körpə-körpə

körpə-körpə
körpə
körpəcə
OBASTAN VİKİ
Körpə
Körpə — dişi və erkək insanın (qadın və kişinin) rəsmi və ya qeyri-rəsmi nikahından sonra anadan olur. Körpələr anadan olmazdan əvvəl dişi insan 9 aylıq bir dövr keçirir. Bu, hamiləlikdir. Körpələr dünyaya gələn zaman çox zəif dəriyə malik olurlar. Onlar 3 aylıq olanadək ətrafı ağ-qara görürlər.
Körpə (1962)
== Məzmun == Kinolentdə çətin həyat sınaqları qarşısında qalıb sıxılan, çıxış yolu axtarıb tapmağa çalışan adamların taleyindən söhbət açılır. == Film haqqında == Filmin rus variantı Mərkəzi televiziya (Moskva) ilə nümayiş etdirilmişdir. Film italyan yazıçısı Alberto Moravianın hekayəsi əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Rauf Kazımovski Ssenari müəllifi: Rauf Kazımovski Quruluşçu operator: Karlen Orucov Quruluşçu rəssam: Habil Kazımov Musiqi Tərtibatı: German Krupkin Səs rejissoru: Sabir Əliyev Əsərin müəllifi: Alberto Moravia === Rollarda === Həsənağa Salayev (azərbaycanca variantında) Ətayə Əliyeva (azərbaycanca variantında) Konstantin Adamov (rusca variantında) Rahilə Ginzburq (rusca variantında) == Mənbə == "Humay"ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
Körpə ölümü
Körpə ölümü — 1 yaşınadək uşaqların ölümü. Belə ölümlərin sayı hər 1000 doğuş üzrə bir yaşınadək uşaqların ölüm sayını göstərən körpə ölümü göstəricisi ilə ölçülür. Beş yaşadək ölüm uşaq ölümü göstəricisi hesab edilir və burda da mühüm statistika var. Körpə ölümü daha çox erkən doğum zamanı baş verir. Digər əsas səbəblər boğulma, pnevmaniya, doğuş zamanı yaranan qüsurlar (məsələn, dölün göbək ciyəsinin anomaliyaları), eləcə də doğuş prosesinin uzun müddət davam etməsi, neonatal infeksiya, ishal, malyariya, qızılca və aclıqdır (malnutrisiya). Körpə ölümlərinin qarşısını almağın mümkün olduğu ən geniş yayılmış səbəblərindən biri də hamiləlik zamanı siqaret çəkməkdir. Bir çox faktorlar körpə ölümünə münbit şərait yaradır: ananın təhsil səviyyəsi, ətraf mühitin vəziyyəti və siyasi və tibbi infrastruktur. Sanitariyanın təkmilləşdirilməsi, təmiz içməli suya çatımlılıq, infeksion xəstəliklərə qarşı immunizasiya və digər sağlamlıq tədbirləri yüksək səviyyədəki körpə ölümünü azaltmağa kömək edə bilər. 1990-cı ildə dünyada yaşı 1-dən aşağı olan 9 milyon körpə ölmüşdü. 2015-ci ilədək bu rəqəm 4,6 milyona enmişdi.
Körpə şüşəsi
Körpə şüşəsı və ya Süd şüşəsi — ümumiyyətlə ana süd vermədiyi zaman və ya fincan kimi bir qabdan içə bilməyən uşaq üçün istifadə edilən bir şüşə. Süd şüşələri ümumiyyətlə anaya giriş olmadığı zaman istifadə olunur.
Körpə dişləri
Körpə dişləri (ing. Babyteeth) — 2019-cu il Avstraliya istehsalı olan film. == Süjet == Xərçəng diaqnozu qoyulan Mila Moses adlı narkotik satıcısına aşiq olur. Valideynlərini məyus etməsinə baxmayaraq, Mila hələ də onu sevməyə davam edir.
Körpə gəzintidə
"Körpə gəzintidə" (ing. Baby's Day Out) — rejissor Petrik Rid Consonun filmi. == Məzmun == Üç uğursuz quldur varlı ailədən olan doqquz aylıq bir körpəni qaçırırlar. Onlar körpənin əvəzində onun valideynlərindən yüksək məbləğdə pul tələb edirlər. Amma uşaq oğruları həmişə uğursuzluqlarla üz-üzə gəlirlər. Körpə onların əlindən iməkləyə-iməkləyə "qaçır". Oğrular uşağın yoxluğundan xəbər tutan kimi onun ardınca düşür, onu yenidən tutmağa çalışırlar. Bu yerdə balaca körpə Binkin qeyri-adi, maraqlı və şən macəraları başlayır. O, dayəsinin ona oxuduğu şəkilli kitabın qəhrəmanı körpə Bunun səyahət etdiyi yerlərə gedir. Bundan xəbər tutan dayə kitaba əsasən uşağın harada olduğunu bilir.
Körpə (film, 1962)
== Məzmun == Kinolentdə çətin həyat sınaqları qarşısında qalıb sıxılan, çıxış yolu axtarıb tapmağa çalışan adamların taleyindən söhbət açılır. == Film haqqında == Filmin rus variantı Mərkəzi televiziya (Moskva) ilə nümayiş etdirilmişdir. Film italyan yazıçısı Alberto Moravianın hekayəsi əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Rauf Kazımovski Ssenari müəllifi: Rauf Kazımovski Quruluşçu operator: Karlen Orucov Quruluşçu rəssam: Habil Kazımov Musiqi Tərtibatı: German Krupkin Səs rejissoru: Sabir Əliyev Əsərin müəllifi: Alberto Moravia === Rollarda === Həsənağa Salayev (azərbaycanca variantında) Ətayə Əliyeva (azərbaycanca variantında) Konstantin Adamov (rusca variantında) Rahilə Ginzburq (rusca variantında) == Mənbə == "Humay"ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
Zəhra Quliyeva (körpə)
Alxanlı hücumu və ya Alxanlı faciəsi — 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı yaşayış məntəqəsinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində törədilən hücumdür. Bu hücum nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həyatını itirmişdir. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə hərbi hospitala çatdırılaraq əməliyyata götürülmüşdür. Hücum zamanı həyatını itirən yaş yarımlıq Zəhra Quliyeva 1994-cü ildə Birinci Qarabağ müharibəsinin başa çatmasından sonra Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində öldürülən sayca üçüncü azərbaycanlı uşaq idi. Bu hücum beynəlxalq ictimaiyyət və bir-sıra xarici dövlətlərin rəsmiləri, parlament üzvləri tərəfindən qınanmışdır. 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər davam edən Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itgin düşmüşdür. 1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2017-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir. Sonuncu belə silahlı toqquşma 2016-cı iin 2–5 aprelində Dağlıq Qarabağ təmas xəttində baş vermişdir.
Üç körpə monastırı
Üç körpə monastırı — Tərtər rayonunun Təpəkənd kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. İnşaat kitabəsinə əsasən monastırın başkilsəsi Sərkis adlı memar tərəfindən, Alban katolikosu VI Simeon və onun qardaşı, arximandrit İqnatios tərəfindən, ziyarətçilərin maddi dəstəyi, və Səfəvi şahı Süleymanın himayəsi ilə inşa edilmişdir. Monastır Çiləbürt qalasından 7 kilometr aralıda yerləşir. Planda düzbucaqlı formaya malik olan əsas kilsə binası assimetrik konstruksiyaya malik üç nefli günbəzli bazilikadır. Yarımdaşıyıcı tağlar vasitəsilə saxlanan günbəz dörd zərif sütun üzərində dayanır. Portal timpanının bütün səthi incə naxışlarla işlənmişdir. İnşaat kitabəsinə əsasən monastırın başkilsəsi Alban katolikosu VI Simeon və onun qardaşı, arximandrit İqnatios tərəfindən, ziyarətçilərin maddi dəstəyi, və Səfəvi şahı Süleymanın himayəsi ilə inşa edilmişdir.Gəncəsər taxtının Erməni Qriqoryan Kilsəsinin təzyiqinə tab gətirməyərək tabe olmaq qərarı verməsindən sonra, Qafqaz albanlarının avtokefallığını saxlamaq üçün Üç körpə monastırı Gəncəsər taxtına alternativ kimi inşa edilmiş, Erməni Həvari Kilsəsinə tabe olmaq istəməyən dindarların istinadgahı olmuşdur. Kilsənin divarlarında dövrümüzə çatmış xaçdaşları 1571, 1620, 1745-ci illərə aiddir. Kilsənin inşası Sərkis adlı memar tərəfindən həyata keçirilmişdir. Altar divarının daxili hissəsində yerləşdirilmiş kitabədə deyilir: "Kilsənin inşaatçısı və memarı – ustad Sərkis.
Əlaəddin Körpə Arslan
Əlaəddin Ağsunqur (fars. علاءالدین کرپه‌ارسلان‎) (?-1207) — Əmir Qarasunqurun oğlu, Marağa hakimi Əlaəddin Ağsunqur Marağa hakimi idi. Eldənizlilərin vassalığından çıxmağa çalışırdı. 1205-ci ildə Marağa hakimi Əlaəddin Ağsonqur, Ərbil hakimi Müzəffərəddin Kökburi ilə ittifaq bağlayaraq Təbrizə hücum etdi. Əbu Bəkr əmir Aytormuşla hücuma keçərək Marağanı mühasirəyə aldı. Əlaəddin sülh bağlamağa və tutduğu yerləri qaytarmağa məcbur oldu; əvəzində Urmiya şəhərini aldı. Əlaəddin Ağsunqur 1207-ci ildə vəfat etdi.
Körpə Hitleri öldürmək
Körpə Hitleri öldürmək – etika və nəzəri fizikada zamanda səyahət edərək körpə Adolf Hitleri öldürməkdən bəhs edən fikir təcrübəsi. Bu məsələ həm insan öldürmək, həm də doğuracağı nəticələr səbəbilə etik dilemmaya səbəb olur. Körpə Hitleri öldürmək İkinci Dünya müharibəsindən etibarən elmi fantastikanın mövzularından biridir və etika müzakirələrində səsləndirilir. Körpə Hitleri öldürməyin etik doğruluğu barədə konsekvensialist, deontoloji və utilitarist arqumentlər irəli sürülmüşdür. Təbiət yoxsa tərbiyə baxış bucağı isə körpə Hitleri öldürmək əvəzinə onun böyüdüyü cəmiyyəti dəyişməyi müdafiə edir. Məsələ nəzəri fizikada da müzakirə olunmuşdur. Körpə Hitleri öldürmək barədə ictimaiyyətin fikri müxtəlifdir. Florida qubernatoru Ceb Buş və aktyor Tom Henks öldürməyi dəstəkləsələr də, komediyaçı Stefan Kolbert və Ben Şapiro bu fikrə qarşı çıxmışdır. 2015-ci ildə "The New York Times" bu mövzu üzrə oxucuları arasında sorğu keçirmişdir. == Etik fikir təcrübəsi == === Konsekvensialist arqument === Konsekvensializmə görə istənilən hərəkətin əxlaqi baxımdan doğruluğu səbəb olduğu nəticələrə əsasən qiymətləndirilə bilər.
Hermes və körpə Dionis
Hermes və körpə Dionis və ya Olimpiya Hermesi — 1877-ci ildə Hera məbədinin xarabalıqlarında kəşf edilmiş körpə Dionisin qədim yunan heykəlidir. Onun boyu 213 santimetrdir. Yunan profili, yunan burnu və praksitelik əyri anlayışları klassik gözəlliyin modelinə çevrilmişdir. == Haqqında == Yunan mifologiyasının hesablarına görə , Dionis tanrı Zevsin oğlu və Semele , fani, Fiv kralı Kadmusun qızıdır. Çox güman ki, bu heykəl himayədarı Hermes olan Elis və himayədarı Dionis olan Arkadiya sakinləri arasında sülhün alleqoriyasıdır. == Tarixi == Yunan dövləti 1874-cü ildə Almaniya ilə Olimpiyada arxeoloji kəşfiyyat işləri aparmaq üçün müqavilə imzaladı. Alman qrupu tərəfindən qazıntılar 1875-ci ildə Ernst Kurtiusun rəhbərliyi altında başladı. Bu gün sərgiləndiyi kimi heykəltəraşlıq qrupuna çatana qədər heykəlin altı fərqli hissəsi kəşf edildi. Hermesdə sağ qol, sol əlin iki barmağı, dizdən hər iki ayağı, sol ayağı və cinsi xüsusiyyətləri yox idi; Körpə Dionisin qolları (Hermesin çiynində dayanan sağ əli istisna olmaqla) və sağ ayağının ucu yox idi.
Körpə P-nin ölümü
Peter Connelly (ing. Peter Connelly; 1 mart 2006 - 3 avqust 2007) (həmçinin " Baby P ", " Child A " və " Baby Peter " kimi tanınır) — 17 aylıq Britaniyalı uşaq idi. O, səkkiz ay ərzində 50-dən çox xəsarət aldıqdan sonra 3 avqust 2007-ci ildə İngiltərənin London şəhərində uşaq zorakılığından ölmüşdür. Anası, ortağı və qardaşı ona hücum etdikləri üçün həbsxanaya göndərilib. İş, Haringey Şurasının sosial xidmətlər şöbəsinin təhlükədə olan uşaqlara baxaraq işini necə yerinə yetirdiyi ilə bağlı bir neçə böyük araşdırma ilə nəticələnmişdir.
Körpə gəzintidə (film, 1994)
"Körpə gəzintidə" (ing. Baby's Day Out) — rejissor Petrik Rid Consonun filmi. == Məzmun == Üç uğursuz quldur varlı ailədən olan doqquz aylıq bir körpəni qaçırırlar. Onlar körpənin əvəzində onun valideynlərindən yüksək məbləğdə pul tələb edirlər. Amma uşaq oğruları həmişə uğursuzluqlarla üz-üzə gəlirlər. Körpə onların əlindən iməkləyə-iməkləyə "qaçır". Oğrular uşağın yoxluğundan xəbər tutan kimi onun ardınca düşür, onu yenidən tutmağa çalışırlar. Bu yerdə balaca körpə Binkin qeyri-adi, maraqlı və şən macəraları başlayır. O, dayəsinin ona oxuduğu şəkilli kitabın qəhrəmanı körpə Bunun səyahət etdiyi yerlərə gedir. Bundan xəbər tutan dayə kitaba əsasən uşağın harada olduğunu bilir.
Milyon dollarlıq körpə (film)
Milyon dollarlıq gözəlçə (ing. Million Dollar Baby) — Klint İstvudun idman draması. Əsas rolları Klint İstvud və Hilari Suonk tərəfindən ifa olunur. Film dörd "Oskar" alıb ( ən yaxşı film, rejissor, aktrisa — Hilari Suonk, ikinci plan aktyoru — Morqan Friman). 31 yaşındakı xörəkpaylayan Meqqi Ficerald (Hilari Suonk) boks bölməsinə gəlir: zal, köhnə məşqçi və Promoter Frenk Dann (Klint İstvud) aidir. Lakin Dunn, onunla çalışmaqdan imtina edir, çünki o "qızlarla məşq etmir." Buna baxmayaraq Meqqi özü səylə məşq edir və təcricən çoxlarının hörmətini qazanır həm də Danın dostu keçmiş boksçu Eddi Düprini (Morqan Friman) də. Düpri yavaş-yavaş çox qadir şagird Meqqi ilə, məşqə başlayır. Filmin rəsmi saytı Milyon dollarlıq körpə — Internet Movie Database saytında.
Milyon dollarlıq körpə (film, 2004)