İstilikkeçirmə
İstilik keçirmə — İstilik ötürülməsinin bir növü olub, istilik enerjisinin cismin bir hissəsindən digər hissəsinə və ya təmasda olan bir cisimdən digər cismə ötürülməsi prosesidir. İki cisim bir-biriləri ilə təmasda olarkən daxili enerjilərini bərabərləşdirmək ehtiyacı duyulur. Bu proses istilik tarazlığı qanunu ilə belə izah edilir:
Toxunan cisimlərin temperturları müxtəlifdirsə, istilik tarazlığı yaranana qədər bu cisimlər arasında istilik mübadiləsi gedir.
İki cisim təmasda olarkən onlar arasında istilik mübadiləsi gedir. Eyni qanun cismin daxilində də baş verir. Cismin bir hissəsini qızdırdıqda cismin digər hissələri də tədricən qızır. Bu proses cismin bütün hissələrində daxili enerji bərabərləşənə qədər dəvam edir. Bu proses müxtəlif cisimlərdə müxtəlif sürətlə gedir. İstilik enerjisinin keçiriciliyi elektrik keçiriciliyi ilə bənzərdir. Çünki hər ikisində enerji (istilik və elektrik enerjisi) cisimdəki sərbəst elektronlar və ya atomlar vasitəsilə bir-birinə ötürülür.