Şiələrin soyqırımı (İŞİD)

Şiələrin İraq Şam İslam Dövləti tərəfindən soyqırımı (ərəb. الإبادة الجماعية الشيعية من قبل دولة العراق والشام‎, ing. Genocide of Shias by Islamic State of Iraq and al-Sham)[1] və ya Şiələrin İraq Şam İslam Dövləti tərəfindən təqibi (ərəb. اضطهاد الشيعة من قبل دولة العراق والشام‎, ing. Persecution of Shias by Islamic State of Iraq and al-Sham) — 2014-cü ilin avqust ayından başlayaraq İŞİD-in idarə etdiyi Şimali İraqda şiələrin sistematik şəkildə öldürülməsinə verilən ad.

Şiələrin təqibi
Suriyada vətəndaş müharibəsiİraq vətəndaş müharibəsi
Hücum yeri  İraq
 Suriya[1]
Hücum hədəfi Şiələr, əsasən mülki şəxslər
Vaxt avqust 2014 – h.h.
Hücum üsulu Soyqırım, etnik təmizləmə, məcburi dini konversiya
Təşkilatçılar İŞİD

Şiələrin İraqda əksəriyyəti təşkil etmələrinə baxmayaraq, onlar İŞİD tərəfindən kütləvi şəkildə öldürülürdülər. 12 iyun 2014-cü il tarixində İŞİD qüvvələri Speyşer düşərgəsi qətliamında ən azı 1,600–1,700 şiə kursamnt və məhbus öldürmüşdür.[2][3][4] Şahidlərin dediklərinə görə, terror təşkilatının Mosul şəhərini almasından sonra, onlar sünnişiə məhbusları ayırmışdılar. 650 şiə məhbus başqa bir yerə aparılıb öldürülmüşdür. Kürd vəzifəliləri buna bənzər bir hadisənin Ərbil şəhərində baş verdiyi barədə məlumat veriblər.[5]

Amnesty International təşkilatı İŞİD-i Şimali İraqdakı dini və etnik azlıqların təmizlənməsi və icmaları "İraq xəritəsindən silinmək təhlükəsinə qoymaq"la günahlandırmışdır. 2 sentyabr 2014-cü il tarixində verilən xüsusi bir hesabata görə, İŞİD qüvvələri "sistematik olaraq qeyri-sünni müsəlman icmaları hədəfləmiş, yüzlərlə, bəlkə də minlərlə insanı oğurlamış və ya öldürmüş və 10 iyun 2014-cü il tarixindən bəri zəbt edilən ərazilərdə yaşayan on minlərlə şiələri və digər azlıqları qaçmağa məcbur etmişdir". Nineviya şəhərində ən çox öldürülən şiə qrupları türk əsilli türkmanlarşahbeklər idi.[6]

Mosulun düşməsi

[redaktə | mənbəni redaktə et]

2014-cü ilin yayında Mosul şəhərindəki və İŞİD-in zəbt etdiyi digər ərazilərdə şiə mülkiyyətləri ر, yəni “R” hərfiylə rənglənmişdir. Bunun mənası Rafizilərsünnilərin şiələrə verdiyi alçaldıcı bir ad idi. Şiələrin sahibləndiyi evlər və müəssisələrə İŞİD tərəfindən müsadirə edilmiş və yerli İŞİD tərəfdarlarına və xarici döyüşçülərə verilmişdir.[7] On minlərlə şiə türkmanşahbek Mosul, TəlafərNineviya düzənliyini tərk etmişdir.

Bəşirdə şiələrə qarşı hücumlar

[redaktə | mənbəni redaktə et]

Bəşir qəsəbəsinin yaxınlığındakı üç şiə kəndinin İŞİD qüvvələri tərəfindən hücuma məruz qalmasından və uşaqlar da daxil olmaqla 40 nəfərin öldürülməsindən sonra on minlərlə şiə Səlahəddin mühafəzasıKərkük şəhərindən qaçmışdır.[7][8]

Şiə məbədlərinin məhv edilməsi

[redaktə | mənbəni redaktə et]

İŞİD şiələri çoxallahlıkafir olaraq görür. Buna görə də o, İŞİD tərəfindən idarə edilən ərazilərdəki bütün şiə məbəd, məscid və pərəstişgahlarını məhv etmək üçün əməliyyat başlatmışdır. Verilən məlumatlara əsasən, bu əməliyyat nəticəsində MosulTəlafər ərazilərində ən azı 10 şiə məbədi məhv edilmişdir.[9] 2016-cı ilin iyul ayında İŞİD dəstələri Məhəmməd ibn Əli əl-Hadinin Məqbərəsinə hücum etmişdir. Bu terror aktının nəticəsində ən azı 100 nəfər həlak olmuşdur.[10]

Soyqırım iddiaları

[redaktə | mənbəni redaktə et]

17 mart 2016-cı il tarixində ABŞ dövlət katibi Con Kerri İŞİD terror qruplaşmasının İraqSuriyada şiələrə və digər dini və etnik azlıqlara qarşı törəddiyi zorakılığın soyqırım olduğunu elan etdi və bunları dedi:[11][12]

" Mənim fikrimcə, Daeş yezidlər, xristianlar və şiələr daxil olmaqla, idarə etdiyi ərazilərdə yaşayan qrupların soyqırımının məsuludur. "

Con Kerrinin bu sözləri dediyi həftədə ABŞ palatası İŞİD-in idarə etdiyi ərazilərdə törəddiyi vəhşilikləri soyqırım olaraq təsnifləşdirmişdir.[13]

  1. 1 2 Eliz Labott; Tal Kopan. "John Kerry: ISIS responsible for genocide". CNN. 17 mart 2016. 2019-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2016.
  2. "Terrifying execution images in Iraq; U.S. Embassy in Baghdad relocates some staff". CNN. 2019-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-22.
  3. "Iraqi court sentences 24 to death over Speicher massacre". Middle East Monitor – The Latest from the Middle East. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2015.
  4. "احصائية رسمية: 1997 العدد الكلي لمفقودي مجزرتي سبايكر وبادوش". Rudaw. 2014-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2015.
  5. Hardinq, Lyuk; Havrami, Fazil. "Isis accused of ethnic cleansing as story of Shia prison massacre emerges". the Guardian. 2019-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-22.
  6. "Iraq crisis: Islamic State accused of ethnic cleansing". BBC News. 2 sentyabr 2014. 2014-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2014.
  7. 1 2 "Iraq: ISIS Abducting, Killing, Expelling Minorities". Human Rights Watch. 2019-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2016.
  8. Abigel Hauzloner. "Shiite villagers describe 'massacre' in northern Iraq". Washington Post. 23 iyun 2014. 2019-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2016.
  9. "ISIS demolish ancient mosques and temples in western Iraq". Mail Online. 7 July 2014. 18 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2016.
  10. "At least 35 killed in attack on Shi'ite mausoleum north of Baghdad". reuters.com. 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-08.
  11. "Remarks on Daesh and Genocide". U.S. Department of State. 2017-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2016.
  12. Amanda Holpux. "John Kerry: Isis is committing genocide in Syria and Iraq". the Guardian. 2019-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2016.
  13. "Arxivlənmiş surət". 2017-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-27.