəkləyir. Məsələn, Electronic Arts-ın EA Canada, Activision-ın isə Radical Entertainment studiyasını dəstəkləyir. Ancaq onların işi ilkin olaraq nəşr edən olduğu üçün yaradıcı yox, nəşrçi adlanırlar.
Videooyun istehsalçısı

Значение слова в других словарях