Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əsnəmək
Əsnəmək— eyni vaxtda havanın tənəffüs edilməsi və qulaq pərdələrinin gərilməsindən sonra nəfəsin çıxarılmasından ibarət olan bir refleksdir. Bu proses ən çox yetkinlərdə yuxudan dərhal əvvəl və ya sonra, yorucu fəaliyyətlər zamanı baş verir. Eyni zamanda insanlara keçici keyfiyyəti ilə xarakterizə olunur. Bu refleks yorğunluq, stress, yuxu, cansıxıcılıq və hətta aclıqla əlaqələndirilir. İnsanlarda əsnəmək əksər hallarda başqalarının əsnədiyi zaman baş verir.
Əstələk
Əstələk (fars. اصطلك‎‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 184 nəfər yaşayır (55 ailə).
Mərkəzi Asiya üstəgəl Yaponiya
Mərkəzi Asiya üstəgəl Yaponiya dialoqu – Yaponiya ilə Mərkəzi Asiyada yerləşən dövlətlər (Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan) arasında yeni əməkdaşlıqlar yaratmaq məqsədilə irəli sürülən siyasi təşəbbüs. Məqsəd Yaponiya ilə Mərkəzi Asiya arasında əlaqələri yeni səviyyəyə qaldırmaqdır. Neytrallığını qoruyan Türkmənistan sadəcə müşahidəçi qismindədir. Yaponiya Qazaxıstan Qırğızıstan Tacikistan Özbəkistan Türkmənistan Dialoq 28 avqust 2004-cü ildə Qazaxıstanın Astana şəhərində Yaponiya və Mərkəzi Asiya ölkələrinin nazirlərinin görüşündə elan olunmuşdur. Buraxılan birgə bəyannamədə tərəflərin 4 istiqamətdəki baxışları əks olunmuşdur: fundamental prinsiplər və dəyərlər, əlaqələrin genişləndirilməsi, regionlararası əməkdaşlıq və beynəlxalq arenada əməkdaşlıq. Bəyannaməyə əsasən dialoqun əsas hədəfləri bunlardır: Mərkəzi Asiyada sülh, stabillik və demokratiyanı gücləndirmək. Regionun iqtisadi fondlarını, islahatları və sosial inkişafı gücləndirmək. Regionlar arası əməkdaşlığı gücləndirmək. Mərkəzi Asiya ilə qonşu regionlar arasında yaxşı əlaqələrin saxlanılması və inkişaf etdirilməsi. Digər regional məsələlərə hörmətlə yanaşan Yaponiya-Mərkəzi Asiya əməkdaşlığı.
Üç üstəgəl iki (film, 1963)
Üç üstəgəl iki (rus. Три плюс два) — 1963-cü ildə görkəmli sovet yazıçısı Sergey Mixalkovun ssenarisi əsasında çəkilmiş sovet komediya filmi. Üç yaxın dost — baytar Roman Lyubeşkin, diplomat Vadim və fizik Stepan Sundukov "Volqa" avtomobilində Qara dəniz sahillərinə məzuniyyətə yollanırlar. Burada təsadüfən iki rəfiqə — sirk aktisti Zoya Pavlovna və kinoaktrisa Nataşa onlarla rastlaşırlar. Oğlanlardan ikisi qızları sevirlər. Film Sergey Mixalkovun "Vəhşilər" (rus. Дикари) pyesi əsasında ekranlaşdırılıb. Natalya Kustinskaya — Nataşa, kinoaktrisa Natalya Fateyeva — Zoya Pavlovna, şir və pələng təlimçisi Andrey Mironov — Roman Lyubeşkin, həkim-baytar Yevgeni Jarikov — Vadim, diplomat Gennadi Nilov — Stepan İvanoviç Sundukov, fizika-riyaziyyat elmləri doktoru Üç üstəgəl iki — IMDb səhifəsi Üç üstəgəl iki filmi Azərbaycan dilində Arxivləşdirilib 2018-05-26 at the Wayback Machine Üç üstəgəl iki filmi Youtube saytında (rus.) Как снимали фильм "Три плюс два" Arxivləşdirilib 2015-08-19 at the Wayback Machine на "Мой Web" (rus.) Места съемок фильма на сайте "Кино, снятое в Крыму" (rus.) Места съемок фильма. Современное состояние (rus.) Пьеса Сергея Михалкова "Дикари" в Библиотека Максима Мошкова (rus.) Документальный фильм "Три плюс два".
Üç üstəgəl milyon (film, 1981)
Əştərək
Əştərək, Aştarak — Ermənistan Respublikasında şəhər. İrəvan şəhərindən Şimal-Qərbdə, Abaran (dəyişdirilmiş adı Kasax) çayı sahilində, İrəvan-Gümrü şose yolunun üstündə yerləşir. 1963-cü ildən respublika tabeli şəhərdir. Əştərək rayonunun mərkəzidir. IV əsrlərdə Arşakilərin, VIII-X əsrlərdə ərəblərin, IX-XI əsrlərdə Şirak hakimiyyətinin tabeliyində Pəhləvilərin hökmranlığı altında olmuş, XI-XVI əsrlərdə Səlcuq türklərinin tabeliyində, XVI-XIX əsrlərdə İrəvan xanlığına tabe olan Karbibasar mahalının tərkibində olmuşdur. 1828-ci ildə rus işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçmişdir. İndi Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra 1929-cu illərdə rayonlaşdırma inzibati-ərazi bölgüsü yaradıldı. Əştərək 9 sentyabr 1930-cu ildə yaradılan rayonun adı oldu. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əştərək kimi, 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Karbi nahiyyəsinin tərkibində Aştarak, Qafqazın 5 verstlik xəritəsində Əştərək (Aştarak) kimi qeyd edilmişdir. Danışıq dilində Həştərək formasında işlədilir.
Hamamlı (Əştərək)
Hamamlı — Karbi mahalının (bəzi mənbələrdə Kərbibasar) Əştərək rayonuna tabe kənd. == Tarixi == Kənd 1728-ci ildən mə’lumdur. 1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində kənd adı kimi çəkilir. Tam adı "Eyvazlı kəndin yaxınlığında Hamamlı kəndi". Başqa adı Dançılı XIX əsrin əvvəllərindən sonra əhalisi qarışıq idi. 1886-cı ildə kəndin əhalisi ermənilərdən idi və azərbaycanlılardan ibarət idi. 1918-ci ildə azərbaycanlı əhalisi qovulmuşdur. 1922-ci ildən sonra əhalinin bir hissəsi geri qayıtmışdır. 1948-ci illərdə əhalisi Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir == Əhalisi == Əhalisi əsas etibarilə Azərbaycan türklərindən ibarət olmuşdur. 1949-cu ilin dekabr ayında əhali Ermənistan Sovet hökuməti tərəfindən Azərbaycan SSR-in Salyan rayonuna köçürülmüşdür.
Haxıs (Əştərək)
Haxıs - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. Kəndin adı Axiz, Axis formalarında göstərilir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əxis kimi, Qafqazın 5 verstlik xəritəsində Axis formasında qeyd edilmişdir. Toponim «çay ağzı, mənsəbi», «keçid» mənasında işlənən ağıs, axız (>aqis>haxis>haxıs) sözü əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki «h» səsi səsartımı hadisəsi nəticəsində sözə əlavə edilmişdir və toponim tələffüz formasına uyğun qeydə alınmışdır. Azərbaycan dilində saitlə başlanan bəzi sözlərə tələffüzdə «h» samitinin artırılması qanunauyğun haldır (araba-haraba, açarhaçar, elə-helə). Hidrotoponimdir. Quruluşca sadə toponimdir. Erm.SSR AS RH-nin 1.XII.1949 - cu il tarixli fərmanı ilə adı dəyişdirilib Zorab qoyulmuşdur.
Qaracalar (Əştərək)
Qaracalar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. Alagöz dağının cənubunda yerləşir. Erməni mənbələrində kəndin adı Qalaçilar kimi də göstərilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qaraçalar türk tayfasının adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1831-ci ildə 104 nəfər, 1873-cü ildə 272 nəfər, 1886-cı ildə 279 nəfər, 1897-ci ildə 381 nəfər, 1908-ci ildə 360 nəfər, 1914-cü ildə 381 nəfər, 1916-cı ildə 526 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Ermənilər buraya 1918–1920-ci illərdə Türkiyədən köçürülmüşdür.
Qoşabulaq (Əştərək)
Qoşabulaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «cüt, yanaşı, iki» mənasında işlənən «qoşa» sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1873 - cü ildə 101 nəfər, 1886-cı ildə 152 nəfər, 1897-ci ildə 173 nəfər, 1908-ci ildə 211 nəfər, 1914 - cü ildə 214 nəfər, 1916-cı ildə 211 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə kəndin əhalisi azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. Indi xaraba kənddir.
Qızılxaraba (Əştərək)
Qızılxaraba — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. Kəndin adı erməni mənbələrində Qızılabad, Tulunəbi kimi də göstərilir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Qızılviran, Qafqazın 5 verstlik xəritəsində Qızılxaraba kimi qeyd edilmişdir. Toponim torpağın rənginə bildirən qırmızı mənasında işlənən qızıl sözü ilə "dağıdılmış" mənasında işlənən xaraba sözündən əmələ gəlmişdir. Türklər xarabalıqlar yanında yeni yaşayış məntəqələri salarkən xaraba, viran, örən (hər üçü sinonim sözdür) sözlərinin əvvəlinə ya mənsub olduqları tayfanı, oymaq və ya obanın, ya da torpağın rənginə görə müvafiq şəkildə ağ, qara, qızıl (qırmızı mənasında) sifətlərini əlavə edirlər. Qızılxaraba kənd adı da həmin konstruksiya əsasında yaranmışdır. "Qırmızı torpaqda tikilmiş binaların qalıqları olan xarabalıq yanındakı kənd" mənasını verir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.. 1918-ci ildə Azərbaycanın əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Qırmızı rəngli daşdan tikilmiş qala yaxud kilsə xarabalıqları nəzərdə tutulur.
Ustetsk diyarı
Ustetsk diyarı (çex. Ústecký kraj) — Çexiyada I dərəcəli inzibati-ərazi vahidi. Diyarın inzibati mərkəzi Usti nad Labem şəhəridir. Almaniya ilə sərhəddə filiz dağları, Labskiy qum dağları və Lujitsky dağları var. Bölgənin cənub-şərq hissəsi əsasən Rzhip dağı (Říp) və Çex yüksək dağları (České středohoří) ilə düzdür. Bölgənin əsas çayları Laba (Elba) və onun qollarıdır: solda - Ohře və Bilina, sağda - Pluchnice (Ploučnice) və Kamenice. Bölgədə mineral su mənbələri var. Bölgədəki ən yüksək nöqtə Klinovec dağıdır, zirvəsi buna baxmayaraq Karlovı Varı bölgəsində yerləşir. Kənarındakı ən aşağı nöqtə (eyni zamanda bütün Çex Respublikasında ən aşağı nöqtə) - dəniz səviyyəsindən 115 metr yüksəklikdə - Hřenskodakı Elbe səthidir. Bölgə ərazisinin təxminən 50% -i kənd təsərrüfatında istifadə olunur, ərazinin 30% -i meşələr, 2% su ilə əhatə olunub.
Əştərək (şəhər)
Əştərək, Aştarak — Ermənistan Respublikasında şəhər. İrəvan şəhərindən Şimal-Qərbdə, Abaran (dəyişdirilmiş adı Kasax) çayı sahilində, İrəvan-Gümrü şose yolunun üstündə yerləşir. 1963-cü ildən respublika tabeli şəhərdir. Əştərək rayonunun mərkəzidir. IV əsrlərdə Arşakilərin, VIII-X əsrlərdə ərəblərin, IX-XI əsrlərdə Şirak hakimiyyətinin tabeliyində Pəhləvilərin hökmranlığı altında olmuş, XI-XVI əsrlərdə Səlcuq türklərinin tabeliyində, XVI-XIX əsrlərdə İrəvan xanlığına tabe olan Karbibasar mahalının tərkibində olmuşdur. 1828-ci ildə rus işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçmişdir. İndi Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra 1929-cu illərdə rayonlaşdırma inzibati-ərazi bölgüsü yaradıldı. Əştərək 9 sentyabr 1930-cu ildə yaradılan rayonun adı oldu. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əştərək kimi, 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Karbi nahiyyəsinin tərkibində Aştarak, Qafqazın 5 verstlik xəritəsində Əştərək (Aştarak) kimi qeyd edilmişdir. Danışıq dilində Həştərək formasında işlədilir.
Əştərək rayonu
Əştərək rayonu, Aştarak rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Karbi mahalı ərazisində yerləşən rayon. Mərkəzi Əştərək şəhəridir. Əştərək rayonu 1930-cu il sentyabrın 9-da yadadılıb. Ərazisi 926 kv km-dir. Rayon mərkəzi respublika tabeli Əştərək (dəyişdirilmiş adı Aştarak) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 22 km-dir. 1948-1951-ci illərdə rayonun Talış, Təkiyyə, Uçan, Çadqıran, İnəkli, Tülnəbi və s. kəndlərinin əhalisi zorla Azərbaycana köçürülüb. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: Əsgərov Əsgər Allahverdi oğlu (1878-11.3.1938*, 60 yaş) repressiya qurbanı 1878 ci ildə Əştərək rayonunda doğulmuş. Şəkidə 1 May kolxozçu olmuşdur.
Bayraməli qışlağı (Əştərək)
Bayraməli qışlağı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Alagöz dağının cənubunda yerləşirdi. Erməni mənbələrində Bayraməli, Bayraməli kəndi formasında da qeyd edilir. Toponim Bayraməli şəxs adı ilə «yaşayış məntəqəsi, kənd» mənasında işlənən qışlaq sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 53 nəfər, 1886-cı ildə 87 nəfər, 1897-ci ildə 132 nəfər, 1908-ci ildə 82 nəfər, 1916-cı ildə 100 nəfər yalnız azərbaycanlı və əcəmi kürdü yaşamışdır. 1918-ci ildə kəndin əhalisi ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1920-ci illərin sonunda kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı
Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı (ing: Joint Special Operations Command, qısaca JSOC), ABŞ Xüsusi Əməliyyatlar Komandanlığına tabe olan və bütün dünyadakı terror hücrələrinin müəyyən edilməsi və məhv edilməsi ilə məşğul olan bölmədir.. 1980-ci ilin dekabr ayında yaradılan bölmənin qərargahı, Amerika Birləşmiş Ştatlarının Şimali Karolina əyalətindəki Fort Bragg adlanan yerdə yerləşir. Komandanlığı Raymond A. Tomas tərəfindən həyata keçirilir.
Müştərək istehsal olunan məhsul
Müştərək istehsal olunan məhsul (ing. joint product) — başqa bir məhsulla eyni vaxtda istehsal olunan və hər birinin müstəqil satış qiyməti olan məhsul. İngilis professoru Kolin Druri birgə məhsulu eyni vaxtda istehsal olunan və hər birinin müstəqil satış qiyməti olan müəssisənin əsas məhsulları kimi müəyyən edir. Ayrılma nöqtəsinə (məhsulların ayrıldığı istehsal nöqtəsi) çatana qədər müxtəlif məhsullar üzrə məsrəflərin uçotu müəyyən edilmir. Ayrılma nöqtəsi məhsulların bölünə bilməsi, bir-birindən ayrı satıla bilməsi və ya sonrakı emala məruz qalması ilə müəyyən edilir. Ayrılma nöqtəsini keçdikdən sonra birgə istehsal olunan məhsullarla bağlı bütün əlavə xərclər satılana qədər hər bir məhsul üçün ayrıca saxlanılır. Bölünmə nöqtəsinə qədər ümumi biznes xərcləri aşağıdakı üsullarla məhsullara bölünə bilər: natural göstəricilərdən istifadə üsulu (xərclər istehsalın həcminə mütənasib olaraq bölüşdürülür). Metod üzrə hər bir məhsul bərabər gəlirə malikdir, kompleks məsrəflərin payı hər bir məhsul üzrə onun ümumi istehsal həcmindəki payına mütənasib olaraq tutulur və hər bir məhsul növü üzrə vahid maya dəyəri eyni olur. Əgər məhsulların qiyməti fərqlidirsə, onda süni gəlirli və gəlirsiz məhsullar meydana çıxa bilər. Müxtəlif ölçü vahidləri olan məhsullar istifadə edildikdə metodu tətbiq etmək də çətindir; bölünmə nöqtəsində satışın dəyərinə əsaslanan metod (xərclər satış gəlirinə mütənasib olaraq bölüşdürülür).