Örtük buzlağı (coğrafiya)
Örtük buzlağı (rus. ледник покровный, ing. cover glacier, covering glacier) — buzlağın morfoloji təsnifatından biri, adətən yüksəklikləri tutan (örtən), geniş kömbəvari buz kütləsi. Ölçülərindən asılı olaraq Ön buzlağı: 1) İslandiya tipli buzlaq-iri, orta və kiçik (50 km-ə qədər)olu; 2) Buzlaq qalxanı-linza quruluşunda buzlaq kütləsi, forması buzlaqaltı relyefdən asılı olmayıb, maksimal yüksəkliyi qurunun daha yüksək yerinə deyil, buzlağın mərkəzində yerləşir; 3) buzlaq örtüyü-buzlaşma sahəsi, bir neçə buzlaşma mərkəzinin qovşağında əmələ gəlir. (Antarktida buzlaq örtüyü).