iynə ağzından çıxmış

brand-new / as neat as a new pin / spick-and-span new c иголочки
İylənmiş suyu içməzlər.
iynə atsan yerə düşməz
OBASTAN VİKİ
İynə
İynə — bərk metaldan düzəldilmiş bir ucu iti digər ucunda isə sap keçirmək üçün deşik olan nazik uzun alət. Otra əsrlərə kimi mahlıcdan olan parçaları tikmək üçün balıq sümüklərindən istifadə edilirdi. İlk metal iynələr XVI əsrdə yaradılmışdır. İynənin iki növü var - əl iynəsi və maşın iynəsi. Tikiləcək parçanın növündən asılı olaraq iynələrin ölçüləri də müxtəlif olur. Hesab edilir ki, ilk iynə kimi balıq sümüyündən istifadə ediblər. İynə ölçüsü istehsalçının paketində bir və ya bir neçə rəqəmlə işarələnir. İynələrin ölçüləri üçün ümumi konvensiya, məftil ölçmə cihazları kimi, hər hansı bir iynə sinfində ölçü sayı azaldıqca iynənin uzunluğu və qalınlığının artmasıdır. Məsələn, 9 ölçülü iynə 12 ölçülü iynədən daha qalın və uzun olacaq. Bununla belə, iynə ölçüləri standartlaşdırılmamışdır və buna görə də bir sinifin 10 ölçüsü başqa bir növün 12 ölçüsündən daha incə ola bilər (əslində belə olur).
İynə burnu
İynə burnu (həmçinin Аqulyas (port. Agulhas, afrik. Kaap Agulhas) — Afrika qitəsinin ucqar cənub nöqyəsini təşkil edir. Burunun hündürlüyü 140 m təşkil edir. Ümid burnundan 155 km cənub-şərqdə yerləşir. Bu adı əraziyə XV əsrdə səfər edən portuqal səyyahları vermişlər. Belə ki, burada maqnit anomaliyası səbəbindən (port. agulha) kompasın əqrəbi düzgün ərazini göstərmirdi. Elə bu ad maqnitin əqrəbində irəli gələrək verilmişdir.
İynə burnu cərəyanı
İynə burnu cərəyanı və ya Aqulyas cərəyanı — Hind okeanının cənub-qərbindən keçən isti dəniz cərəyanı. İki okean arasında sərhəd zonasından başlayır. Afrikanın şərq sahilləri boyunca cənubdan şimala istiqamətlənir. Cənubi Ekvatorial cərəyanının qərb qolunu təşkil edir. İnsiz olması sürətinin yüksəkliyinə səbəb olur (bəzən sürəti 200 sm/s çatır).
Xarabalıqdan çıxmış milyonçu
Xarabalıqdan çıxmış milyonçu (ing. Slumdog Millionaire) — hindistanlı yazıçı Vikas Svarupun "Q & A" romanı əsasında 2008-ci ildə çəkilmiş Böyük Britaniya filmi. Bu filmdə Mumbayın yoxsul məhəlləsindən olan Camal Malik adlı gənc oğlan “Kim milyonçu olmaq istəyir?” televiziya şousunda 2 milyon rupi qazanaraq insanları heyrətə gətirir. Dələduzluq ittihamları ilə üzləşən Camal, polisə keşməkeşli acı həyat hekayəsini bölüşür. Denni Boylun rejissorluq etdiyi bu filmin baş rolunda İngiltərə aktyoru Dev Patel çəkilmişdir. Film Hindistanda lentə alınıb.
Yoxa çıxmış təyyarələrin siyahısı
== "İl-14P" == 1959-cu il dekabr ayının 13-də Aeroflota məxsus "İl-14P" sərnişin təyyarəsi Kabuldan havaya qalxaraq Daşkəndə doğru istiqamət götürdü. Onun göyərtəsində 25 sərnişin və 5 nəfər də gəmi heyəti vardı. Təyyarə Özbəkistanın Termez şəhərindəki hava limanına qısa eniş etdi və sonra yenidən havaya qalxdı. Amma Hissar dağ silsiləsi üzərindən uçarkən "İl-14P" ilə əlaqə kəsildi. Dərhal təyyarənin yoxa çıxması ilə bağlı axtarışlara başlanıldı. "İl-14P" -nin qəzaya uğraması ehtimal edilən bütün ərazilər qarış-qarış axtarıldı. Lakin təyyarənin izinə rast gəlmək mümkün olmadı. Üstündən 5,5 ay ötəndən sonra, 1960-cı il iyun ayının 2-də "İl-14P"-nin qalıqları təsadüfən hadisə yerinin yaxınlığından uçan vertolyot tərəfindən aşkar edildi. Dərhal bu barədə müvafiq qurumlara məlumat verdilər. Hadisə yerinə gələn axtarış qrupu tərəfindən müəyyən edildi ki, "İl-14P" məlum olmayan səbəblərdən dağa çırpılıb.
Dağ qara (meşə altından çıxmış) torpaqlar
Dağ qara torpaqlar (və ya meşə altından çıxmış torpaqlar) — bu torpaq tipinin müxtəlif yarımtiplərinə Böyük Qafqazın Şamaxı yayalasında, İsmayıllının İvanovka yaylasında, Qudyalçay və Qaraçayın orta axarlarında, Kiçik Qafqazın Murovdağın cənub və şimal yamaclarında, Qarabağda, Gəncəçay, Kürəkçay və Zəyəmçay hövzəsində, Kəlbəcər və Laçın rayonlarında, ayrıca zolaq şəklində meşələrin kənar hissələrində rast gəlinir. == İqlimi == Bu torpaqların yayıldığı ərazilərdə iqlimi qışı quraq keçən mülayim istidir. Burada orta illik temperaturu 7,3-11,6°C -dir. Ən soyuq mülayim olub, temperatur 0,6-dan 3,3 arası dəyişir. Payız adətən isti olur. İlin isti dövrü havanın orta temperatur 17,1-23,6°C-ni ötmür. Orta illik yağıntının kəmiyyəti 380-640 mm arasında dəyişir. Rütubətlənmə əmsalı 1,22-1,29 təşkil edir. == Morfoloji əlaməti == Humusu profil boyu bərabər paylanması və karbonatlılığın profil yuyulması xarakterikdir. Belə ki, mitselyar formada karbonatlara yalnız 80-90 sm dərinlikdə rast gəlinir.