Kəngər boranısı

Sintaktik üsulla yaranmış xörək adıdır. Təbriz mətbəxində bu xörək belə hazırlanır: kəngəri doğrayıb ona qovrulmuş soğan, sarımsaq artırıb yağlı suda bişirərlər. (28, 309) Bişəndən sonra ona süzmə yoğurt da qatmaq olar. Bu xörək növünün birinci komponenti bitki adı ilə ifadə olunduğundan belə adlandırılmışdır.
Kəlləpaça
Kəngər xuruştu
OBASTAN VİKİ
Kəngər körfəzi
İran körfəzi və ya Fars körfəzi(fars. خلیج فارس - Xəlic-e Fars; - əl-Xəlicül-ərəbi, əl-Xəlic əl-ərəbi) — İran və Ərəbistan yarımadası arasında yerləşən körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var. İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər. Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır. Bu ad tarixi köklərə malikdir və Osmanlı imperiyası dövründə bu adla tanınıb. Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı İran körfəzinə tökülür. Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə İran körfəzi dənizlərlə oxşardır.
Kəngər İttifaqı
Kəngər İttifaqı — (qaz. Қaңғар Oдағy (Qangar Otağı)),Yeddisu ərazisindən başqa bütün müasir Qazaxıstan ərazisini əhatə edən Türk dövləti. Etnik adı olan Kəngər adı, indi qazax, özbək və qaraqalpaq xalqlarının bir qolu olan Qanqlı xalqı üçün erkən orta əsr adlarıdır. Kəngər İttifaqınnı paytaxtı Ulıtau dağlarında yerləşirdi. Oymaqlarından üçü Kəngər (yun. Καγγαρ) olaraq bilinən peçeneqlər, oğuzlar, qarluqlar və kimək-qıpçaqlar tərəfindən məğlub edildikdən sonra bulqarlara hücum edərək Şərqi Avropada Peçeneq dövlətini qurdular (840-990). == Etimologiyası == Orxon abidələrində xatırlanan kəngərlər, İslam dünyasında və qərbdə Kəngər, üç Peçeneq qəbiləsinin ümumi adı (səkkiz) kimi bilinir. Bizans imperatoru imperatoru VII Konstantin Porfiroqenet Kəngərin nəciblik və şücaət ifadə etdiyini bildirdi. Ukraynalı tarixçi Omelyan Pritsak, Kəngərin Toxar dilindən * kânk "daş" sözündən qaynaqlandığını və ehtimal ki, Kəngəri *ârs < *âvrs < *Aoruša (yun. Αορσοι) yunan sözünə dayanan, İran etnonimi As ilə birləşdirdi.