Kiçik itotu
Kiçik itotu - (lat. Marrubium nanum Knorr.) Dalamazkimilər – (Lamiaceae Lindl.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın endemik növüdür.
Regional IUCN Status - NT
== Qısa morfoloji təsviri ==
Çoxillik ot bitkisidir. Gövdəsi tək, budaqlanmayan, tüklü, 9-25 sm hündürlüyündədir. Gövdə yarpaqları saplaqlı, tərs-yumurtavari, dişcikli, üst yarpaqlar xırda, üst tərəfdən yaşıl, tüklü, alt tərəfdən açıq rənglidır. Çiçək dəstələri çoxçiçəkli, aralı düzülmüş, çiçəkaltlıqları bizvari, uzuntükcüklü, kasacığın borucuğunun uzunluğuna bərabərdir. Kasacıq 5 dişciklidir, üçbucaqvarıi-bizşəkilli dişciklər ilə örtülür, 2-2,5 dəfə boruuqdan qısadır, damarların üzəri tklüdür. Çiçək tacı açıq çəhrayı rəngli, kasacıqdan çıxandır. Üst dodaq ikidilciklidir, üçdilcikli alt dodaqda orta dilcik daha iri və yumrudur.