İSTİBRA

kişilərin sidik yolundan sidik qalığının çıxarılmasıdır. Bu da kişi bədəninin nəcasətdən təmizlənməsi üçün vacibdir. Sidik axıb qurtarandan sonra kişi sol əli ilə sidik yolunda qalan sidiyin qalığını sıxıb çıxarmalıdır. Sidik ifraz olunduqdan sonra isə oranı su ilə yuyub təmizləmək lazımdır. Sidiyin qalığının bədənə və ya paltara düşməməsi üçün kişilərə məsləhət görülür ki, sidiyə oturaq vəziyyətdə getsinlər. Ancaq kişi geyiminin bulanmayacağı üçün tədbir görərsə, onda sidiyə ayaqüstü də gedə bilər. Qadınlar üçün isə istibra vacib deyildir. Onlar yalnız sidiyin ifraz olunduğu yeri yuyub təmizləməlidirlər.
İSRAİLİYYAT
İSTİBRA

Значение слова в других словарях