İŞİD

is. siy. İraq Şam İslam Dövləti – İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar qruplaşma, 3 yanvar 2014-cü ildə müstəqilliyini, 29 iyun 2014-cü ildə isə yeni xilafət yarandığını elan etmiş, lakin tanınmamış dövlət.
İSTİ
İT-AUTSORSİNQ
OBASTAN VİKİ
İŞİD
İŞİD və ya tam adı ilə İraq Şam İslam Dövləti, həmçinin 2014-cü ildən etibarən İslam Dövləti (İD), — Əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı terrorçu qruplaşma, 3 yanvar 2014-cü il tarixində dövlət kimi müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmişdir. 2019-cu ildə isə süqutu elan edilmişdir. İŞİD indiyə qədər heç bir dövlət tərəfindən dövlət kimi tanınmamışdır. Aşağıdakı ölkələr və beynəlxalq təşkilatlar İraq Şam İslam Dövləti terror qruplaşması hesab edir İran ABŞ Rusiya Türkiyə Livan Səudiyyə Ərəbistanı İndoneziya İtaliya Almaniya Polşa Danimarka Yunanıstan Estoniya Bolqarıstan Fransa Birləşmiş Krallıq Niderland Xorvatiya Çexiya Sloveniya Albaniya Kanada Avstraliya BƏƏ Bəhreyn Qətər Filippin Malayziya Bosniya və Herseqovina İordaniya Gürcüstan Azərbaycan İraq müharibəsinin başlamasından qısa bir müddət sonra "Camaat əl-Tövhid vəl-Cihad" adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək "Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn" (daha çox "İraq Əl-Qaidəsi" adı ilə tanınır) adını götürdü. 2006-cı ilin yanvar ayında "Ceyş ət-Taifa Əl-Mənsur", "Ceyş Əhli-Sünnə vəl-Camaa", "Ceyş əl-fatihin", "Cund əs-Səhabə" kimi kiçik qruplarla birləşən qruplaşma "Mücahidun Şura Konseyi" adını aldı. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan "İraq İslam Dövləti" adlı dövlət elan etdi. Bu tarixdən etibarən "Mücahidun Şura Konseyi" adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar "İraq İslam Dövləti" adıyla keçirilməyə başladı. 2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. 2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi. 15 oktyabr 2014-cü ildə terror təşkilatı İŞİD Bağdad yaxınlığındakı Kubaisanı ələ keçirmiş, əl-Anbar və Fəllucanı mühasirəyə almışdır.
Şiələrin soyqırımı (İŞİD)
Şiələrin İraq Şam İslam Dövləti tərəfindən soyqırımı (ərəb. الإبادة الجماعية الشيعية من قبل دولة العراق والشام‎, ing. Genocide of Shias by Islamic State of Iraq and al-Sham) və ya Şiələrin İraq Şam İslam Dövləti tərəfindən təqibi (ərəb. اضطهاد الشيعة من قبل دولة العراق والشام‎, ing. Persecution of Shias by Islamic State of Iraq and al-Sham) — 2014-cü ilin avqust ayından başlayaraq İŞİD-in idarə etdiyi Şimali İraqda şiələrin sistematik şəkildə öldürülməsinə verilən ad. Şiələrin İraqda əksəriyyəti təşkil etmələrinə baxmayaraq, onlar İŞİD tərəfindən kütləvi şəkildə öldürülürdülər. 12 iyun 2014-cü il tarixində İŞİD qüvvələri Speyşer düşərgəsi qətliamında ən azı 1,600–1,700 şiə kursamnt və məhbus öldürmüşdür. Şahidlərin dediklərinə görə, terror təşkilatının Mosul şəhərini almasından sonra, onlar sünni və şiə məhbusları ayırmışdılar. 650 şiə məhbus başqa bir yerə aparılıb öldürülmüşdür. Kürd vəzifəliləri buna bənzər bir hadisənin Ərbil şəhərində baş verdiyi barədə məlumat veriblər.
İŞİD əleyhinə hərbi müdaxilə
İŞİD əleyhinə hərbi müdaxilə - İŞİD-in Suriya ordusunu ilə döyüşərək şimali-şərqi Suriyanın idarəsini almasından və İraqda gücünü artırmasından sonra Qərb və ərəb ölkələrinin başlatdığı aviazərbələrlə aparılan hərbi konliktdir.
İŞİD əleyhinə hərbi müdaxilə (2014)
İŞİD əleyhinə hərbi müdaxilə - İŞİD-in Suriya ordusunu ilə döyüşərək şimali-şərqi Suriyanın idarəsini almasından və İraqda gücünü artırmasından sonra Qərb və ərəb ölkələrinin başlatdığı aviazərbələrlə aparılan hərbi konliktdir.
Cunko İşida
Cunko İşida (11 mart 1966, Yaponiya) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.