küçük!

suffering cats! / hell’s bells! / great snakes! ёжкин кот (шутл. ругательство)
küçüklənmək (yaltaqlıq etmək)
kül başına!
OBASTAN VİKİ
Küçük (Uçalı)
Küçük (başq. Көсөк, rus. Кучуково) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İlçəqol kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 92 km, kənd sovetliyindən (İlçəqol): 7 km. ən yaxın dəmiryol stansiyasından (Altın Taş stansiyası): 11 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Musa Küçük
Musa Küçük (1972, Gümüşhane ili) — podratçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Musa Küçük 1972-ci ildə Gümüşhane ilində anadan olub. İbtidai və orta təhsilini İstanbulda alıb. Bəyoğlu Sənaye Peşə Liseyindən məzun olub. Uzun illər inşaat sənayesində çalışıb. Gümüşhanespor İdman Klubunun prezidenti vəzifəsində çalışıb. SONSAM Strateji Araşdırmalar İnstitutunun qurucu prezidenti olub. MHP üzvüdür. 2002-2007-ci illərdə MHP İstanbul Kağıthane ilçəsi şöbəsinin sədr müavini, 2007-2011-ci illərdə isə MHP İstanbul il şöbəsinin sədr müavini olub. Üç dəfə MHP İdarə Heyətinin üzvü vəzifəsinə seçilib.
Yalçın Küçük
Yalçın Küçük (1 iyul 1938, İskəndərun) — Türkiyə sosialist yazıçısı, iqtisadçısı, tarixçisi və media eksperti. O, Türkiyə tarixində son Osmanlı və Cümhuriyyət dövrləri, sovet iqtisadi inkişafı ilə bağlı marksist baxış bucağından tarixi araşdırmaları və həmçinin Türkiyədə kriptoiudaizm (sabbatiançılıq) və Ədalət və İnkişaf Partiyasının tənqidi ilə tanınır. Yalçın Küçük 1938-ci ildə İskəndərunda anadan olmuşdur. Atasının soyu türkman, anası isə qafqazlıdır. Kabataş Liseyinə, ardından Ankara Universitetinə qəbul olmuşdur. 1960-cı ildə politologiya fakültəsini bitirmişdir. Yalçın Küçükün ilk işi Dövlət Planlama Şurasında olmuş və orada uzunmüddətli planlaşdırma şöbəsinə rəhbərlik etmişdir. 1966-cı ildə Yaxın Şərq Texniki Universitetində vəzifəyə qəbul ollmuşdur. 1971-ci il çevrilişindən sonra işdən çıxarılmışdır. O, çevrilişdən əvvəl "Yön", "Emek", "Ant" kimi solçu nəşrlərdə Türkiyədə "sosialist inqilabı" və sosialist idarəçiliyinə çağırışlar yazmışdı.
Küçük Mayak (Uçalı)
Küçük Mayak (başq. Көсөк-Маяҡ, rus. Кучуково-Маяк) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Amangilde kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 71 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 11 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 41 km.
Tat-Küçük (Şaran)
Tat-Küçük (başq. Тат-Көсөк, rus. Тат-Кучук) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Durtüylü kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 13 km, kənd sovetliyindən (Durtüylü): 12 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 27 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (40%), tatarlar (33%) üstünlük təşkil edir.