İxracatçı

ixracı həyata keçirən subyekt – hüquqi və ya fiziki şəxs.
İxraca Yararlı
İxracın “Könüllü” Məhdudlaşdırılması
OBASTAN VİKİ
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (qısaca: ANİİA) — Azərbaycan Respublikasında fəaliyyət göstərən assosiasiyalardan biri. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 2016-cı ilin noyabr ayından fəaliyyətə başlayıb və ilk günlərdən Azərbaycanda narçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri öz ətrafına toplamağa nail olmuşdur. Dəqiq qeydiyyatlar nəticəsində bu sahədəki mövcud problemləri aradan qaldıran ANİİA narçılığın inkişafı istiqamətində aqrotexniki maarifləndirmə işləri aparmış və bu sahədə fəaliyyət göstərən yerli və xarici mütəxəssislərlə görüşlər keçirərək yüksək təcrübələr əldə etmişdir. Assosiasiya "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi adı ilə 31 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Assoasiasiyanın ilk yığıncağı 17 mart 2017-ci il tarixində keçirilmişdir. Assosiasiya müvafiq dövlət qurumlarının daimi hərtərəfli dəstəyilə öz fəaliyyətini göstərilən etimada uyğun olaraq davam etdirməkdədir. ANİİA rəhbərliyi və üzvləri Respublika əhəmiyyətli tədbirlərdə hər zaman təmsil olunur. Ölkə başçısı cənab İlham Əliyevin də iştirakı ilə ölkəmizdə və Belarusiya, Polşa, Ukrayna, Latviya, BƏƏ, Rusiya, Türkiyə kimi ölkələrdə təşkil edilən biznes forumlarda İqtisadiyyat Nazirliyinin birbaşa dəvəti ilə iştirak edirlər. Assosiasiya üzvləri AZPROMO-nun dəstəyi ilə keçirilən beynəlxalq sərgi və tədbirlərdə, narın ixracı ilə əlaqədar təşkil olunan bütün xarici forumlarda AZPROMO-dan olan həmkarları ilə birgə iştirak edirlər. Assosiyasiyanın məqsədi nar təsərrüfatı ilə məşğul olmaq istəyən fermerlərə təmənnasız şəkildə xidmət göstərmək, Azərbaycan narının dünya bazarında "Made in Azerbaijan" brendi kimi tanınmasına dəstək verməkdir.
Qaz İxracatçısı Ölkələrinin Forumu
Qaz İxracatçısı Ölkələrinin Forumu (QİÖF; ing. Gas Exporting Countries Forum (GECF)) — dünyada təbii qaz ixracaatında liderlik edən ölkələrin birliyidir. Neft ixracatçıları ölkələri təşkilatı təçkilatına uyğunlaşdıraraq birliyi qeyri-rəsmi olaraq "qaz OPEK-i" adlandırırlar. Baxmayaraq ki, təşkilat üzvlərinin bəziləri birliyi kartel olmasının əleyhinədirlər. Təşkilat 2001-ci ildə Tehranda yaradılıb, rəsmi olaraq isə 2008-ci ildə Moskvada təsis edilib. Təşkilata dünyanın ən iri qqaz ixracatçıları daxildir ki, onlar dünyada mövcud olan qaz yataqlarının 42%-nə malikdirlər. Həmin ölkələrdə təsdiqlənmiş qaz ehtiyatlarının 70%-i, boru ilə qaz nəqli həcminin 40%-i, maye təbii qaz bazarının 65%-i cəmləşib.

Значение слова в других словарях